Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcək

posted in: Xəbər | 0

xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də xərc normaları barədə məlumatların verilməsi ilə bağlıdır. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların vergi orqanına təqdim edilməsi və müvafiq məlumatların vergi orqanlarına verilməməsinə görə məsuliyyət tədbirinin görülməsi nəzərdə tutulur.

Vergi orqanı tərəfindən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların əldə edilməsində məqsəd vergi nəzarəti tədbirləri zamanı istehsal olunan məhsulların istehsal məsrəflərinin və kalkulyasiyasının düzgün müəyyən edilməsidir. Eyni zamanda, qeyd olunan dəyişiklik vergi nəzarəti zamanı daha çevik nəzarətin qurulmasına, analoji vergi ödəyicisi barədə məlumat ehtiyatına və mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.

Belə ki, istehsal fəaliyyəti üzrə aparılan səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin dövriyyə məlumatlarının, o cümlədən istehsal həcminin və istehsal məsrəflərinin müəyyən edilməsi üçün bir çox hallarda ekspert və mütəxəssislər cəlb edilir. Bu hal həm vergi orqanlarına münasibətdə əlavə inzibatçılıq yükü yaradır, həm də vergi ödəyicilərinə münasibətdə narazılıq hallarına səbəb ola bilir ki, bu da nəticədə vergi orqanı ilə vergi ödəyicisi arasında ekspert rəyinin əsaslı olub-olmaması ilə mübahisəli məqamlar yaradır.

Göründüyü kimi, bu məlumatların əldə edilməsi vergi orqanlarına vergi ödəyicisinin istehsal fəaliyyəti məsrəflərinin dairəsinin düzgün müəyyən etməsinə və mübahisəli məqamların yaranmaması üçün səyyar vergi yoxlamaları zamanı ekspert və mütəxəssis cəlb edilməsi hallarının azaldılmasına şərait yaradacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın “Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb

posted in: Bank, Kapital Bank, Xəbər | 0

"Qayıdış" filmi Qayıdış filmi Kapital BankKapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” filmi “İstanbul Marketing Awards – 2021″ tədbirində sosial media kateqoriyası üzrə qızıl mükafata layiq görülüb. Bu film tədbirdə mükafatlandırılan yeganə beynəlxalq layihə olaraq digərlərindən fərqlənib. “Qayıdış” filmi “FCB Artgroup Baku” şirkəti tərəfindən hazırlanıb.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Hər biri sanki bir sözü deyir: “Biz yurdumuza qayıdırıq!”

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (8-ci hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (8-ci hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı             

Fordun ən təsirli ixtirası, indi yarımixtisaslı işçilər dediyimiz şeydir. Məsələn, metal oyuqlarının açılması ilə məşğul olan ixtisaslı işçilər fermerlərin yanındakı işçilərdən daha yüksək ixtisasa malik olmalı idilər. Fordun həlli universal maşınları işi yerinə yetirmək üçün “intellektual” qatqı tələb etməyən əvvəlcədən təyin olunmuş parametrlərlə xüsusi maşınlarla əvəz etmək idi.

Verilən parametrlərə malik alətlər və avadanlıqlar ixtisaslı işçi qüvvəsinə olan tələbatı azaltmış və avtomobil zavodlarına ucuz kənd təsərrüfatı fəhlələrinin işə götürülməsinə imkan vermişdi. Bu, elə yarımixtisaslı işçilər adlandırdığımız həmin şeydir.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Eyni şey ofis işçilərinə də tətbiq oluna bilər. Menecment rəhbərliyi menecerlərdən onların hərəkətlərini izləməyi, işə qəbul və intizamın təmin ilə  məşğul olmağı, xərcləri hesablamağı və digər əlaqəli məsuliyyətləri üzərlərinə götürməyi tələb edir. Ofis işçilərinə böyük tələbat var idi və vakansiyaların bir çoxu qadınlar tərəfindən tutulmuşdu. Orta məktəb və kolleclər onlara uyğun təhsil imkanlarını təmin etmək üçün genişləndirilirdi.

Təkrar hesablamalar aparan və digər oxşar şeylər edən qadınların sayında da artım gördük. Nəticədə məlumatların emalı və Henri Holleritin ən mühüm ixtirası – cədvəllər və perfokartın yaradılması üçün elektromexaniki hesablayıcı maşın meydana gəldi. Hollerith 1880-ci illərdə Birləşmiş Ştatlar əhalisinin siyahıya alınması Bürosunda işləyirdi. Büro siyahıyaalmanı aparırdı və kitablarda dərc olunan bir çox məlumat cədvəlləri yaradırdı və bütün bu işlər əl ilə həyata keçirilirdi. Hollerith məlumatların ötürülməsində istifadə olunan və sensorlu qurğu icad etmişdi ki, onun vasitəsilə həmin kartlar buraxılırdı və o kartlar məlumatları avtomatik olaraq hesablayırdı bu da öz növbəsində ofis işini mexanikləşdirməyə imkan yaradırdı.

Hollerith şirkəti IBM-in sələfi oldu və perfokart məlumatların emalının əsasını təşkil etdi. Onlardan yalnız əhalinin siyahıya alınması Bürosu deyil, həm də dəmiryolu və sığorta şirkətləri də istifadə etməyə başladılar. Əmək bahalı olduğuna görə onlar yeni sistem üçün pul ödəməyə başladılar. Hindistanda əhalinin siyahıya alınması çox vaxt aparmasına baxmayaraq, onu aparan şəxslər hesablama maşınlarından istifadədən imtina etmişdilər və bu proses əllə həyata keçirilirdi, çünki ölkədə işçi qüvvəsi çox ucuz idi. Orada 1940-cı illərədək hesablama maşınlarından istifadə etməmişdilər. Amma, maraqlıdır ki, Rusiya 1897-ci ildə həyata keçirilən əhalinin siyahya alınması prosesində Holleritin maşınından istifadə etmişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Amortizasiya ayırmaları, barter əməliyyatları, Vakansiya, Vergi üzrə MühasibAmortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir. Vergitutma məqsədləri üçün gəlirdən çıxılmasına yol verilən xərclər sırasında amortizasiya xərcləri mühüm əhəmiyyət kəsb edir.

Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev mövzu ilə bağlı şərh verib:

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var. Bunlar – düzxətli metod, qalıq dəyəri metodu, istehsal metodu və istifadə müddətinin illərinin cəmi metodudur. Vergi Məcəlləsinə görə, əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Məcəlləyə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

• binalar, tikililər və qurğular – 7%-dək;

• maşınlar və avadanlıq – 20%-dək;

• yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 25%-dək;

• nəqliyyat vasitələri – 25%-dək;

• iş heyvanları – 20%-dək;

• geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25%-dək;

• qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

• digər əsas vəsaitlər – 20%-dək.

Vergi Məcəlləsinin 114.1- ci maddəsinə əsasən, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Misal 1 : Fərdi sahibkarın məhsul istehsalında istifadə etdiyi vergi ilinin sonuna qalıq dəyəri 50.000 manat olan dəzgahı ( maşın ) və qısa müddətli icarəyə verdiyi ( balansında qalmaqla ) vergi ilinin sonuna qalıq dəyəri 40.000 manatlıq binası vardır. Amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğini müəyyən edək:

Misaldan göründüyü kimi, fərdi sahibkarın məhsul istehsalında istifadə etdiyi dəzgahı ( maşın ) sahibkarlıq məqsədləri üçün istifadə edilir, binanın icarəyə verilməsi isə Vergi Məcəlləsinin 99.3-cü maddəsinin 3-cü bəndinə əsasən qeyri-sahibkarlıq faəliyyətinə aid edilir. Amortizasiyanın gəlirdən çıxılan məbləğini müəyyən edək:

Fərdi sahibkarın dəzgah ( maşın ) üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan maksimal məbləği 10.000 manat ( 50 000 * 20 % ), binası üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan maksimal məbləği 2800 manat ( 40.000 * 7 % ) olacaqdır.

Bəs əsas vəsaitlərin qalıq dəyəri necə olacaq ?

Bu halda dəzgah üzrə vergi ilinin sonuna amortizasiya çıxıldıqdan sonra qalıq dəyəri 40.000 manat (50.000- 10.000), binalar üzrə isə 37200 manat (40.000 – 2800) olacaqdır.

Qeyd: Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal, kiçik sahibkarlıq subyektləri isə 1.5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsi əsas vəsaitlərin hər bir kateqoriyası üzrə ən yüksək amortizasiya normalarını müəyyən edir. Ancaq hər bir vergi ödəyicisinin daxili-iqtisadi siyasətinə uyğun olaraq əsas vəsaitlərin hər bir kateqoriyasını aşağı dərəcələrlə amortizasiya edə bilər. Sual oluna bilər ki, belə olan halda əsas vəsaitin hər bir kateqoriyası üzrə amortizasiyanın gəlirdən çıxılan məbləği necə müəyyən olunur?

Qeyd edim ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Misal 2: Müəssisə balansında olan vergi ilinin sonuna qalıq dəyəri 100.000 manat olan nəqliyyat vasitəsini 20 %-lə (maksimal norma 25%-dir) amortizasiya etmişdir. Amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğini müəyyən edək.

Müəssisənin nəqliyyat vasitəsi üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan məbləği 20.000 manat (100.000 * 20% ) olacaqdır. Ancaq göründüyü kimi müəssisə amortizasiyanı 5% aşağı norma ilə etmişdir. Bu halda yaranan 5000 manat fərq (100.000 * 25% – 100.000 * 20%) növbəti ilin amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğinə aid ediləcək. Nəqliyyat vasitəsinin vergi ilinin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 80.000 manat (100.000 – 20.000) olacaqdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 602 603 604 605 606 607 608 2. 391