Peşəkar Mühasib Sertifikatı imtahanının nəticələri elan olunub

posted in: Xəbər | 0

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın 2021-ci il dekabrın 19-da keçirilən I mərhələsinin nəticələri elan olunub.

PMS, Peşəkar mühasib sertifikatı, vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıMəlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 205 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Dekabrın 26-da keçirilən PMS imtahanının II mərhələsinin nəticələri isə yaxın 10 gün ərzində elan olunacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 28-29 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər. Apellyasiya komissiyasına daxil olan müraciətlər 5 yanvar 2022-ci il tarixindən etibarən araşdırılacaq və cavab veriləcək.


Mənbə: dim.gov.az


2022-ci il üçün Net-dən Gross-a və Gross-dan Net-ə əməkhaqqı hesablanması

posted in: Xəbər | 0

Mühasiblərin daim rastlaşdıqları problemlərdən biri olan Net-dən Gross-a və Gross-dan Net-ə əməkhaqqı hesablanmasının öhdəsindən artıq olduqca sadə bir yolla gəlmək mümkündür. Aşağıda verilən Net-dən Gross-a əməkhaqqı hesablanması cədvəlini linkə daxil olaraq yükləyə bilərsiniz.

2022-ci il üçün Net-dən Gross-a əməkhaqqı hesablanması (11268 downloads )


Mühasibat uçotunun inkişaf mərhələləri (9-cu hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (9-cu hissə)Mühasibat uçotu, Mühasibatlığın rolu

Romada dövlət və ordu maliyyələrinin uçotu pulun ödənilməsi ilə bağlı bütün əməliyyatları idarə edən kvestorların əlində cəmləşirdi. Bu ödənişlər yalnız sənədlərin tərtib edilməsi üçün yeganə əsas olan ilkin sənədlər təqdim edildikdən sonra həyata keçirilirdi. Xüsusi vergi polisi yaradılmışdı ki, bu orqan vergi ödəyicilərinə qarşı işgəncələr tətbiq edirdi. (Yəqin ki, burada vergiləri ödəməkdən yayınan və ya təyin olunduğundan az vergi məbləği ödəyənlərə verilən işgəncələr nəzərdə tutulur).

İctimai-hüquq hesabatı həm Qədim Roma, həm də Qədim Yunanıstan üçün xarakterik idi.

Roma imperiyasının iqtisadiyyatının inkişafı ilə kredit münasibətlərində də sürətli bir inkişaf müşahidə edildi. Qədim Roma sahibkarları bir-birlərinə pul, mal ilə ssuda verirdilər. Faizlər ayın (kalenda) ilk günündə ödənilirdi, elə buradan faizlə verilmiş kreditlərin qeydləri təqvim adını aldı. Təqvimdə yalnız verilən məbləğlər deyil, borcalana olan faizlər də göstərilirdi. Beləliklə, elə bir hesablanma prinsipi yaranırdı ki, bu prinsipə əsasən, uçotda yalnız faktiki verilmiş və əldə edilmiş vəsaitin məbləğləri deyil, həm də pul və onların ödənilməsi öhdəliklərini almaq hüququ qeydə alınırdı.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Digər qədim sivilizasiyalarda olduğu kimi Romada da əsas istehsal sahəsi kənd təsərrüfatı idi, buna görə də Roma müəllifləri mülklərdə mühasibat uçotunun təşkili ilə bağlı qeydlər tərtib etmişdilər. Tikintidə qurğuların dəyərləndirilməsində aşınmanı nəzərə alırdılar. Bazar üçün işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.

Qədim Romada uçotun məqsədi əsasən nəzarətlə əlaqəli idi. Müfəttişlər və nəzarətçilərdən ibarət çox mürəkkəb bir aparat yaradılmışdı, lakin, aldatma və gizlətmə çox geniş yayılmışdı. Qədim Romanın hesabdarları hələ respublika dövründən onlara verilən korporasiyalarda – dekurilərdə birləşmək hüququndan istifadə edirdilər. Beləliklə, hələ o dövrdə Romada mühasiblərin peşəkar birlikləri yaranmışdı. Dövlət hesabdarları kassa və arxivdən ibarət olan erariyanın işləri ilə məşğul olurdular, eləcə də dövlət hesab kitablarını aparırdılar. Magistrlərin hər il dəyişdirilməsi səbəbindən, erariyanı faktiki olaraq, bu daimi hesab işçiləri idarə edirdilər.

Beləliklə, əmlakın inventarlaşdırılması və birbaşa qeydiyyata alınması qədim Roma uçotunun əsasını təşkil edirdi, sonra dolayı bir şəkildə ortaya çıxdı, konkret bir uçot obyektinin əvəzinə birincil sənədlərdən məlumatları qeydə aldı.

Beləliklə, qədim Roma mühasibat uçotunun əsasını inventarlaşdırma və əmlakın birbaşa qeydiyyatı təşkil edirdi, sonra isə ilkin sənədlərdən konkret uçot obyekti ilə bağlı məlumatları qeydə alan dolayı qeydiyyat ortaya çıxdı. Bu andan mühasibat məlumatları və faktiki vəziyyətə adekvat olmağa son qoyacaq, mühasibat uçotu yalnız ehtimal edilən olacaq və inventar yalnız məlumatların reprezentativliyini göstərəcəkdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas hədəflərdən biri vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqidir

posted in: Uncategorized | 0

Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıGələn ildən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilir. Artıq yeni layihə parlamentdə III oxunuşda qəbul edilib. Vergi mütəxəssisi Dilqəm Göyüşovun fikrincə, Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri əsasən aşağıdakı kriteriyalar üzrə bölmək olar:

1. Vergitutma bazasının genişləndirilməsi;

2. Sosial xarakterli güzəştlər;

3. Vergidən yayınma hallarının qarşısının alınması;

4. Vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi;

5. Vergi borclarının alınması prosedurlarının təkmilləşdirilməsi;

6. Vergitutma mexanizmlərinin təkmilləşdirilməsi;

7. Uçot siyasətinin təkmilləşdirilməsi;

8. Redaktə və digər maddələrlə uyğunlaşma.

Gözlənilən dəyişikliklərdən biri əmlak vergisi ilə bağlıdır. Belə ki, növbəti ildən hava və su nəqliyyatı vasitələri istisna olmaqla fərdi sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi (bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə) də nəzərdə tutulur.

Belə ki, hazırkı qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər tərəfindən hava və su nəqliyyatı vasitələri istisna olmaqla digər əsas vəsaitlər hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi nəzərdə tutulmayıb.

Beləliklə, binalar, tikililər və onların hissələri (sahibkarlıq fəaliyyətində istifadə olunub-olunmamasından asılı olmayaraq) üzrə əmlak vergiləri, eləcə də istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri üzrə əmlak vergiləri bələdiyyələrin büdcəsinə ödəniləcək.

Sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin isə dövlət büdcəsinə yönəldilməsi gözlənilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 601 602 603 604 605 606 607 2. 391