» » » Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (10-cu hissə)

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (10-cu hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (10-cu hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Üstəlik, əməkhaqqı bərabərsizliyi də artmışdı. Bu, xüsusilə də “idarəetmə və ya nəzarət ilə məşğul olmayan istehsal işçiləri” haqqında danışarkən, sənaye inqilabına bənzəyir. Bu zavod fəhlələri və xidmət sahəsinin işçiləridir. Bu, işçi qüvvəsinin təxminən yarısıdır və 1970-ci illərdən bəri onların payı dəyişməyibdir, heç bir artım da yoxdur.

Digər yarısı – menecerlər və mütəxəssislərdir ki, onların maaşları sürətlə artırdı. Menecer və mütəxəssislərin orta əməkhaqqı arasında elə də böyük fərq yox idi, amma, indi onlar zavod operatorları və xidmət işçilərindən qat-qat çox qazanırlar.

Bu əməkhaqqı dəyişiklikləri məşğulluqda baş verən dəyişikliklər ilə bağlıdır. Menecerlərin və mütəxəssislərin sayı, eləcə də ümumi işçi qüvvəsində onların payı əhəmiyyətli dərəcədə artmışdı. Orta ixtisas sahəsində çalışan işçilərin payı azalıb və xidmət sahəsində çalışan işçilərin sayı isə xeyli artıb (mən xadimələr, kuryerlər, ofisiantlar, avtodayanacaqlarda xidmət göstərən personal, aşpazlar, mühafizəçilər, satıcılar, tibb bacıları, müxtəlif növ köməkçi və s. bu kimi insanları nəzərdə tuturam).


Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz


Məşğulluqdakı bu dəyişikliklər istehsalın geriləməsi ilə əlaqələndirilir. 1850-ci ildən bu günə qədər Amerika emal sənayesində məşğul olanların ümumi sayı yüksəliş yaşayıb və indi isə azalır. Mən XIX əsrin ortalarından 1970-1975-ci illərə qədər olan istehsal sektorunun inkişafından danışdım. 1930-cu illərdəki Böyük depressiya zamanını çıxmaq şərtilə bu, demək olar ki, fasiləsiz olaraq yuxarıya yüksəliş idi. 1970-ci ildən isə kəskin aşağı dönüş baş verdi. Sənətkarlıq, fabriklərdə işçilər – bu iş yerləri sadəcə yoxa cıxırdı, onları mağazalarda, restoranlarda və s. yerlərdə adamlar əvəz edirdi.

Bu niyə baş verirdi? Səbəbi qloballaşmadırmı? Məsələn, bu gün bir çoxları Çin ixracını ittiham edir. O, son 20 ildə vacib idi, lakin, emal sənayesində məşğulluğun azalması hələ bundan əvvəl, 1960-cı illərdə başlamışdı. Özü də bu, heç bir idxalla bağlı deyildi.

 Digər tərəfdən, sənaye bölgüsünə baxsanız, ABŞ-da idxal nəticəsində tamamilə məhv edilmiş bəzi sahələrin olduğunu görərsiniz: dəri məmulatları, ayaqqabı, toxuculuq malları, geyim və s. – bu məhsulların 90%  indi xaricdən gətirilir, halbuki əvvəllər hər şey ölkə daxilində istehsal olunurdu. Digər tərəfdən, metallurgiya, elektrik avadanlığı, kağız istehsalı, poliqrafiya kimi sahələr bəzən idxal analoqu olmayan və ya cüzi həcmi (10% – dən az) olan sahələrdir, məşğulluğun azalması isə 50-75% – ə çatır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun