Xarici hüquqi şəxsə xidmət göstərildiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərikmi?

posted in: sual-cavab, Xəbər | 0

VÖEN maliyyə sanksiyalarıVergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur ki, illik gəliri 200 min manatadək və ya işçilərin orta siyahı sayı 10 nəfərdən çox olan sakibkar mikro sahibkar hesab olunur.

SUAL: Qeyd olunanları nəzərə alaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatatadək olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının ərzsizində xarici hüquqi şəxsə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? Nəzərə alsaq ki, xarici hüquqi şəxs Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi hesab edilmir.

Avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya kassa mədaxil orderi verilə bilər?


Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident hüquqi şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız qeyri-əhali tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq qeyri-rezident hüquqi şəxslərə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər hansılardır?

posted in: Xəbər | 0

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər hansılardır?

Məzuniyyət hüququ əmək stajı MühasibatMəzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər:

– birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

– işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

– əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;

– maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;

– ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;

– ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

– işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

– sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

– başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

– istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

– yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

– gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;

– mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;

– istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya;


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsi, 102.2.5 maddəsindəki güzəşt, 102.2.5 maddəsi, güzəşt, sənədlər, gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulmasıVergi Məcəlləsinin bir neçə maddəsində müxtəlif fəaliyyət növləri və hallara aid maliyyə sanksiyaları nəzərdə tutulub. Bəs Məcəllənin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir? Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur. Yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti və vətəndaşın hüquqları

posted in: Xəbər | 0

əmək məzuniyyətiMülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin Azərbaycan Konstitusiyasının 37-ci maddəsinə görə istirahət etmək hüququ var. Bu, vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin müddətindən asılı olmayaraq, hər bir vətəndaşa aiddir. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilir.

Mövzu ilə bağlı müraciət etdiyimiz hüquqşünas Xəyal Məmmədxanlı bildirib ki, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əməkhaqqı saxlanılmaqla illik məzuniyyət verilməsini nəzərdə tutur.

Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır və Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətdən az olmayaraq verilməlidir.

Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapıb. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixindən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə, hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.

Ölkə Konstitusiyası və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq, məzuniyyət verilməsinin qaydaları Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır. Mövcud qanunvericiliyə görə, ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, günümüzdə işçilərlə işəgötürənlər arasında həmin hüquqların pozulması hallarına daha çox rast gəlinir və bu cür problemlər hələ də aktual olaraq qalır. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə edilən son dəyişiklikdən öncə həm işəgötürənlər tərəfindən, həm də digər səbəblərdən işçilərə əmək məzuniyyətləri vaxtlı-vaxtında verilmirdi və bunun nəticəsi olaraq işçilərin illər boyu yığılmış əmək məzuniyyətlərinə çıxmaları, bir növ, istehsalın və xidmətin təşkilində problemlər yaradırdı və ya şəxs işdən çıxanda pul əvəzlərinin verilməsində sıxıntılar yaşanırdı. Bütün bu hallar nəticəsində işçilərin hüquqları pozulmuş olurdu.

Məhz bu səbəbdən, vəziyyətdən çıxış yolu tapmaq və məzuniyyət hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə 2006-cı ildə qanunvericiliyə kompensasiya müəyyən edən norma əlavə olundu. Bununla da işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə olunmamış əmək məzuniyyətinə görə müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilməsi təsbit olundu.

X.Məmmədxanlı bildirib ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə edilən dəyişiklik qəbul edildiyi dövr üçün təqdirəlayiq sayılsa da, fikrimizcə, işçilərin məzuniyyət hüquqları ilə bağlı qanunvericilikdə hələ də müəyyən boşluqlar özünü göstərir. Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsində əmək məzuniyyətinin izahında qeyd olunur ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün verilən istirahət günləridir. Bu maddədən belə bir nəticəyə gəlmək olar ki, bir iş ili ərzində işçinin məzuniyyətdən istifadə etməməsi onun sağlamlığına mənfi təsir göstərir. Fiziki və mənəvi cəhətdən yorulmuş işçinin iş qabiliyyəti ilə yanaşı, onun motivasiyası da aşağı düşür. Nəticə etibarilə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının işçilər tərəfindən pozulması halları da artır.

Bu məsələnin həllinin araşdırılması üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə nəzər salmaq olar. Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasına əsasən, bir il işləməyə görə işçinin məzuniyyəti heç bir halda üç iş həftəsindən az verilə bilməz. Bununla yanaşı, adı çəkilən Konvensiyanın 12-ci maddəsində qeyd olunur ki, Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş minimum illik ödənişli məzuniyyət hüququndan imtina edilməsi haqqında və ya bu cür məzuniyyətin pul ilə əvəz olunması və (və ya) milli şərtlərə uyğun gələn başqa şəkildə ondan istifadə edilməməsi haqqında müqavilələr etibarsız sayılır və ya qadağan edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, istənilən səbəbdən əmək məzuniyyətinin istifadə edilməməsi və kompensasiya verilməsi işçinin üç iş həftəsi müddətinə məzuniyyət hüququnu istisna etmir.

X.Məmmədxanlı qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinin Beynəlxalq Əmək Təşkilatının 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasının 12-ci maddəsi prizmasından şərh edilməsi barədə məsələ qaldırılması mümkündür.

Vergi üzrə mütəxəssis Emin Səttarov işçiyə keçmiş və cari iş ilinə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya verilərkən gəlir vergisinin hesablanması ilə bağlı bildirib ki, təcrübədə bir çox mühasiblər tərəfindən kompensasiya hesablanarkən bitmiş iş ilinə görə vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən azadolma çıxıldıqdan sonra gəlir vergisi hesablanır. Amma cari iş ili üçün hesablanmış kompensasiya həmin ayın əməkhaqqı ilə birlikdə hesablanaraq yalnız bir dəfə (cəmi məbləğə) azadolma tətbiq edilir. Bu hesablamanın düzgün olmadığını deyən mütəxəssis qeyd edib ki, qanunvericiliyə əsasən, keçmiş iş ilinə görə gəlir vergisi hesablanarkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, azadolma çıxıldıqdan sonra gəlir vergisinin hesablanması düzgündür. Cari iş ilinə görə hesablanmış əməkhaqqı və kompensasiyadan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi tətbiq olunmaqla ayrı-ayrılıqda gəlir vergisi hesablanmalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 739 740 741 742 743 744 745 2. 400