» » » ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (2-ci hissə)

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (2-ci hissə)borc saxta dollar

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Yuxarıda göstərilən belə vakansiyalardan birinə demək olar ki, ABŞ-ın istənilən şəhərində işə düzəlmək mümkündür. İşə düzələrkən, təhsil haqqında diplom təqdim etmək və ya hansısa xüsusi peşəkar bacarıqlara malik olmaq lazım deyil. Bununla yanaşı yadda saxlamaq lazımdır ki, ofisiant, qab-qacaq yuyan, dalandar, xadimə, kassir və ya anbardar işi fiziki dözümlülük tələb edir, o səbəbdən belə ağır əməyə heç də hər bir insan tab gətirə bilmir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Həmçinin onu da qeyd etmək lazmdır ki, postsovet ölkələrində olan şirkətlərdən fərqli olaraq, ABŞ -da işçi, karyera yüksəlişi üçün yaxşı perspektivə malik olur. Satıcı və ya kassir kimi işə başlayan əməkdaşların zaman keçdikcə ticarət şəbəkələrinin top-menecerlərinə çevrildiyi bir çox hallar məlumdur.

Təhsili olduğu halda mühacirin yüksək ödənişli və prestijli vakansiyanı tutmaq şansı vardır. ABŞ-da peşə hazırlığının olmasını tələb edən ən məşhur peşələr bunlardır:

  • tibb personalı (tibb bacıları);
  • ibtidai məktəb müəllimləri;
  • maşınqayırma sahəsində mütəxəssislər;
  • IT- mütəxəssisləri;
  • mühəndislər;
  • riyaziyyatçılar;
  • analitiklər;
  • mühasiblər;
  • menecerlər;
  • tərcüməçilər;
  • ekoloqlar.

ABŞ-da səhiyyə sahəsində daha çox tələbolunan və yaxşı ödəniş edilən iş yerinə, ən çox vakansiya ilə tibb bacısı (tibb qardaşı) peşəsi başçılıq edir. Mürəkkəb iş şəraiti və intensiv iş cədvəli yerli sakinləri bir o qədər də cəlb etmıdiyindən, əcnəbilərə işə düzəlmək üçün yaxşı şans verir. Bu vəzifə, müraciət edənlərdən tibb üzrə bakalavr dərəcəsi tələb edir, praktiki təcrübə təşviq olunur.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun