Azərbaycanda 10-dan çox auditorun fəaliyyəti dayandırıla bilər

posted in: Xəbər | 0

auditorun fəaliyyəti, auditorlar palatasıAuditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən – noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.

Siyahıda 10 hüquqi və 4 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

– “ASON AUDİT” MMC – (direktor Vəkilov Orxan)
– “Consulting Service of Baku” MMC – (direktor Qədirov Vidadi)
– “EON Audit” MMC – (direktor Ağayev Orxan)
– “Eurocond Plus” MMC- (direktor Camal-zadə Anar)
– “Fairness Consalting Grup” MMC – (direktor Məmmədov Eldəniz)
– “Next Audit Konsalting” MMC – (direktor Həsənov Bəhlul)
– “Premium Audit” MMC – (direktor Kərimov Natiq)
– “RM Audit” MMC- (direktor Miriyev Rasət)
– “V.İ.P Audit” MMC – (direktor Fərəcov Elçin)
– “VXA AUDİT” MMC – (direktor Qurbanov Elçin).
– Eminov Otello Zəkəriyyə oğlu
– Quliyev Elçin Vaqif oğlu
– Rzayev Akif Məlik oğlu
– Sadıxov Musa Sərxan oğlu

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gələn ildən vergi ödəyiciləri daha hansı məlumatları vergi orqanına verə bilərlər?

posted in: Xəbər | 0

Bərbər fəaliyyəti, vergi öhdəliyi, Ödənilən məbləğlərin ƏDV-si, Cari vergi ödəmələrinin hesablanması Cari vergi ödəmələriXəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər parlamentdə III oxunuşda qəbul edilib. Artıq mütəxəssislər yeniliklərin detallarını açıqlayırlar.

Gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixdən təkllif olunan dəyişikliklər qüvvəyə minərsə vergi ödəyiciləri vergi orqanına aşağıdakı məlumatları da təqdim edəcəklər:

– istehsal olunacaq hazır məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin hesabat dövründə həmin normalara dəyişikliklərlə bağlı dəqiqləşdirilmiş məlumatlar (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla),

– idxal ediləcək malların saxlanılacağı (boşaldılacağı) yer barədə, yaxud həmin malların saxlanma yeri barədə, yaxud həmin malları sifariş verən şəxslər barədə və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə,

– kreditor və debitor borcları barədə (mənfəət, gəlir vergisinin ödəyiciləri),

– bank ödəniş tapşırıqlarında elektron qaimə-fakturanın seriya və nömrəsi, yaxud müntəzəm alışlar üzrə bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, YGB seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı (invoys) sənədinin tarixi və nömrəsi, yaxud borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, yaxud avans ödənişi olduğu göstərilməklə tələbnamənin, müqavilə və ya əlavənin tarixi və nömrəsi.

– orta və iri sahibkarlıq subyektləri mühasibat standartları üzrə hazırlanan maliyyə hesabatları (vergi orqanının tələbi ilə).

Əslində bütün sadalanan məlumatlar mühasiblər tərəfindən hazırlanır və ya əldə olunur. Məsələ ondadır ki, artıq onlar bu məlumatların verilməsini təmin etmək üçün həmin məlumatları əsaslandıran əməliyyatların uçotunu düzgün, dürüst və vaxtında aparmalıdırlar. Həmçinin, bilməlidirlər ki, əvvəlcədən təqdim olunan bu məlumatlardakı göstəricilər sonradan təqdim olunan mənfəət (gəlir) bəyannamələrinin 1 №-li Əlavəsinin göstəriciləri ilə uyğunlaşdırılmaqla vergi orqanı tərəfindən kameral yoxlamalar aparılacaqdır. Başqa sözlə, uyğunsuzluqların düzgün əsaslandırılması üçün vergi orqanının məlumat bazası genişləndirilir. Ona görə də mühasiblər tərəfindən rəhbər və icraçı menecerlərə daha məsuliyyətli olmaları və mühasiblərin özlərinin də məsuliyyətinin artacağı barədə xəbərdarlığını etmələri tövsiyyə olunur.

Hesab edirəm ki, mühasiblərin əməyinin qiymətləndirilməsi hazırki tələblərdən irəli gələn məsuliyyətinə adekvat olmalıdır. Mühasib əməyinin dəyərinin yüksək olması mütləqdir, bu əmək ucuz ola bilməz. Artıq rəhbərlər və sahibkarlar mühasibat xidmətinin dəyərinin artırılması və ya uyğunlaşdırılması istiqamətində düşünməli və səy göstərməlidirlər.


Mənbə: vergiler.az

Növbəli iş rejimində bayram günlərində işləyən işçinin əməkhaqqısı necə ödənilməlidir?

posted in: Xəbər | 0

əməkhaqqı, növbəli iş, Mühasibatlıq üzrə Kargüzar, Vakansiya, orta əmək haqqıNövbəli iş rejimində çalışan işçi bayram günlərində işləyərsə, onun əməkhaqqısının necə ödənilməsi mütəxəssislər arasında müzakirə olunan məsələlərdəndir. Sərbəst auditor Altay Cəfərovun şərhi bu məsələyə həsr olunub.

Tutaq ki, “AA” MMC-nin fəaliyyətində növbəli iş rejimi tətbiq olunur. MMC-nin noyabr ayında normal iş rejimi üzrə hər bir işçi 160 saat işləməlidir. Hər növbə üzrə 160 saat iş həcmi əmək müqavilələrində təsbit olunmuşdur.
İşçilərin bir qisminin iş növbəsi 8 və 9 noyabr bayram günlərinə düşmüşdür. Burada ilkin olaraq belə təsəvvür yaranır ki, bayram günlərində çalışmış işçilərə əməkhaqqı ən azı 2 misli məbləğində ödənilməlidir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Həmçinin, maddənin 2-ci hissəsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Burada məsələyə iki cür yanaşmaq olar:

– birincisi, işəgötürən növbəli iş rejimi olmasına baxmayaraq çalışmalıdır ki, istirahət və bayram günlərində işçiləri işə cəlb etməsin;

– ikincisi, əgər bu mümkün olmasa, o zaman növbəli iş rejimini tədbiq edəndə çalışılmalıdır ki, işçilər aylıq iş normasında işləsinlər.

Yuxarıdakı misalda, işçi bayram günlərində çalışmış olsa da, iş rejiminə görə noyabr ayındakı 160 saat normasını aşmamışdır.

Bundan əlavə, məsələyə məntiq və mahiyyətə görə baxsaq, işçi bayram günlərində işləsə də, qalan günlərdə günəvəzi kimi istirahət etmiş sayılır. Yuxarıdakı misalda işçi əmək müqaviləsinə görə MMC ilə növbəli iş rejimində çalışmağa və normal iş saatları normasını işləməyə razılaşmışdır. Ona görə də bayram günlərində işlədiyinə baxmayaraq, ona ikiqat əməkhaqqı ödənilməyəcəkdir. Çünki o, 160 saatlıq iş normasını yerinə yetirmişdir. Bununla belə, 8-9 noyabr tarixlərindəki iş 160 saatlıq iş normasından artıq olduğu halda, işçiyə əlavə olaraq gündəlik və ya saatlıq əməkhaqqının iki misli miqdarında əməkhaqqı ödənilməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron dövlət qeydiyyatından istifadə mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Dekabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək.

Tədbir startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də öz biznesini qurmaq istəyən şəxslərin elektron dövlət qeydiyyatı sistemi barədə məlumatlandırılması və onları bu sistemdən istifadəyə təşviq etmək məqsədilə təşkil edilir.

Onlayn seminara qatılmaq istəyən sahibkarlıq subyektləri və startaplar aşağıdakı link vasitəsilə tədbirdə iştirak edə bilərlər:

https://zoom.us/j/98037112936?pwd=L0lJMmc1emFCUXRnMDJKcWxiVm54UT09

Meeting ID: 980 3711 2936

Passcode: 473454


Mənbə: vergiler.az


1 600 601 602 603 604 605 606 2. 391