Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı

posted in: Xəbər | 0

elektron dövlət qeydiyyatı, saytTəsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.

Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.

Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik etdi!

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı ürəklər” (“Red Hearts”) fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirdi.

Tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmızı ürəklər”in, PAŞA Holding-in, Kapital Bank-ın, PAŞA Bank-ın, Fairmont Hotelin və müxtəlif qrupların könüllüləri iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də bayram ərəfəsində keçirilib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tenderə necə qoşulaq? Tenderin təşkili (Şərtlər, qanunvericilik, həll yolları) – II yazı

posted in: Xəbər | 0

tenderin təşkili, mərkəzləşdirilmiş mühasibatlıqTender özlüyündə mütləq şərtlərə riayət edilməsini əks etdirən mmürəkkəb bir sistem olduğu üçün bu mürəkkəb sistemə bələd olmaq tenderi udmağa müsbət stimul verən amillərdəndir. Tender o halda keçirilir ki, iddiaçıların sayı minimum 3 nəfər olsun. Əks halda tenderin keçirilməsindən imtina edilir.

Tender bir neçə üsulda aparılır:

  • Açıq tender. 50 min manatdan yuxarı mal (iş və ya xidmət) alındıqda açıq tender üsulu tətbiq edilir. Müəssisə il ərzində bir neçə müqavilə ilə də 50 min manatdan yuxarı mal aldıqda bu üsula əməl etməlidir.
  • İkimərhələləli tender. Bu üsuldan müəyyən hallarda istifadə edilməsi mümkün sayılır. Bu hallara aiddir:

– malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:

– satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə.

  • Məhdud iştiraklı və ya qapalı tender. Məhdud iştiraklı tender üsulundan aşağıdakı hallarda istifadə edilir:

– həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda;

– çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;

Qapalı tender üsulundan isə malların (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduğu halda istifadə edilir.


Tenderə necə qoşulaq? Tenderə hazırlıq (Şərtlər, qanunvericilik, həll yolları) – I yazı


Tenderdən bəhs edərkən tender komisssiya barədə məluçat verməmək mümkün deyil. Bu komissiya tək sayda, azı 5 nəfər olmaqla alıcı təşkilatın mütəxəssisləri və əlaqədar təşkilat nümayəndələrindən ibarət tərkibdə olur. Tenderlərin keçirilməsi barədə elanlar üçün də müəyyən müddətlər göstərilmişdir. Belə ki,

  • Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.
  • ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.

Tender komissiyası tender üzrə təklifləri yoxlamaq və daxil olma ardıcıllığı ilə açmaq  hüququna malikdir. Komissiya qərarı müstəqil verir və qərarı üzvlər mütləq imzalamaq öhdəliyi daşıyır. Qərar üzvlərin dörddə üçünün iştirakıyla qəbul olunur. Tenderdə ən aşağı və ya ən sərfəli təklif verən iddiaçı qazanmış sayılır. Qazanan tender iddiaçısı ilə 5 bank günü ərzində müqavilə bağlanmalıdır. Növbəti 5 bank günü ərzində isə müqavilənin icrası barədə iddiaçıya məlumat verilməlidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tələb olunan məlumatların təqdim edilməməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur

posted in: Xəbər | 0

Maliyyə analitiki, Vakansiya, İnsan resursları, əməkhaqqı üzrə KöməkçiMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsində dəyişikliklərdən biri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri tərəfindən mənfəət (gəlir) bəyannaməsi ilə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatların, habelə vergi orqanının tələbi ilə orta və iri sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının vergi orqanına təqdim edilməsi ilə bağlıdır. Məlumatlar İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan forma əsasında təqdim ediləcək.

Dəyişiklik vergi ödəyicisi mənfəət (gəlir) vergisinin bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının daha effektiv həyata keçirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi, ödəyicinin fəaliyyəti ilə bağlı məlumat bazasının genişləndirilməsi və vergi orqanının vergilərin hesablanmasında istifadə olunan məlumatları daha çevik əldə etməsi məqsədi daşıyır. Belə ki, vergi ödəyicisinin debitor və kreditor borcları onun digər şəxslərlə həyata keçirdiyi ticarət əməliyyatları üzrə aparılan hesablaşmaların qalıqlarını müəyyən edir. Vergi orqanı tərəfindən debitor borclar barədə adlı siyahı üzrə məlumatların əldə edilməsi vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar üzrə gələcək dövrdə əldə ediləcək pul vəsaitlərinin, habelə vergi ödəyicisinin gəlirlərinin, o cümlədən ƏDV ödəyiciləri üzrə ƏDV öhdəliyinin müəyyənləşdirilməsində mühüm inzibatçılıq aləti kimi çıxış edəcək. Bununla da vergi orqanı ilə vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyacaq.

Bir sıra hallarda vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla alınmış mal, iş və xidmətlərin dəyərini nağd qaydada ödəyir, lakin uçotda həmin məbləği kreditor borc kimi əks etdirirlər. Bununla əlaqədar, vergi ödəyicisinin kreditor borcları barədə adlı siyahı üzrə məlumatların alınması həm “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasının, həm də vergidən yayınma hallarının qarşısının alınmasına hədəflənib. Ödəyicilərin kreditor borcları barədə məlumat nəzarəti tədbirləri zamanı həmin borcların məbləği ilə vergi ödəyicisinin gəlirdən çıxdığı xərcləri, mal qalığı və digər məlumatları arasında vergi orqanı tərəfindən üzləşdirmə aparılmasına imkan verir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən tələb olunan məlumatların təqdim edilməməsinə görə müvafiq məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 598 599 600 601 602 603 604 2. 391