Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (10-cu hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (10-cu hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Üstəlik, əməkhaqqı bərabərsizliyi də artmışdı. Bu, xüsusilə də “idarəetmə və ya nəzarət ilə məşğul olmayan istehsal işçiləri” haqqında danışarkən, sənaye inqilabına bənzəyir. Bu zavod fəhlələri və xidmət sahəsinin işçiləridir. Bu, işçi qüvvəsinin təxminən yarısıdır və 1970-ci illərdən bəri onların payı dəyişməyibdir, heç bir artım da yoxdur.

Digər yarısı – menecerlər və mütəxəssislərdir ki, onların maaşları sürətlə artırdı. Menecer və mütəxəssislərin orta əməkhaqqı arasında elə də böyük fərq yox idi, amma, indi onlar zavod operatorları və xidmət işçilərindən qat-qat çox qazanırlar.

Bu əməkhaqqı dəyişiklikləri məşğulluqda baş verən dəyişikliklər ilə bağlıdır. Menecerlərin və mütəxəssislərin sayı, eləcə də ümumi işçi qüvvəsində onların payı əhəmiyyətli dərəcədə artmışdı. Orta ixtisas sahəsində çalışan işçilərin payı azalıb və xidmət sahəsində çalışan işçilərin sayı isə xeyli artıb (mən xadimələr, kuryerlər, ofisiantlar, avtodayanacaqlarda xidmət göstərən personal, aşpazlar, mühafizəçilər, satıcılar, tibb bacıları, müxtəlif növ köməkçi və s. bu kimi insanları nəzərdə tuturam).


Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz


Məşğulluqdakı bu dəyişikliklər istehsalın geriləməsi ilə əlaqələndirilir. 1850-ci ildən bu günə qədər Amerika emal sənayesində məşğul olanların ümumi sayı yüksəliş yaşayıb və indi isə azalır. Mən XIX əsrin ortalarından 1970-1975-ci illərə qədər olan istehsal sektorunun inkişafından danışdım. 1930-cu illərdəki Böyük depressiya zamanını çıxmaq şərtilə bu, demək olar ki, fasiləsiz olaraq yuxarıya yüksəliş idi. 1970-ci ildən isə kəskin aşağı dönüş baş verdi. Sənətkarlıq, fabriklərdə işçilər – bu iş yerləri sadəcə yoxa cıxırdı, onları mağazalarda, restoranlarda və s. yerlərdə adamlar əvəz edirdi.

Bu niyə baş verirdi? Səbəbi qloballaşmadırmı? Məsələn, bu gün bir çoxları Çin ixracını ittiham edir. O, son 20 ildə vacib idi, lakin, emal sənayesində məşğulluğun azalması hələ bundan əvvəl, 1960-cı illərdə başlamışdı. Özü də bu, heç bir idxalla bağlı deyildi.

 Digər tərəfdən, sənaye bölgüsünə baxsanız, ABŞ-da idxal nəticəsində tamamilə məhv edilmiş bəzi sahələrin olduğunu görərsiniz: dəri məmulatları, ayaqqabı, toxuculuq malları, geyim və s. – bu məhsulların 90%  indi xaricdən gətirilir, halbuki əvvəllər hər şey ölkə daxilində istehsal olunurdu. Digər tərəfdən, metallurgiya, elektrik avadanlığı, kağız istehsalı, poliqrafiya kimi sahələr bəzən idxal analoqu olmayan və ya cüzi həcmi (10% – dən az) olan sahələrdir, məşğulluğun azalması isə 50-75% – ə çatır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin iqtisadi siyasəti (3-cü hissə)

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasəti (3-cü hissə)dövlətin iqtisadi siyasəti, dünya iqtisadiyyatı, iqtisadiyyat

Bundan başqa, nəzərə almaq lazımdır ki, bəzi fəaliyyət növlərinin və ya layihələrin böyük miqyası ucbatından elə resurslar və biliklər tələb olunur ki, bu da yalnız hökumət tərəfindən cəmləşdirilə və səfərbər oluna bilər. Özəl sektorun fəaliyyətini həyata keçirmək üçün yalnız ictimai sektorda olan məlumatlar lazımdır (yəni, dövlət və müvafiq orqanlar olmasaydı, özəl sahibkarın informasiyanın toplanması və emalı üzrə xərcləri ondan potensial faydanı əhəmiyyətli dərəcədə üstələyərdi).

Əksər Qərb ölkələrinin iqtisadi siyasəti təxminən XX əsrin 70-ci illərinin ortalarına qədər keynsian nəzəriyyəsinin postulatları üzərində qurulmuşdur. Ancaq hökumətin iqtisadiyyata həddən artıq müdaxiləsi bazar prinsiplərinin məhdudlaşdırılmasına gətirib çıxardı.70-ci illərdə ölkələr iqtisadiyyatın səmərəliliyinin, elmi-texniki tərəqqinin sürətinin azaldılması, böhran proseslərinin kəskinləşməsi, artan inflyasiya, sosial asılılıq, bürokratiya və s. problemlərlə üzləşdilər. Bu, iqtisadi həyatın tənzimlənməsinin alternativ variantlarının axtarışına gətirib çıxardı.


Dövlətin iqtisadi siyasəti (2-ci hissə)


Keynsian ideyalarından imtina baş verir və bazarın özünütənzimləməsini bərpa etmək arzusu güclənir, yəni, hökumətin funksiyalarında bazarın onun əlavə edilməsinə və dəstəklənməsinə keçid həyata keçirilir.

80-ci illərdə ölkələrin əksəriyyəti iqtisadi islahatlar aparmağa başlayır:

  • rəqabətin stimullaşdırılmasına və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş dövlət müəssisələrinin özəlləşdirilməsi;
  • xarici ticarətdə idxal rüsumlarının və kəmiyyət məhdudiyyətlərinin ləğv edilməsi, bu da onu nisbi qiymətlərdəki dəyişikliklərə daha həssas edir;
  • kreditlərin və faiz dərəcələrinin tənzimlənməsinin liberallaşdırılması, bu da kredit bazarının mühüm paylayıcı funksiyalarının bərpasına gətirib çıxarır;
  • qiymət tənzimləməsinin və iqtisadi fəaliyyət azadlığının digər məhdudiyyətlərinin azaldılması, çünki tənzimlənən qiymətlər həmişə bazar münasibətlərini təhrif edir, iqtisadi səmərəliliyi azaldır və icarə oriyentasiyalı davranışını stimullaşdırır;
  • əsas malların subsidiyalaşdırılması qiymətlərin enməsinə səbəb olur, bəzi hallarda tələbat tələsik və resursların israfı olduğu dərəcədə endirilir.

İqtisadi islahatlar sahibkarlığın aktivliyinin təşviqinə və sosial ələbaxımlılığın aradan qaldırılmasına istiqamətlənib. Bütün ölkələrin təcrübəsi göstərdi ki, iqtisadi tərəqqinin şərti bazar özünü tənzimləməsidir. Eyni zamanda, heç bir ölkədə iqtisadiyyat dövlətin təsiri olmadan fəaliyyət göstərmir.

Tarixi təcrübə göstərdi ki, “demokratik tənzimlənən bazar iqtisadiyyatı kimi iqtisadiyyata alternativ yoxdur” (Y. Pevner, Rusiya iqtisadçısı) bazar yanaşmasının hərtərəfli olduğunu, hər şeyə (o cümlədən insan davranışına, dövlətin hərəkətlərinə də) tətbiq oluna bilər.

Məcburetmə hüququ dövlətin əsas fərqləndirici əlamətidir. “Məcbur etmək – P. Heyne “İqtisadi düşüncə tərzi” kitabında yazır, – insanları birgə fəaliyyətə sövq etmək, onların seçim azadlığını məhdudlaşdırmaqdır”. Məcburetmə əqidə ilə birləşir. Amma, bazar da bu hüquqa malikdir (məsələn, reklamın köməyi ilə). Məcburetmə, dövlət mülkiyyət hüquqlarına riayət edilməsinə əsaslanan könüllü mübadiləni tamamlayaraq vətəndaşların hərəkətlərinin razılaşdırılmasını təmin edir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (10-cu hissə)   

posted in: Xəbər | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (10-cu hissə)  Mühasibat uçotu

2-ci mövzu. QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNDƏ MÜHASİBAT UÇOTUNUN İNKİŞAFI

Erkən orta əsrlər dövründə Qərbi Avropa ölkələrində Roma mühasibatlığı ənənələri davam etmişdir. Tədqiqatçıların fikrincə, uçotda mühafizəkarlıq əsrlər boyunca hökm sürmüşdü, təxminilik prinsipi insanların hərəkətlərinin əsasını təşkil etmişdi. 102-ci ildə italyan Fibonaççi mühasibatlığa ərəb rəqəmlərini tətbiq etdi, lakin, mühasiblərin yeni rəqəmlərin üstünlüyünü dərk etməsi üçün üç əsrdən artıq müddət lazım gəlmişdi. Hesab olunurdu ki, roma rəqəmlərində səhvləri ərəb rəqəmlərində olduğundan daha asan düzəltmək mümkün idi. Uçotun nisbiliyinin dərk edilməsi ilə hesablamaların dəqiqliyi daha da artmışdı. Mühasibat uçotunun dəqiqliyinin və hüquqi əsaslılığının artması Roma hüququnun mühasibatlıqda istifadəsinə kömək etmişdi. Roma hüququ əsasında ticari və iqtisadi hüquq formalaşdı. Tacirlər qeydlər üçün müəyyən tələblər yaradan vasitəçi ssudalar yaratdılar:

1)      başa çatmış əməliyyatlar tarixlərin artan qaydasına uyğun olaraq yazılır;

2)      mühasibat kitablarında qeydlər arasında boş yer qalmamalı idi;

3)      hər bir əməliyyat üzrə buna icazə verən sənədə istinad edilir;

4)      qeydlərdəki bütün rəqəmlər saxtakarlıqlardan yayımaq üçün rəqəmlə deyil, hərflərlə yazılmalıdır.

Əsas uçot üsulları hesabatlılıq və inventarlaşdırma idi, lakin, orta əsr insanları hesab edirdilər ki, şifahi şəhadətnamə yazılı sənəddən daha düzgündür, çünki sonuncunu saxtalaşdırmaq olar, şifahi ifadəni isə saxtalaşdırmaq mümkün olmur.


Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz


Monastır təsərrüfatlarında sistemləşdirilmiş qeydlər olan inventar siyahılarının tərtibi geniş vüsət almışdı. Onlar aşağıdakı əmlak qruplarına ayrılırdılar:

1)      binalar və qurğular;

2)      təsərrüfat inventarları;

3)      ərzaqlar;

4)      mal-qara.

Bu məlumatlar kənd təsərrüfatı uçotunu idarə edən şəxsin təlimatlarında aşkar olunmuşdu. Mənfəət haqqında hesabat ildə bir dəfə təqdim olunurdu, xərc əməliyyatlarının uçotu iki ayrı registrdə aparılırdı:

1)      sahibkarın xərcləri;

2)      təsərrüfatın xərcləri.

Qalığı çıxarmaq üçün cari uçot registrlərinin bütün qeydləri dəyərlər növü üzrə hesablanırdı.

Ödəyicilər və alıcılar arasında münasibətlər birkalı uçot vasitəsilə rəsmiləşdirilirdi. Qərbi Avropa ölkələrində birka-lövhəcikdə ödənişə müvafiq olan kəsik açılırdı. Lövhəcik iki yerə bölünürdü, onlardan biri alanda (mədaxil orderi), ikinci isə ödəniş edənə (qəbz) verilirdi. Hər iki lövhəcik parçasını yanaşı qoyduqda, qeydin doğruluğuna əmin olmaq olurdu. Beləliklə, “xətti qeyd” həyata keçirilirdi. Bu üsuldan maddi məsul şəxslər arasında təsərrüfat daxilində dəyərlərin yerdəyişməsinin qeydiyyatını əks etdirmək üçün də geniş istifadə olunurdu. Birkalardan “veksel”, “çeklər” kimi sərbəst dövriyyədə və nağd pulun əvəzinə borcların ödənilməsi vasitəsi kimi də istifadə olunurdu.

Orta əsrlərdə səyyah mirzə peşəsi yaranmışdı ki, onlar müəyyən haqq müqabilində hesabatları tərtib edirdilər. Orta əsrlərin çiçəklənmə dövründə uçot üzrə xüsusi traktatlar meydana çıxırdı, onlarda sənədlərin tərtibatı ilə bağlı qaydalar göstərilirdi.

Uçot dövlət təsərrüfatında mühüm əhəmiyyət daşıyırdı, İngiltərədə bu xüsusilə nümunəvi formada aparılırdı. “Dəhşətli məhkəmə kitabları” (1086-cı il) əsərindən  biz bilirik ki, uçotun əsasını inventar siyahıyalması təşkil edib. İngiltərə xəzinədarlığında şahmat taxtası palatası ölkənin maliyyə məsələlər ilə məşğul olurdu ki, elə o zaman şahmat formasında uçot registri ortalığa çıxdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsində dəyişikliklər təsdiq edildi

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr
796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211; № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 378-VIQD və 380-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

Daha ətraflı nəzər yetirmək üçün yükləyin: Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (1105 downloads )



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 597 598 599 600 601 602 603 2. 391