ƏDV nədir və ilk dəfə bu vergi nə vaxt və hansı ölkədə tətbiq olunub (2-ci hissə)
Fiskal tarix
Lorenin təşəbbüsü üçün daha bir tutarlı əsas da var idi. XX əsrin 50-60-cı illərində Qərbi Avropada sonradan Avropa İttifaqının yaradılmasından ötrü təməl rolunu oynayan ümumi bazarın yaradılması istiqamətində fəal işlər aparılırdı. Bu alyansa daxil olan ölkələr arasında qarşılıqlı iqtisadi münasibətləri rəsmiləşdirmək, xüsusilə də vergitutmanın bütün nüanslarını nizama salmaq lazım idi. Axı, əgər məhsul üçün komplektləşdiricilər bir ölkədə, onlar üçün materiallar digər ölkədə, istehsal olunurdusa, son məhsul isə üçüncü ölkədə buraxılırdısa, onda dövriyyədən vergi tutulmasından əsas gəliri həmin zəncirin sonunda olan ölkə alırdı.
Yeni əlavə dəyər vergisi, vergi gəlirlərini qarşılıqlı əlaqədə olan bütün tərəflər arasında kifayət qədər bölüşdürməklə yanaşı, yeni yükü də onun əsas ödəyicisi olan və qalmaqda savam edən son istehlakçının birbaşa nəzərindən “gizlətməyə” də imkan verdi. İnsanpərvər Avropa üçün psixoloji amil iqtisadi amildən heç də az əhəmiyyət daşımırdı. Dolayı ƏDV malın və ya xidmətin qiymətində o dərəcədə etibarlı şəkildə gizlədilmişdi ki, azad bazar şəraitində onun real yekun dəyərini hesablamaq kifayət qədər çətindir.
Qısa sürən müzakirələrdən sonra Fransa hökuməti o zamankı fransız müstəmləkələrindən birində – Kot-d’İvuarda yeni vergi tutulması sxemini “sınaqdan keçirmək” qərarına gəldi. Eksperiment o qədər uğurlu hesab olundu ki, artıq 1958-ci ildə Fransa ƏDV-ni öz vergi sisteminə daxil etdi, 1967-ci ildə isə Avropa iqtisadi ittifaqı Şurasının direktivi ilə əlavə dəyər vergisi, Avropada əsas dolayı vergi hesab olundu. Həmin sənəd Avropa Birliyinə daxil olan ölkələri beş il müddətində – 1972-ci ilin sonuna qədər qanunvericiliklə öz ərazisində iqtisadi fəaliyyət subyektləri üçün yeni yığımın təsdiq olunmasını tələb edirdi. Bu zaman milli hökumətlər həmin verginin dərəcəsini müstəqil müəyyən edə bilərdilər.
Qar üçün vergi