Vergi məbləğləri necə tutulur?

posted in: Vergi, Xəbər | 0

Vergi məbləğləri necə tutulur?

Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən), gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) və vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi (bildiriş üzrə).

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl verginin tutulması başa düşülür. Bu vergitutma formasına bilavasitə mənbədən tutulma da deyilir. Məsələn, mudlu işlə əlaqədar gəlirlərdən (əmək haqqından) və muzdlu işə aid olmayan gəlirlərdən (icarə haqqı, dividend, royalti və s.) tutulan vergilər ödəmə mənbəyindən bu formada tutulur. Gəliri ödəyən sahibkar vergini ödəmə mənbəyindən tutub ödəməli və Məcəlləyə uyğun şəkildə hesabatını vergi orqanına təqdim etməlidir.

Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə, vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulma forması başa düşülür. Bu cür formaya bəyənnamə üzrə tutulma forması deyilir. Yəni ödəyici əldə etdiyi gəlir (mənfəət) barədə özü bəyan edir və həmin bəyan etdiyi məbləğ üzrə də vergini tutur. Sadələşdirilmiş vergi və fiziki şəxsin gəlir (hüquqi şəxsin mənfəət) vergisi bu cür formada tutulur.

Vergitutma obyektinin (məslən, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasındda tutulma formasıdır. Ona görə də, bu metoda bildiriş üzrə verginin tutulması forması deyilir. Bu zaman vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanı və ya bələdiyyə hesabladığı məbləğ üçün tədiyyə bildirişi təqdim edir və bu bildiriş əsasında vergi ödəyicisi tərəfindən vergi tutularaq büdcəyə ödənilir.

Vergi Məcəlləsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Onlayn növbədən istifadə

posted in: Xəbər | 0

onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuDövlət Vergi Xidmətindən bildirilib ki, bir şəxs gün ərzində yalnız bir dəfə onlayn növbəyə yazıla bilər. Elektron xidmətin istifadəçisi xidmət mərkəzinə növbəyə yazıldığı vaxtdan 10 dəqiqə əvvəl gəlməli və mərkəzə yaxınlaşdıqda özü ilə şəxsiyyət vəsiqəsini, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini və ya fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidir.

Qeyd olunan vaxtda xidmət mərkəzinə yaxınlaşmadıqda və ya götürülmüş növbənin vaxtından 15 dəqiqə gec xidmət mərkəzinə yaxınlaşdıqda, qeyd olunan sənədlər təqdim olunmadıqda və (və ya) xüsusi qoruyucu (tibbi) maskalardan istifadə edilmədikdə xidmətin göstərilməsindən imtina olunacaqdır.

Əsaslandırma: Onlayn növbəyə yazılma elektron xidmətləri üzrə istifadəçi Təlimatı.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox  (9-cu hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox  (9-cu hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Necə olmasından asılı olmayaraq, nəticə Birləşmiş Ştatların kütləvi istehsal texnologiyasını icad etdiyini və istifadə etdiyini, eləcə də ABŞ-da əməkhaqqı səviyyəsinin Böyük Britaniyadakı əməkhaqqı səviyyəsini aşdığını nəzərdə tuturdu. Amma, uzun müddət ərzində Britaniyada əməkhaqqı səviyyəsi, amerikalı ixtisassız işçilər və amerikalı istehsal işçilərinin maaş səviyyəsindən daha yüksək idi.

Britaniyalı ixtisaslı işçilər 1920-ci illərin sonuna kimi amerikalı ixtisassız həmkarlarından daha çox qazanc əldə edirdilər, lakin, sonra vəziyyət dəyişdi, ixtisassız amerikalı işçilər britaniyalı ixtisaslı işçilərdən daha çox qazanc əldə etməyə başladılar. Bu, Amerikada yaşayış səviyyəsinin Avropanı üstələdiyi və hər yerdə fəhlə sinfi adlandırılan amerikan orta təbəqəsinin ortaya çıxdığı vaxtdır.

Amerikalı orta təbəqənin böyüməsinə kömək edən texnologiyadan başqa daha iki amil də vardır. Birinci Dünya müharibəsindən sonra avropalı fermerlərin kütləvi mühacirəti dayandırıldı və bu ixtisassız işçilərin çatışmazlığına gətirib çıxardı ki, o da öz növbəsində əmək haqqının artmasına səbəb oldu. Bunun nəticəsi, maaşların yüksəldilməsi uğrunda çıxış edən həmkarlar ittifaqı hərəkatının 1930-cu illərdə daha geniş yayılması oldu.

Bizə yalnız Henri Fordun həqiqətən bunları dediklərini təxmin etmək qalır, çünki bu sözləri ona aid edirlər: “Mən eşitmişəm ki, hansısa ixtisas üzrə peşənin işdən məhrum olunmasını bizim adımıza yazırlar. Biz bunu etməmişik. Biz planlaşdırma, idarəetmə və qurğuların və alətlərin yaradılması sahəsində öz işçilərimizin ixtisaslarını artırmışıq,  bunun nəticələrindən isə ixtisassız olan adamlar istifadə edirlər”.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Bu, təxminən ABŞ-da baş vermiş bir şeydir və o, cansıxıcı istehsal və inzibati işlərin bolluğu səbəbindən bu gün gəldiyimiz vəziyyət üçün çox vacibdir. Bu, olduqca vacibdir, çünki məhz, bu işləri robotlar və kompüter sistemləri ilə əvəz edə bilər.

Bu düşüncə bizi indiki dövrə, tarixin dövrləşdirməmizin dördüncü mərhələsinə – 1973-cü ildən 2020-ci ilə qədər olan xidmət sənayesindəki inqilaba gətirib çıxarır. Hazırda biz sənaye inqilabına oxşar yeni bir erada qərarlaşmışıq. Qloballaşma, texniki dəyişikliklər, yeni iqtisadi mexanizmlər köhnə modelləri və onlardan gözlənilən nəticələri təhlükə altına qoymuşdu.

Problem baxın, nədədir: bir işçiyə düşən istehsalın həcmi böyüyür, əhəmiyyətli bir iqtisadi dirçəliş var, ancaq, orta əməkhaqqı demək olar ki dəyişməz qalır və əmək gəlirlərinin ümumi gəlirdəki payı azalır. Burada biz belə bir təsviri görürük: 1970-ci illərə kimi bir işçiyə düşən məhsuldarlıq yüksəlirdi, əməkhaqqı da az və ya çox sinxron olaraq artırdı. O vaxtdan bəri böyük bir fərq müşahidə olunur: bir işçiyə düşən məhsuldarlıq hələ də sürətlə artırdı, lakin, orta əməkhaqqı çox zəif bir şəkildə yüksəlirdi və nəticədə 1970-ci ildə milli gəlirdəki əmək gəlirinin payı 56% idi. İndi isə o, 46 faizə kimi aşağı düşüb.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tenderə necə qoşulaq? Tenderə hazırlıq (Şərtlər, qanunvericilik, həll yolları) – I yazı

posted in: Xəbər | 0

Tenderə necə qoşulaq? Tenderə hazırlıq (Şərtlər, qanunvericilik, həll yolları) – I yazıtender

Tender satınalmanın ən geniş yayılmış və ən tanınan üsullarından biri olduğu üçün yazılarımızda bu barədə məlumat verməyə çalışacağıq. Əvvəla qeyd edək ki, tender satınalmanı həyata keçirmək üçün təşkil edilən bir müsabiqədir. Bu müsabiqənin nəticəsində tender təşkil edən tərəf – alıcı arzuladığı malı (iş və ya xidməti) sərfəli şərtlərlə əldə edir, tender iştirakçısı isə öz məhsulunu (iş və ya xidməti) sata bilir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri hesabına alınması “Dövlət satınalınmaları haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələrək bu müəssisələr üçün vahid satınalma prosesini tənzimləyən etender.gov.az internet portalı qurulub. Müəssisələr növbəti il üçün planlaşdırılan satınalmaları cari ilin 15 oktyabrınadək həmin portalda yerləşdirildikdə planlaşdırılmış hesab edilir. Əgər yuxarıda qeyd edilən müəssisələrin tender və ya digər satınalma prosesində iştirak etmək istəyirsinizsə, qanunda göstərilən malgöndərənlərə aid tələblərə cavab verməlisiniz. Əks halda tenderi yaxud digər üsulda satınalmaya qoşulmağı yaddan çıxarmaq olar.

Malgöndərənlər üçün başlıca tələblərə aiddir:

  • Müvafiq sahədə peşəkarlıq, təcrübə, işçi qüvvəsinə malik olma, etibarlılıq;
  • Satınalma müqaviləsi bağlamağa səlahiyyəti olma – bu səlahiyyət ya nizamnamədə, ya da ayrıca müqavilədə, əmrdə, sərəncamda göstərilməlidir;
  • Ödəmə qabiliyyəti, müflis olmama, əmlakındam sərbəst istifadə qabiliyyəti;
  • Vergi və digər öhdəlikləri qalmamalı, son 1 il üçün fəaliyyət dayandırılmayıbsa, vergi üzrə vəzifələri yerinə yetirməmə halı olmamalıdır;
  • Peşə fəaliyyəti yaxud satınalma üzrə son 5 il üçün cinayət məsuliyyəti olmaması;
  • Tələb olunduğu halda müvafiq fəaliyyətə görə icazə və ya lisenziya olmalıdır;

Onu da qeyd edək ki, əksər hallarda satınalma həyata keçirən təşkilat bu tələblərə dair təsdiqedici sənədləri tələb edəcəkdir. Bu tələb ya satınalmadan əvvəl yaxud da sonra üçün irəli sürülür. Hər bir malgöndərən satınalma prosedurunda iddiaçı statusu əldə edir və satınalmaya qoşulur.

Mövcud qanunvericiliyə görə 50.000 (əlli min) manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5.000 (beş min) manatdan 50.000 (əlli min) manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayyət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər. Sonuncu üsulun mahiyyətinə görə satınalınan mal (iş və ya xidmət) üzrə bu sahədə iddiaçı olan azı 3 iştirakçıya mal (iş və ya xidmət) üzrə bir qiymət təklifi verilməsi bildirilir. Ən aşağı qiymət verən iddiaçı ilə müqavilə bağlanaraq satınalma həyata keçirilir.

Əvvəldə qeyd edilən müəssisələrin elan etdiyi tenderdə iştirak edən iddiaçılar tender başlanmazdan əvvəl öz sənədlərini təqdim etmək öhdəliyi daşıyır. Tenderə təqdim ediləcək sənədlərə aiddir:

  • Tenderdə iştirak üçün ərizə. Bu formanı tenderi təşkil edən müəssisə də verə bilər. Digər halda iddiaçı “biz ___ tenderdə iştirak etmək üçün sənədləri təqdim edirik” formasında da ərizələrini verə bilir. Bu formanı tender təşkilatçısı ilə dəqiqləşdirmək məqsədəuyğundur.
  • Tenderdə iştirak haqqını ödədiyini təsdiq edən sənəd. Bu iştirak haqqı iddiaçının fəaliyyət qabiliyyətini, həm də ciddiliyini müəyyən etmək üçün əsas sayılır.
  • Tender təklifi. Satınalma aparılan mal (iş və ya xidmət) üzrə iddiaçı öz təklifini bu sənəddə əks etdirməlidir.
  • Malgöndərən barədə sənədlər. Malgöndərənlərin tenderə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı son 1 ildəki maliyyə vəziyyəti barədə arayış və qeydiyyata alınma statusu barədə sənədlər buraya daxildir.

Bu sənədlər tender proseduru başlanmasına 7 bank günü qalmış verilməlidir. Təkcə tender təklifi 1 bank günü qalanadək verilə bilər. Müəyyənləşdirilmiş qaydada hazırlanmış, iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək satınalan təşkilatla təqdim olunur. Əsasən manatla ifadə edilən təkliflər üzrə 1% tender təklifinin təminatı da tələb edilə bilir ki, bu məbləğ tenderdən sonra qaytarılır.

Onu da qeyd edək ki, tender proseduru və bütün tələblər tender şərtlər toplusunda əks etdirilir və iddiaçılar tender barədə elan verildikdən, həmçinin tenderlə bağlı müraciət qəbul olunduqdan sonra bu şərtlər toplusu ilə tanış ola bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 599 600 601 602 603 604 605 2. 391