İş vaxtınının uçotunu necə aparmalı: biznes üçün layfhaklar (3-cü hissə)

posted in: Xəbər | 0

İş vaxtınının uçotunu necə aparmalı: biznes üçün layfhaklar (3-cü hissə)

Əməkdaşların iş vaxtının uçotu müəssisələrin əksəriyyətində məcburi bir funksiyadır. Bu uçotu həm əllə, həm də xüsusi proqram təminatının köməyi ilə yerinə yetirilə bilər. Bu məqalədə biz əməkdaşların iş vaxtının uçotunu necə aparmaq və bu prosesi maksimal dərəcədə necə optimallaşdırmaq barədə söz açacağıq.  

Normalaşdırılmayan iş günü zamanı iş vaxtının uçotunu necə aparmalı

Əgər işin spesifikliyi tələb edilsə, normalaşdırılmayan iş günü tətbiq oluna bilər. Əməkdaşın ofisdə olmasından və ya məsafədən çalışmasından asılı olmayaraq, iş qrafiki müqavilədə öz əksini tapmalıdır. Əgər yeni rejimə keçid artıq işə düzəldikdən sonra baş veribsə, əlavə saziş bağlamaq lazımdır.

Müqavilədə dəyişikliklərin edilməsinə yalnız işçinin müəssisənin lokal aktı ilə tanış olmasından sonra mümkündür. Normalaşdırılmamış iş günü olan ixtisasların siyahısı, pul kompensasiyasının verilməsi qaydası, əmək və istirahət şərtləri göstərilməlidir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Zərurət yarandıqda, şirkət iş qrafikini birtərəfli qaydada dəyişə bilər. Lakin, əməkdaş yeni şərtlərlə razılaşmamaq və işəgötürəni məhkəməyə vermək hüququna malikdir. Bu halda, müəssisə tətbiq edilən dəyişikliklərin etibarlılığını sübut etməlidir.

Normalaşdırılmamış iş günü ilə bağlı çətinlik, əməkdaşın fəaliyyətinə nəzarət məsələsi ilə əlaqəli deyil, işləyən saatların uçotu ilə bağlı yaranır. Bunu əllə etmək mümkün deyil. Bu zaman prosesin avtomatlaşdırılması köməyə çatır. Məsələn, CRM “Bitrix24” yalnız saat sayını izləmək üçün deyil, həm də hazırlanmış hesabatlara əsasən emalı nəzərə alınmaqla mükafat məbləğini hesablamağa da imkan verir.

Biznes-proseslərin optimallaşdırılması

Gündəlik proseslərin avtomatlaşdırılması, tipik vəzifələrin şablonlarının yaradılması, CRM sistemlərinin mühasibat uçotu və kadr uçotu proqramları ilə inteqrasiyası heyətin işini optimallaşdırmağa, beləliklə, xərcləri azaltmağa kömək edir. Profi Soft şirkəti müştərilərə kömək edir:

  • Nəzarətin keyfiyyətini artırmaq;
  • Biznes proseslərinin sürətini artırmaq;
  • Elektron sənəd dövriyyəsinin yaradılması;
  • Xərclərin azaldılması;
  • İnsan faktorunun təsirini minimuma endirmək;
  • Müştəri xidməti keyfiyyətinin yaxşılaşdırılması.

Optimizasiya iş proseslərinin hərtərəfli təhlili ilə başlayır: mənbələrin, hər bir işçinin rolunun müəyyənləşdirilməsi, zəifliklərin axtarışı və təkrarlanan funksiyalar. Hazırkı mərhələdə şirkətin inkişafını ləngidən proseslərin müəyyən edilməsi və aradan qaldırılması ən vacib vəzifələrdən biridir. Növbəti addım iş prosesinin avtomatlaşdırılmasıdır. Bu tədricən həyata keçirilir, ilk növbədə bahalı əməliyyatlara toxunur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada sərvəti 100 milyard dolları ötən daha bir varlı ortaya çıxıb

posted in: Xəbər | 0

Dünyanın ən zəngin insanları siyahısına sərvəti 100 milyard dolları ötən daha bir nəfər – Microsoft şirkətinin keçmiş rəhbəri Stiv Balmer əlavə olunub, bunu Bloomberg Billionaires Index-in məlumatı təsdiq edib.

O, 1980-ci ildən şirkətdə işləyib və 2000-ci ildən 2014-cü ilə qədər onun baş direktoru olub, indi isə Los-Angeles Clippers basketbol klubunun sahibidir. Bir gün ərzində Balmer 731 milyon dollar zənginləşib və indi onun sərvəti 101 milyard dollar ətrafında qiymətləndirilir. Dünyada sərvəti bu məbləğdən artıq olan daha səkkiz nəfər də var. Bu siyahıya daha bir nəfər də əlavə oluna bilər, belə ki, Oracle şirkətinin qurucularından biri olan Larri Ellisonun sərvəti iyulun 7-də keçirilən ticarət zamanı 98,5 milyard dollara çatıb.

Qeyd edək ki, planetin ən varlı adamı yenə əvvəlki kimi Amazon şirkətinin qurucusu Ceff Bezosdur. Onun sərvəti 100 milyardlıq nöqtəni iki dəfədən çox ötüb keçib və hazırda 212 milyard dollar təşkil edir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tam iş vaxtı nədir?

posted in: Xəbər | 0

Tam iş vaxtı nədir?

Tam iş vaxtı

Tam iş vaxtı müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində və 90-cı maddəsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Növbəli iş rejimlərində Əmək Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir.


İcbari tibbi sığorta haqqına cəlb olunan ödənişlər


Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Hər il üçün istehsalat təqvimi və iş vaxtının norması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilir.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari tibbi sığorta haqqına cəlb olunan ödənişlər

posted in: Xəbər | 0

icbari tibbi sığortaİcbari tibbi sığorta, sığorta hadisəsi zamanı əhaliyə ilkin səhiyyə xidmətləri, təcili və təxirəsalınmaz tibbi yardım, sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə imkan yaradır. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

İcbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% məbləğində icbari tibbi sığorta haqqı hesablanır.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% məbləğində icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.

1 yanvar 2021-ci ildən etibarən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (hazırda minimum əməkhaqqı 250 manat olduğu üçün ayda bu 10 manat təşkil edir) icbari tibbi sığorta haqqı ödəyirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci ildən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 754 755 756 757 758 759 760 2. 392