» » » Pul qazanmaq barədə miflər

Pul qazanmaq barədə miflər

posted in: Xəbər | 0
birbank biznes

pul pulun təbiətiZəngin insanlar bir çox amillərin təsiri altında ola bilirlər. Müvəffəqiyyətli və zəngin bir insan olmaq üçün ən vacib meyarlardan biri pulun düzgün qəbul edilməsidir.

Bəzən elə olur ki, istedad da, lazımi resurslar da, təşkilatçılıq qabiliyyətləri də var, ancaq, istəyimizə nail olmaq mümkün olmur. Ola bilsin ki, səbəb pul qazanmağa olan yanlış münasibətdədir. Pul haqqında ən geniş yayılmış mifləri pozmağa çalışacağıq.

“Mən düzgün fəaliyyət sahəsini seçməmişəm və ona görə də zəngin deyiləm”.

Əslində, milyonerlər və milyarderlər demək olar ki, bütün biznes sahələrində var. Bu və ya digər peşəni orada çoxlu sayda zəngin adamların mövcudluğuna görə seçmək, kökündən yanlış yanaşmadır. Ruhunuza uyğun gələn bir işlə məşğul olun. Lazımi miqdarda kapitalı istisnasız olaraq istənilən sahədə qazanmaq olar.

“Əgər mən zəngin bir ailədən olsaydım – pulu çox asanlıqla qazana bilərdim”.

İndi dünyanın ən zəngin insanlarının reytinqlərinin üst sıralarını tutan bir çox biznesmenlər – heç də ən imkanlı valideynlərin uşaqları olmayıblar. Onlardan bəziləri orta imkanlı ailələrdən çıxanlardır. Və yalnız kiçik bir qismi zəngin ailələrdə doğulanlardır. Lakin, hətta onlar da öz sərvətlərini heç də valideynlərinin köməyi ilə deyil, özlərinin uzun sürən ağır zəhmətlərinin sayəsində qazanıblar. Sizin valideynlərinizin kim olması mütləq şəkildə mühüm deyil, hər bir kəsin varlanmaq şansı vardır.

“Mən məktəbdə/kollecdə/institutda yaxşı oxusaydım, onda varlı ola bilərdim”.

Bilik şübhəsiz ki, çox mühümdür. Lakin, nəzəri biliklərdən daha çox praktiki bacarıqlar daha faydalıdır. Təhsildə əlaçı olmaq – hələ maliyyə sahəsində uğurlu olmağa zəmanət vermir. Eyni şey əksinə də ola bilər.

“Varlı adamlar sadəcə lazımi yerdə lazımi vaxtda olmağı bacaranlardır”.

Bu, tamamilə belə deyil. Onların bir çoxu heç də uğurlu və şanslı olmayıblar. Yalnız bir çox uğursuzluq və müvəffəqiyyətsizliklərdən keçərək, belə bir yüksəkliyə gəlib çata biliblər.

“Əgər mən iqtisadi cəhətdən daha uğurlu bir ölkədə yaşasaydım, zənginliyə daha asanlıqla çata bilərdim”.

İstənilən ölkədə varlı adamlar vardır. İstənilən bir cəmiyyətdə zəngin insanlar vardır.

“İndi böyük pullar qazanmaq üçün imkanlar azdır”.

Ancaq, müasir olmayan insan, öz düşüncələri ilə keçmişdə qalan bir adam belə deyə bilər. Texnologiyaların sürətli inkişafını nəzərə alaraq, indi hətta bir neçə onilliklər əvvəl olduğundan daha çox pul qazanmaq yolları vardır.

“Başlanğıc üçün kapitalım yoxdur, ona görə mən böyük biznesə başlaya bilmirəm”.

Nəhəng bir okeanı da kiçik damcılar təşkil edir. Damcıdan başlamaqla siz artıq okeana doğru bir addım atmış olursunuz. Və onu da demək lazımdır ki, biznesin heç də bütün növləri başlanğıc üçün elə də böyük kapital tələb etmir.

“Mən çox çalışacam və hökmən milyonçu olacam”.

Dünyada insanların əksəriyyəti çox çalışırlar, amma, buna baxmayaraq, yenə yoxsul olaraq qalırlar. Çox çalışmağı deyil, ağılla, düşünülmüş şəkildə işləməyi seçin.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun