Kreativ uçot və mühasibin peşəkar mühakiməsi (2-ci hissə)

posted in: Xəbər | 0

Kreativ uçot və mühasibin peşəkar mühakiməsi (2-ci hissə)

Əcnəbi alimlər XX əsrdə bu cür uçotu bir aldatma kimi nəzərdən keçirməyə başladılar, amma, bunu qanuni müddəaların köməyilə edirdilər. İqtisadi ədəbiyyatın tədqiqatları sübut etdi ki, uçotdakı bu istiqamət andlı mühasiblər institutu tərəfindən hazırlanmış müddəalardan asılı olaraq, mühasibat uçotunun təşkil olunduğu anglo-sakson mühasibatlığına aiddir.

Ümumiyyətlə, xarici tədqiqatçıların əksəriyyətinin yaradıcı uçot probleminə münasibəti mənfidir. Mühasibat uçotunun qanunla ciddi şəkildə tənzimləndiyi ölkələrdə bu cür uçot zəif inkişaf etmişdir, çünki gəlirliliyi, maliyyə çətinliyini, borc götürülmüş vəsaitlərin mövcudluğunu və ya maliyyə rifahını əks etdirmək üçün süni şəkildə azaltma ehtimalı aşağı enir.

Y. V. Sokolov hesab edirdi ki, Rusiyada kreativ uçot çox vaxt mühasibat uçotunun informasiya strukturunda müstəqil element kimi nəzərdən keçirilir – vergi uçotu, idarəetmə uçotu, kiçik müəssisələrdə uçot və s. kimi daha adi elementlərlə yanaşı mövcud olan və tətbiq edilən element. Alim haqlıdır ki, kreativ uçot biznesin aparılma şəraitindən asılı olaraq tətbiq olunmalıdır, burada məhz, yaradıcı yanaşma təşkilatın fəaliyyət obyektlərini səmərəli idarə etməklə iqtisadi məsələləri həll etməyə imkan verir. Kreativ uçot – mühasibat standartları ilə nəzərdə tutulmuş müxtəlif uçot texnologiyalarının seçimidir.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Beləliklə, bu gün kreativ uçotun tənqidçiləri və tərəfdarları mövcuddur. Tənqidçilər orada qanuniləşdirilmiş saxtakarlığın müxtəlif növlərini görürlər və hesab edirlər ki, bu, xarici və daxili maliyyə hesabatlarının istifadəçilərini aldatmağa və yanıltmağa gətirib çıxarır.

Kreativ uçotun tərəfdarları orada konkret obyektlərin uçotunun aparılması, buraxılan məhsulun maya dəyərinin formalaşdırılması, mühasibat balansının tərtibi, istifadəçilər üçün daxili hesabatların hazırlanması ilə bağlı yaradıcı prosesi görürlər. Beləliklə, adı çəkilən uçot prosedurlarının realizəsi zamanı mühasibin peşəkar mühakiməsi tam şəkildə həyata keçirilir. Beləliklə, peşəkar mühakimə yaradıcı mühasibatlığın bir hissəsidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

10 ən böyük bank soyğunçuluğu (1-ci hissə)

posted in: Xəbər | 0

10 ən böyük bank soyğunçuluğu (1-ci hissə)

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və digər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Nyu-Yorkun şəhər bankı

Tarix: 1831-ci il, 19 mart

Yer: Nyu-York, ABŞ

Məbləğ: 245 min dollar

Cari kursla: 7,5 milyon dollar

1831-ci il martın 19-dan, 20-ə keçən gecə Ceyms Honimen və Uilyam Mürrey Nyu-Yorkda Uoll Stritdə yerləşən Şəhər bankına daxil olublar. Onlar içəri girmək üçün mumun köməyi ilə əldə etdikləri açarların dublikatından istifadə etmişdilər. Gecə ərzində qarətçilər anbardan 245 min dollar çıxara bilmişdilər. Onlar bankı şəhər gözətçiləri növbəni dəyişdirdikdən sonra arxalarınca qapını bağlayaraq, tərk etmişdilər.

Martın 21-də New York Journal of Commerce hadisə ilə bağlı “Böyük bank soyğunçuluğu” başlığı altında bir xəbər yayımladı. Daha sonra bankdan oğurlanan pulların qaytarılması üçün “5000 dollar mükafat” ayrılması haqqında elan dərc edilmişdi. Sonra həmin məbləğ 10 min dollara kimi artırılmışdı. Oğrular bir neçə gündən sonra konstebel Cekob Heys tərəfindən tutulmuşdu. O, Honimendən şübhələnmişdi, çünki həmin şəxs bir müddət əvvəl mağaza oğurluğunda da ittiham olunmuşdu. Axtarış zamanı onun evindən 185 min dollar tapılmışdı.

Cinayətkarlar beş il həbs cəzası aldılar. Oğurlanan pulların bir hissəsini isə geri qaytarmaq mümkün olmamışdı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


United California Bank

Tarix: 1972-ci il, 24 mart

Yer: Laquna-Nigel, ABŞ

Məbləğ: 9 milyon dollar

Cari kursla: 55 milyon dollar

Soyğunçuluq məşhur seyf qarətçisi Amil Dinsio tərəfindən təşkil olunmuşdu. O, qardaşını, iki qardaşı oğlunu, qaynını və daha iki dostunu da özü ilə bu işə götürmüşdü.

Gecə onlar dinamitin köməyi ilə United California bankının depozitlər anbarının tavanında deşik açmış və içəri daxil ola bilmişdilər. Siznalizasiyanı söndürdükdən sonra qarətçilər 458 bank hücrəsini qırmış və cinayət yerini maneəsiz tərk edə bilmişdilər.

Belə bir versiya da var ki, quldurlar prezident Riçard Niksonun seçkiqabağı kampaniya üçün topladığı pulları oğurlamağı planlaşdırıblarmış, amma, bankı səhv salıblarmış. Bir neçə aydan sonra quldur dəstəsi Ohayo ştatında da analoji soyğunçuluq hadisəsi törətmişdilər. Bu, FTB-nin onların izinə düşməsinə və nəticə etibarilə sonradan bütün soyğunçuları həbs etməsinə və oğurlanmış pulların böyük hissəsinin geri qaytarılmasına imkan vermişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (3-cü hissə)

posted in: Xəbər | 0

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (3-cü hissə)


  melanxoliya yaşı

Öz həqiqi arzularınızı necə dərk etməli

Bəzən insanlar başqa bir problemlə də üzləşirlər: onlar hətta öz arzularını belə özləri üçün müəyyənləşdirə və onları ümumqəbul olunanlardan ayıra belə, bilmirlər. “Dərk etməyin ən sadə üsulu odur ki, siz başqa birinin yolu ilə gedirsiniz, – siz yorulursunuz. Siz hətta guya istirahət edirsiniz, nəsə xoşunuza gələn bir işlə məşğulsunuz, amma, daxili bir yorğunluq, hansısa hər şeyin sizi təngə gətirdiyini hiss edirsiniz. Sanki bu mənim deyil. Biz bunu həm də yad bir bədən hissi də adlandırırıq. Onu dərk etmək mümkündür. Yenə də misal üçün, əgər biz qadından danışırıqsa, əsəbilik, göz yaşları və təcridolunma vəziyyəti yaranacaq”, – Aleksey Melexin qeyd edir. Və burada başlıca olan – arzunu aşkara çıxarmaqdır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Özü də bu zaman mütəxəssis qeyd edir ki, cədvəl tərtib edib, özünüzü nəsə boş bir şeylə aldatmağa, məsələn, hər şeyi bilən bir insandan hansısa dayaq axtarmağa, lüzum yoxdur, eləcə də intenetdə axtarış dünyasına qərq olmaq, jurnalları vərəqləməyə və s. ehyiyac yoxdur. Öz marşrutunuzu cızmağı sınaqdan keçirməlisiniz: nəyi arzu edirəm, mən nə istəyirəm?

Özünüzü telefon kimi təqdimetmə variantını sınaya bilərsiniz. Məsələn, təsəvvür edin ki, siz səhər yuxudan oyanmışınız, enerjiniz bitmək üzrədir: 20 faiz enerjiniz qalıb və onu doldurmaq üçün imkanınız yoxdur. Həmin anda məhz, öz gününüzü necə və hansı rejimdə keçirmək barədə qərar qəbul edin: sanki sizi qurublar, elə bil təkər içində qaçan dələsiniz, ailə başçısısınız, rahatlıq istəyirsiniz və s..

Və bu zaman dərhal ən mühüm olanlar ön plana çıxacaq, ikinci dərəcəlilər isə yox olacaq. “Və ən təəccüblüsü odur ki, bu halda axşama doğru siz enerjinizin 80 faiz həddində olduğunu hiss edəcəksiniz. Və o anda ən başlıcası – vəsvəsəyə düşməmək və həmin enerjini dərhal məsrəf etmək lazım deyil, onu gələcəyə saxlamaq lazımdır. Həmin anda enerjinizi məsrəf etmək deyil, qənaət etmək məntiqi hərəkətə gəlməlidir”, – Aleksey Melexin belə söyləyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İş vaxtınının uçotunu necə aparmalı: biznes üçün layfhaklar (2-ci hissə)

posted in: Xəbər | 0

İş vaxtınının uçotunu necə aparmalı: biznes üçün layfhaklar (2-ci hissə)iş vaxtı İş vaxtının uçotu

Əməkdaşların iş vaxtının uçotu müəssisələrin əksəriyyətində məcburi bir funksiyadır. Bu uçotu həm əllə, həm də xüsusi proqram təminatının köməyi ilə yerinə yetirilə bilər. Bu məqalədə biz əməkdaşların iş vaxtının uçotunu necə aparmaq və bu prosesi maksimal dərəcədə necə optimallaşdırmaq barədə söz açacağıq.  


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


CRM sistemində “Bitrix24”, digərlərindən fərqli olaraq, iş vaxtının uçotu funksiyası sənəd dövriyyəsi ilə inteqrasiya olunur. Rəhbər yalnız bu və ya digər əməkdaşın nə qədər vaxt sərf etdiyini deyil, həm də konkret vəzifələrin yerinə yetirilməsinə nə qədər vaxt sərf etdiyini də görə bilər. Hesabatlar real vaxt rejimində formalaşır ki, bu da dəyişikliklərə vaxtında cavab verməyə imkan verir. “1C” həlləri ilə məlumat mübadiləsi iş proseslərini avtomatlaşdırmağa imkan verir. Sərt nəzarətin olmaması kollektivdəki münasibətlərə faydalı təsir göstərir. Bu sistem haqqında aşağıda daha ətraflı məlumat verəcəyik.

Distant və məsafədən çalışan əməkdaşların iş vaxtının uçotunu necə aparmalı

Məsafədən çalışan əməkdaşların işlərinin effektivliyi tapşırığın düzgün qurulmasından asılıdır. O, konkret və qısa olmalıdır. Məsafədən iş zamanı iş vaxtının uçotunu aparmazdan öncə sadə qaydalara riayət olunub-olunmadığına əmin olun:

  1. Ümumi tələblər və texniki tapşırıqların bir-birindən ayrılması. Əməkdaşın işə dair ümumi tövsiyələri, suallara cavabları və izahedici nüansları özündə əks etdirən yaddaşa əlçatanlığı olmalıdır.
  2. Artıq nitq dövriyyələrinin olmadığı aydın texniki tapşırıq.
  3. Bir tapşırıq – bir vəzifə. Tapşırıqları elə şəkildə bölüşdürün ki, onların yerinə yetiriməsinə siz nəzarət edə biləsiniz.
  4. Hə bir mərhələdə əks əlaqə. İşin əsas hissəsini yerinə yetirməyə başlamazdan öncə tapşırığın əməkdaşa aydın olub-olmamasın əmin olmaq.
  5. Eyni tipli vəzifələr üçün vahid şablon yaratmaq. Ona yaddaş, təlimatlar, nümunələr daxil ola bilər. Bu tədbir işi optimallaşdırmağa kömək edəcəkdir.
Məsafədən işləyən əməkdaşın daimi nəzarətə ehtiyacı yoxdur: iş gününün müddətini və iş qrafikini qeyd etmək kifayətdir. İş vaxtının uçotu üsulları müxtəlif ola bilər: günlər və ya həftələr üzrə. İkincisi, normalaşdırılmayan iş günü olan mütəxəssislər üçün daha münasibdir.

Bir çox şirkətlər məsafədən çalışan əməkdaşlarla sosial şəbəkələr və ya messencerlər vasitəsilə ünsiyyət qurmağı üstün tuturlar. Lakin, bu qarşılıqlı əlaqə metodunun bir sıra mənfi cəhətləri var: işlərin gedişini izləmək mümkün deyil, hesabatları əllə doldurmaq lazım gəlir, yazışmaların tarixi çox vaxt mühafizə olunmur. Avtomatik izləmə proqramları həll yolu ola bilər. Ancaq, heç də hamı fərdi kompüterinə bütün məlumatları işəgötürənə ötürəcək bir casus-proqramı qurmağa razı deyil.


İş vaxtınının uçotunu necə aparmalı: biznes üçün layfhaklar (3-cü hissə)



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 755 756 757 758 759 760 761 2. 392