» » » Dünyada ərzaq qiymətlərinin artımının yavaşlaması proqnozlaşdırılır

Dünyada ərzaq qiymətlərinin artımının yavaşlaması proqnozlaşdırılır

posted in: Xəbər | 0
birbank biznes

Dünyada ərzaq qiymətlərinin artımının yavaşlaması proqnozlaşdırılır

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) BMT ilə birlikdə qida məhsullarının qiymətlərinin yavaşlamasını proqnozlaşdırıb. “Bloomberg” bunun tələbatın azalması və istehsal templərinin artması ilə əlaqədar olduğunu bildirib.

İƏİT və BMT-nin hesabatında deyilir ki, inflyasiya ilə tənzimlənən qida qiymətləri yaxın bir neçə il ərzində azala bilər və 2030-cu ilə qədər demək olar ki, dəyişməz qalacaq. Çünki taxıla və balığa olan tələbat bir qədər zəifləyib, xammal tədarükü isə yüksəlir.

Gözlənilir ki, yaxın onillikdə kənd təsərrüfatı məhsullarına tələbatın artımı ildə 1,2 faiz təşkil edəcək – bu isə ötən on ilə nisbətən bir faiz azdır. Öz növbəsində, infrastruktura, tədqiqatlara və mənbələrin savadlı şəkildə bölüşdürülməsinə sərmayə qoyulacağı təqdirdə, istehsal həcmi inkişaf etməkdə olan ölkələrin hesabına 1,4 faiz arta bilər. Bununla birlikdə, Şimali Amerika, Qərbi Avropa və Mərkəzi Asiyada istehsal ciddi ekoloji siyasət səbəbindən yavaşlayacaq.

Təşkilatlar hesab edirlər ki, qısamüddətli perspektivdə ölkələrin beynəlxalq səfərlərə məhdudiyyətləri aradan qaldırması və kənd təsərrüfatı işçilərinin bir çoxunun fermalara qayıdacağı zaman istehsal qaydaya düşəcəkdir.

Qida üçün dünya xərcləri son bir il ərzində doqquz illik maksimuma yüksəlib. Səbəblər arasında pandemiyanın yaratdığı böhran, Cənubi Amerikada quraqlıq səbəbiylə məhsul itkisi və Çin tərəfindən rekord taxıl alışları var. Hər şey çox sürətli şəkildə bahalaşıb: pitsa üçün xəmirdən tutmuş ət və kofeyə qədər. Ərzaq qiymətlərinin sıçrayışlı yüksəlişi, aclıq çəkənlərin sayının artması və bununla eyni zamanda inflyasiyanın daha yüksək templəri ilə birlikdə daha təhlükəlidir. Bu, pandemiyadan sonrakı bərpanı təmin etmək üçün bankları stimullaşdırıcı tədbirləri sərtləşdirməyə vadar edə bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun