İşçilərin minimum əməkhaqqı 2022-ci il yanvarın 1-dən 300 manatdan az ola bilməz

posted in: Xəbər | 0

iş vaxtı norması, istehsalat təqvimi, 2022, işsizlikdən sığorta ödənişi, icbari sığorta müqaviləsi, Əlilliyin müəyyən olunmasıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.

Xidmət​ işəgötürənlərin nəzərinə çatdırır ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqıdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əməkhaqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.​ ​​

Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərin əməkhaqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində​ işçiyə minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (7-cı hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (7-cı hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

İdarəedicilər nə edirdilər? Onlar ixtisassız ucuz işçi qüvvəsi ilə nə edirdilər? Cavab bir neçə hissədən ibarətdir. Birincisi, onlar elmi menecmenti icad ediblər. Vaxtın və hərəkətin öyrənilməsi sistemini icad edən menecment üzrə tanınmış məsləhətçi Frederik Teylor deyib: “Çuqunla rəftar bir insanın gördüyü tipik, bəlkə də ən kobud və ən sadə iş forması olduğu üçün seçilir. Bu iş, adamlar tərəfindən hər hansı bir alətdən istifadə olunmadan həyata keçirilir. Təxminən 92 funt ağırlığında bir çuqun parçasını qaldırıb, bir neçə fut və ya yard məsafəni qət etdikdən sonra yerə və ya dəstin üzərinə atırlar”. (İşçilər şeyləri fabrikdə bir yerdən başqa yerə daşıyırlar dedik, bax, mən bunu nəzərdə tuturdum).

1898-ci ildə Bethlehem Steel Company şirkətində işçilər “gün ərzində adambaşına orta hesabla ingilis tonu ilə 12 ton yarım çuqun yükləyirdilər. Biz bu məsələni öyrəndikdən sonra yaxşı işçinin gün ərzində 47 və 48 ingilis tonu eml etməli olduğunu biləndə, çox təəccüblənmişdik.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Şmidt adlı alman mühacirinə əgər gün ərzində 47 və yaxud 48 ingilis tonu yükləyə bilərdisə, ona adi vaxtlarda ödənilən 1,15 dollar əvəzinə 1,85 dollar pul ödəniləcəkdi (yəni, həmin şəxs dörd dəfə artıq iş həcminə görə maaşına kiçik bir bir əlavə alacaqdı): “Sən səhər tezdən axşama kimi bu adamın dediyini eləyəcəksən. O, sizə bu çuqun parçasını qaldır və apar, qaldırıb aparacaqsınız, deyəndə ki, oturub, istirahət elə, edə bilərsən, siz oturacaqsınız. Və bundan əlavə, cavabında heç nə deməyəcəksiniz”.

Bu, hazırlanmış və tətbiq olunan əmək nəzarət sistemlərindən biri idi. O, ofis işçilərinin çox böyük artımını və bu cür iş yerlərini təhlil edən vaxt hərəkətlərin araşdırılmasını tələb edirdi.

Daha ənənəvi bir həll yolu da əməyə qənaət etmək üçün bir işçiyə düşən kapital miqdarının artırılması idi. Məsələn, yeni domna sobaları çuqun və ya koksu yuxarı qaldıran lift əldə etmişdilər, burada fəhlələr çuqun və koksu arabalara yükləyib sobanın yuxarı hissəsinə göndərirdilər. Təxminən 1900-cü llərdə işlənib hazırlanmış maşınlar hər şeyi artıq avtomatik yerinə yetirirdilər. Bu mexanizasiya metallurgiya zavodlarında işçilərin vaxtına qənaət edirdi.

İxtisaslı işçi qüvvəsini kapitalla əvəzləmək üçün daha əhəmiyyətli bir cəhd ABŞ-da edilmişdi, çünki bu cür işçilərin əmək haqları kapitalın dəyəri ilə əlaqəli olaraq sürətlə artırdı. Bu problem Henri Ford tərəfindən və onun konveyer xətti ilə həll olunmuşdu. Buna qədər müxtəlif işçilər maşının hissələrini bir yerə gətirir və orada hazır avtomobili yığırdılar. Fordun zavodunda isə üzərində maşınların hərəkət etdiyi konveyerdən istifadə olunurdu, adamlar isə elə əvvəllər etdikləri işi yerinə yetirirdilər, lakin, indi bunu fabrikin ərazisində hərəkət edərək, yerinə yetirirdilər.

Beləliklə, detalların işçilər tərəfindən daşınmasına və çox sayda işçi qüvvəsinə də ehtiyac qalmamışdı, lakin bu da ixtisaslı işçilərin problemini həll etmədi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)Mühasibat uçotu Abakus

Antik uçot üzərinə gips tökülərək hazırlanan lövhəciklərdə, papiruslarda aparılırdı, qaralama qeydlər üçün isə gil tikələrindən istifadə olunurdu. Yunanıstan ilk hesablama maşını olan abakanın vətəni oldu, elə sikkə şəklində pullar da burada meydana çıxdı.

Pul əvvəlcə müstəqil uçot obyekti kimi, sonra hesablamalarda bir vasitə kimi və daha sonra isə inventar ölçmək üçün bir dəyər ölçüsü kimi çıxış etdi. Uçotda fərqli zərb sikkələri meydana gəldiyindən, onların uçotu zamanı əvvəlcə metal və çəki, daha sonra sikkələrin növü, sonra isə alınma dəyəri nəzərə alınmaqla yığılırdı.

Yunanıstanda mühasibat uçotu iki mənbədən ortaya çıxdı:

  • maddi uçot – inventarlaşdırma;
  • hesablama uçotu – kontokorrent.

Onlarda mühasibatlığın iki başlanğıcı birləşirdi. Xronoloji qeydiyyat üzrə hesabatlılıq məqsədləri üçün rekapitulyasiya – bütün xronoloji qeydlərin sistematik şəkildə bölüşdürülməsi həyata keçirilirdi. Digər mənbə isə dəyərlərin inventar siyahısı idi. Maddi məsuliyyətli şəxslər vəzifəsinə yalnız böyük girov qoya bilən və ya nüfuzlu zaminlərini təqdim edə bilən zəngin adamlar təyin edilirdilər.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Afinada xüsusi məmurlar və nəzarətçilər var idi ki, onların vəzifələrinə dövlətin gəlirləri və xərcləri haqqında hesabatların tərtib edilməsi daxil idi. Maliyyə uçotu və nəzarət bütün dövlət gəlirlərinin və xərclərinin uçotu, məbəd əmlakının uçotu, daşınar və daşınmaz əmlakın inventarlaşdırılmasının daxil olduğu əhalinin seçdiyi on şəxsin əlində idi.

Dövlət təsərrüfatında yalnız nağd pulun daxil olması və verilməsi faktları qeydə alınmırdı, burada həm də kredit ödənişləri, ödənişlərin digər kassalara köçürülməsi müşahidə olunurdu. Hər bir növ gəlirlər üçün qapağında müəyyən hərf yazılan xüsusi gil qablar ayrılırdı və xərclər üçün məhz, nəzərdə tutulan qabdan pul götürmək olardı. Kassanın açarı məmurlardan birində, sənədlərin yerləşdiyi otağın qapısının açarı başqa məmurda olurdu ki, onlar bu açarları bir-birilə dəyişdirə bilməzdilər. Ödənişləri əks etdirən sənədlər müəyyən müddət ərzində mühafizə olunmaqla saxlanılırdı. Məmurlar pulları qəbul etdikdən sonra ödəyicilərin adlarını pozurdular və vaxtı keçmiş ödənişlər və ödənişsiz şəxslər haqqında məlumatları əks etdirən siyahıları qaytarırdılar. Beləliklə, Yunanıstanda xətti (mövqeli) yazının qəbulu başladı.

Afinada hesabatlılıq ictimai xarakter daşıyırdı: məbədlərin, dövlət idarələrinin hesabatları mərmər və bürünc lövhələrə yazılırdı və xalq yığıncaqlarında nümayiş etdirilir, məbədlərin hasarına, yol kənarlarına vurulurdu.

Yunanıstanda bank sistemi inkişaf edirdi, bankda iki jurnal aparılırdı – onlardan biri mədaxil, digəri isə məxaric əməliyyatları üçün nəzərdə tutulmuşdu. Torpaq məhsul hesab olunurdu, torpağın girov qoyulması yolu ilə ssudalar verilirdi. Aristotel “Politika” əsərində mühasibat uçotu funksiyalarını nəzarət funksiyalarından aydın şəkildə ayırmışdı, üstəlik, yoxlamanı nəzarətin bir hissəsi kimi başa düşürdü. Bu yeni bir yanaşma idi: auditor baş mühasiblə bərabər hüquqlu idi və ondan asılı deyildi.

Ellinizm dövründə uçot üzrə sənədlərin sayı 1000-dən çox olub, onlardan biri Zenonun papirusu idi. Zenon e.ə. 256-cı ildə özəl malikanələrdə yaranmış uçot sistemində islahatlar aparırdı. Mühasibat uçotunun iki məqsədi ifadə edilmişdi:

1)      təsərrüfatın ümumi vəziyyətinin müəyyən edilməsi, bu da maddi dəyərlər ehtiyatlarının sistematik uçotunun təşkilini, debitor və kreditor borclarının müntəzəm uçotunu nəzərdə tuturdu;

2)      fəaliyyətin müxtəlif sahələrində təsərrüfat effektinin hesablanması, iqtisadi analizin ilk üsullarının meydana çıxmasını nəzərdə tuturdu.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (4-cü hissə)

posted in: Xəbər | 0

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (4-cü hissə)investisiya şirkətləri

Menecer bir neçə fonda rəhbərlik edə bilər – bu halda ona “ailə” və ya fond qrupları deyirlər. “Uoll Strit Journell”-də göstərilən cədvəllərdə bütün fondlar idarəedici şirkətlərin adları ilə əlifba sırası ilə yerləşdirilir: “Din Uitter” – 15 fond, “Merril Linç” – 30 fond və s. və ilax. 1993-cü ilin sonunda qarşılıqlı fondların aktivlərinin 67% -i cəmi 25 şirkət tərəfindən idarə olunurdu. Mümkün qədər çox kapital cəlb etmək üçün bir idarəedici şirkət bütün mümkün üstünlükləri olan fondları yaratmağa çalışır. İnvestorun seçimi onun bu və ya digər dərəcədə gəlirlilik, etibarlılıq və likvidlik dərəcəsinə üstünlük verməsindən asılıdır. Gəlir nə qədər yüksəkdirsə, etibarlılıq da bir o qədər aşağı olur. Müxtəlif üstünlüklərə müxtəlif növ qiymətli kağızlar cavab verir. Buna görə də, qarşılıqlı fondlar vəsait qoyduqları qiymətli kağızların növündən asılı olaraq bölünür. Məsələn, pul bazarı alətlərinə (dövlət istiqrazları, valyuta və s.) vəsait qoyan fondların səhmləri yüksək etibarlı, lakin az gəlirli olur. Qiymətli kağızlara vəsaitlər yatıran gənc, inkişaf etməkdə olan müəssisələr isə riskli, lakin yüksək gəlirli olurlar.


Məqalənin 3-cü hissəsini buradan nəzər yetirə bilərsiniz


Fondun uğurlu olmasında çox şey idarəçidən asılıdır. ABŞ-da və dünyada ən effektiv menecerlərdən biri Con Templeton və Corc Sorosdur. Sonuncunun rəhbərliyi altında 1994-cü ildə aktivləri 11 milyard ABŞ dollarına çatan fondlar var idi; 1990-1994-cü illər ərzində orta illik gəlirlilik norması 40% təşkil edirdi.

Bir qayda olaraq, menecerin fəaliyyəti fondun aktivlərinin dinamikasını hər hansı bir fond indeksi ilə müqayisə etməklə, məsələn, “Standart end Purz 500” ilə müqayisə etməklə qiymətləndirilir. İndeks – kobud şəkildə desək, bu, təxminən, fond bazarının qiymətləndirilməsidir ki, o da bu bazarda dövriyyə edən ən populyar səhmlərin dəyəri əsasında hesablanır. Onların dəyəri artırsa, indeks də artır. Əgər düşürsə, indeks də azalır. Təcrübə göstərir ki, uzunmüddətli perspektivdə bazardan “üstün olmaq” çox çətindir, buna görə də hazırda menecerlərin çoxu passiv investisiya taktikasından istifadə edirlər (indekslə investisiya). Başqa sözlə, fondun aktivləri indeksin hesablanması üçün istifadə olunan qiymətli kağızlara qoyulur. İndeksdən hər hansı bir səhm əlavə edildikdə və ya yox olduqda, fondun portfeli korrektə edilir. Bu üsul portfelin idarə edilməsi xərclərini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə indeks üzrə indeksasiya edən fondların populyarlığı əhəmiyyətli dərəcədə artıb.

Qarşılıqlı fondlar fond bazarında ən müxtəlif zövqləri və sorğuları təmin etməyə imkan verən çox çevik bir institut idi. Ona görə də, görünür, onlar getdikcə daha çox populyarlıq qazanırlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 596 597 598 599 600 601 602 2. 382