Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)

posted in: Uncategorized | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)Mühasibat uçotu Mühasib sözü

Qanun təsərrüfat sahələrindən asılı olaraq uçotu ciddi şəkildə ixtisaslaşdırırdı və hər bir fəaliyyət növü üçün xüsusi səlahiyyətli şəxslər tərəfindən müstəqil hesabat tələb olunurdu. Təsərrüfatlarda sənəd dövriyyəsi ciddi şəkildə tənzimlənirdi, sənədlərin bütün növləri və onların doldurulması qaydaları əvvəlcədən nəzərdə tutulurdu, arxivdə sənədlərin saxlanmasının dəqiq qaydası təsis edilmişdi. Uçot registrləri sistematik qeydiyyat prinsipləri əsasında aparılırdı. Bu registrlərdə maddi, şəxsi və maliyyə hesabları ayrılırdı.

Hesabların təsnifatının əsasını predmetin mənşəyinin ümumiliyi prinsipi təşkil edirdi. Şəxsi hesablara borcluların hesabları da daxil edilmişdi, hansı ki, borc və onun ödənilməsi göstərilməklə real kontokorrent hesablar kimi aparılırdı. Hesablardakı qeydlər xronoloji qaydada həyata keçirilirdi və balans iqtisadi həyatın hər bir faktının qeydindən sonra ortaya çıxırdı. Dövrilik üzrə hesabat formaları aylıq, illik və üçillik formalara bölünürdü, hesabatlılıq məcburi idi və vergitutmaya xidmət göstərirdi.

İstehsal uçotunda istehsal olunan məhsulların gündəlik istehsal nisbətləri və parça nisbətləri geniş istifadə olunurdu. Məhsulların növündən asılı olaraq qaimə xərcləri normaları ayrıca müəyyən edilmişdi.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Beləliklə, Qədim Yunanıstanda yaxşı inkişaf etmiş uçot sistemi mövcud idi, amma, bu əsasən natural dəyərləndirməyə malik mühasibatlığın sadə bir forması idi.

Qədim Roma

Qədim Romada uçot qeydləri mum doldurulmuş lövhəciklərdə, mis səth, dəri, kətan, perqament və papirus üzərində yerinə yetirilirdi. Qədim Romada yunan uçotu əsasında inkişaf etmiş qarşlıqlı əlaqəli uçot sistemi mövcud idi.

Qədim Roma mühasibatlığının uçot registrləri sistemində gündəlik təsərrüfat həyatı faktlarının qeydə alınması üçün nəzərdə tutulan ilk kitab Yaddaş və ya Memorial idi və bununla yanaşı iki kodeks də mövcud idi, birinci kodekshesablaşma hesabları ilə kassa kitabı, ikinci kodeks isə – sistematik qeydlər kitabı idi.

Tədqiqatçıların fikrincə, Qədim Romada memorial hesabların məlumatlarının pula çevrilməsi olmadan sadə mühasibatlıq formalaşmışdı, kodekslərdə xronoloji yox, sistematik qeyd tətbiq edilirdi; iki kodeksin hesablarından saldo çıxarılırdı.

Romada büdcə uçotu bütün dövlət miqyasında inkişaf edirdi və ayrı-ayrı əyalətlərdə Brevarium kitabı aparılırdı, burada həm smeta ayırmaları, həm də onların icrası əks olunurdu. Bu registr ilk dövlət büdcəsi balansı kimi baxmağın mümkün olduğu imperiya hesablarının Kitabı adını almışdı.

Tədqiqatçılar Brevariumda aşağıdakı xarakterik xüsusiyyətləri fərqləndirirlər:

  • qeydlərin məcburi sənədləşdirilməsi;
  • pul vəsaitlərinin uçotu ilə təbii dəyərlərin uçotu arasında ciddi fərq;
  • cari uçotda xronoloji qeyd və əvvəlcə başlıca mədaxil, sonra isə çıxılan qalığı göstərən məxaric maddələrinin aylıq sistematik qeydiyyatı;
  • yuxarı orqanlar qarşısında dövri hesabatlıllıq, bundan ötrü kodeksdəki qeydlər mənbə rolunu oynayır.

Roma imperiyası dövründə sistematik qeydlər daha geniş inkişaf etmişdi. Legionlarda hər bir əsgər üçün ayrıca hesab vərəqi açılırdı. Əsgərə ildə üç dəfə maaş verilirdi, həmin maaş ya pulla ödənilirdi, ya da qida, geyim, ayaqqabı və saman şəklində verilirdi.

Təqdim olunan əmlakın və yeməklərin dəyəri hesablanmış əmək haqqından çıxılırdı, qurbanlar istisna olmaqla, praktiki olaraq heç bir vergi yox idi və ödəniləcək məbləğ yüksələn yekun nəticə ilə qeydə alınırdı. Əgər əsgər həlak olurdusa və ya vəfat edirdisə, onun hesabında olan pullar legionun və ya administratorların gəlirinə əlavə edilirdi. Qeydiyyat geniş yayılmağa başladı. Hər bir vergi ödəyicisi üçün şəxsi hesab açılırdı ki, orada da bunlar göstərilirdi: vergiyə cəlb olunan obyekt və onun dəyəri, müxtəlif vergi haqları, ümumi üzvlük haqları.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mədən vergisi ilə bağlı dəyişikliklər

posted in: Xəbər | 0

ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə edilmiş daha bir dəyişiklik yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsullarının mədən vergisinə cəlb edilən malların dairəsinə daxil edilməsi və yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.

Gips və gəc məhsulları yer təkindən çıxarılan faydalı qazıntı kimi mədən vergisinə cəlb edilən faydalı qazıntıların dairəsinə daxil edilir. Gips və gəc məhsulları sement xammalının tərkibinə daxil olduğu üçün sement xammalının hər kubmetri üçün nəzərdə tutulan 1,0 manat mədən vergisi bu məhsullara da tətbiq ediləcək.

Eyni zamanda, yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsi, vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması, ölkə başçısının 16.07.2018-ci il tarixli Fərmanı ilə yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.

Bununla yanaşı, yerin təkindən çıxarılan faydalı qazıntılardan (19 növdə faydalı qazıntı) yalnız 4 faydalı qazıntı növünə görə mədən vergisi yerli büdcəyə, digər faydalı qazıntılara görə isə dövlət büdcəsinə ödənilir. Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi hesablanması və ödənilməsi üzrə nəzarətin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq.



Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi hansı halda elektron qaimə-faktura təqdim etməyə bilər?

posted in: Xəbər | 0

elektron qaimə-faktura, Elektron qaimə-fakturanın təsdiqlənməsi, ictimai iaşə fəaliyyəti, E-Qaimə, elektron qaimə-faktura ləğvAzərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.

Mövzu ilə bağlı fikirlərini iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vətəndaş vergi ödəyicisi olmadığı üçün, elektron qutusu da yoxdur. O səbəbdən də elektron qaimə-fakturanın göndərilməsi mümkün deyil. Artıq kağız formasında verilən qaimə-faktura ləğv olunduğundan vətəndaşlara göstərilən xidmət və malların satışı necə rəsmiləşdirilməlidir?

Misal: Dərzi xidməti göstərən müəssisə vergi ödəyicisi ilə yanaşı, vətəndaşa da xidmət göstərir. Vətəndaş dərziyə göstərdiyi xidmətin müqabilində 200 manatlıq ödəniş edir. Vergi ödəyicisi dərzi də ödənişin təyinatını qeyd etməklə, vətəndaşa mədaxil qəbzi təqdim edir.

Başqa hal da mümkündür ki, pərakəndə ticarət zamanı vətəndaş mağazadan paltar alır. Təbii ki, vergi ödəyicisinin əlində paltar almasını təsdiq edən əsas olmalıdır. Vətəndaşa ödəniş zamanı nəzarət-kassa aparatının çeki təqdim edilir. Təəssüf ki, hazırda bəzi sahibkarlıq subyektlərinin təqdim etdiyi çekdə bütün lazımi məlumatlar olmur. Real vaxt rejimində çalışan nəzarət-kassa aparatları çeklərində isə alıcıya lazım olacaq bütün məlumatlar öz əksini tapır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatların olması mütləqdir:

– vergi ödəyicisinin adı;

– VÖEN-i;

– Çekin vurulmasının tarixi və saatı;

– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

– Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

– Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

– Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.

– Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).

– Malın sürətli məlumat kodu (Quick Response Code);

– Ödənilmiş məbləğ;

– Müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

– Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

– Ödənişin formas və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

– Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

– Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

– Geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bir sıra kommersiya təşkilatlarının mühasibat uçotu üzrə qanunvericilik aktlarında dəyişikliklər

posted in: Xəbər | 0

Mühasibat uçotu, mənfəət vergisi, xərclərin gəlirdən çıxılması, Mühasibat

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş bir sıra maliyyə institutlarının fəaliyyətinə dair sahəvi qanunvericilik aktlarında mühasibat uçotuna dair mühüm dəyişikliklər qəbul edildi.

Həmin dəyişikliklərin mahiyyəti barədə bu yazımızda izah verməyə çalışacağıq.

Müvafiq qanunvericilik aktları üzrə əlavə və dəyişikliklər aşağıdakı kimidir:

  • Poçt rabitəsinin operatoru, o cümlədən milli operator, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər və kredit bürolarında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qurumlar illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
  • Kredit ittifaqları, bank və xarici bankın yerli filialı, bank olmayan kredit təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. Bu təşkilatların mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu Prezidentin müəyyən etdiyi orqan (Maliyyə Nazirliyi) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
  • Bank olmayan kredit təşkilatları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları, və onların idarəçiləri, banklar, kredit ittifaqları maliyyə ilinin bitməsindən ən geci beş ay, sığortaçılar isə ən geci 3 ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay, xarici bankın yerli filialı isə xarici bankın ən geci 8 ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Bu qurumlar həmçinin illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
  • Banklar, kredit ittifaqları, sığortaçılar, bank olmayan kredit təşkilatları, investisiya fondları və onların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət müvafiq sahəvi qanunlara və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 603 604 605 606 607 608 609 2. 391