Daha çox8
Daha çox8

Azərbaycanda pul nişanlarının dəyişdirilməsi qaydası dəyişir

posted in: Xəbər | 0

pul nişanlarının dəyişdirilməsiAzərbaycan Mərkəzi Bankının pul nişanlarını dəyişdirməsi qaydası dəyişir. Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, AMB

  • tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
  • bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir.
  • eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki hər 2 seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir.
  • Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir.
  • təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir.
  • xarici valyutada olan pul nişanlarını dəyişdirmir.
  • Bundan başqa, qanun layihəsində deyilir ki, pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) AMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir.

Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.

Mənbə: report.az


Məzuniyyətdə olan işçi bunları bilməlidir

posted in: Xəbər | 0

Bu yazımızda məzuniyyətdə olan işçinin təminatlarını deyil, hüquqlarını vurğulamaq istəyirik. Hər bir halda işçi məzuniyyətə getdikdə hansı təminatları olmasını öyrənsə də, hansı hüquqlarının olması barədə tam məlumatlı olmaya bilir. Bu səbəbdən də mövzu çərçivəsində hüquqları vurğulayacağıq.

Həmin hüquqlara aiddir:

  • Məzuniyyətdə olduğu dövrdə onun əvəzinə müvəqqəti işə götürülən işçi ilə məzuniyyət dövründən artıq olmayan müddət üçün müddətli əmək müqaviləsi bağlana bilər.
  • Əmək müqaviləsi müddətli olduqda, həmin müddətin sonu məzuniyyət dövrünə düşürsə, bu halda yalnız məzuniyyət başa çatandan sonra 1 həftə ərzində müqaviləyə xitam verilə bilər. Məzuniyyət dövründə müqaviləyə xitam verilə bilməz.
  • Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Bu həm praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, həm də dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına aiddir.
  • Məzuniyyət dövründə işçinin iş yeri saxlanılmalıdır.
  • Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün qadınların hamiləliyə və doğuşa görə məzuniyyətdən istifadə etmək hüququ var.
  • Məzuniyyət dövründə intizam tənbehi verilə bilməz.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Kapital Bank-ın Müştəri Bank sistemi yenilənərək Birbank Biznes oldu

posted in: Xəbər | 0

Birbank BiznesKapital Bank hər zaman hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. Rəqəmsal bank xidmətlərinin çeşidini genişləndirən Kapital Bank Müştəri Bank sistemini yeniləyərək Birbank Biznes etdi. Məlumat üçün bildirək ki, bu yenilik Müştəri Bank sisteminin daha müasir və funksional versiyasıdır.

Artıq Müştəri Bank istifadəçisi olan müştərilər tətbiqlərini yeniləyərək yeni interfeysə sahib ola və qiymətli vaxtlarına qənaət edərək funksiyadan rahatlıqla istifadə edə bilərlər.

Birbank Biznes tətbiqində bir sıra bank xidmətlərini onlayn həyata keçirmək mümkündür: biznes bank hesablarının açılması, milli və xarici valyutada köçürmələr, təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, biznes müştərilərinə özəl tarif paketləri, Mobil POS, cari və kart hesabından QR nağlaşdırma, e-ticarət, kliklə ödə xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes krediti üçün müraciət, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil və əməkhaqqı kartlarının sifarişi və çatdırılması, POS əməliyyatlarının onlayn izlənməsi və çıxarışların əldə edilməsi, canlı çat funksiyası ilə sualların cavablandırılması, POS terminal sifarişi və s.

Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün qeyd olunan linkə keçid etmək kifayətdir – https://my.birbank.business.


Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

posted in: Xəbər | 0

borcların silinməsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriMövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci dərəcəli mütəxəssisi Ağahüseyn Əsədov şərh edir.

Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
  • hesablanmış faizlərin məbləği;
  • tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 1: Vergi ödəyicisinin 2023-cü ilin 1-ci və 2-ci rübləri uzrə müvafiq olaraq 550 manat və 670 manat vergi borcu vardır. Vergi ödəyicisi 15 iyul 2023-cü il tarixdə 300 manat ödəniş edərsə, bu halda əvvəlcə birinci rüb uzrə borc azaldılacaq.

Misal 2: Vergi ödəyicisinin cari tarixə 500 manatlıq vergi borcu, 300 manat faiz borcu və 400 manatlıq maliyyə sanksiyası mövcuddur. Vergi ödəyicisi 650 manat ödəniş etdikdə, vergi borcu üzrə məbləğ tam ödənilir və 300 manatlıq faiz borcunun 150 manatı ödənildikdən sonra 150 manat faiz borcu qalır. Həmçinin, 400 manatlıq maliyyə sanksiyası ödənilməmiş qalır. Vergi ödəyicisi 1 həftə sonra 250 manat ödəniş edərsə, o halda 150 manatlıq faiz borcu tam silinir və 100 manat maliyyə sanksiyası üzrə borcun bir hissəsinin ödənilməsinə yönəldilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faiz hesablanması yalnız vergi və cari vergi ödəmələrinə şamil edilir. Vergi ödəyicisinin faiz və maliyyə sanksiyası üzrə borcuna faiz hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 3: Vergi ödəyicisinin 2022-ci ilin 3-cü və 4-cü rübləri uzrə müvafiq olaraq 480 manat və 690 manat məcburi dövlət sosial sığorta ayırması üzrə borcu vardır. Vergi ödəyicisi 15 yanvar 2023-cü il tarixdə 560 manat ödəniş edərsə, bu halda həmin məbləğ cari rüb, yəni 4-cü rüb uzrə borcun ödənilməsinə sərf olunacaq. Cari rüb uzrə borclar tam ödənildikdən sonra əvvəlki rüblər üzrə yaranan borclar geriyə doğru müvafiq ardıcıllıqla ödəniləcək.

Vergi ödəyicisinin rüb ərzində olan ödənişləri vergi ödənişlərində olduğu kimi onun şəxsi vərəqəsinə birbaşa işlənilmir. Həmin ödənişlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” kimi qeyd edilir və hesabat bəyan edildikdən sonra yaranan borc qədər şəxsi hesab vərəqəsinə işlənilir.

Misal 4: Vergi ödəyicisi aprel, may və iyun aylarında hər ay üzrə 2500 manat sosial ayırma ödəyib. Vergi orqanı rüb ərzində daxil olan 7500 manatı (2500 manat x 3 ay) “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də qeyd edir. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 2023-cü ilin 2-ci rübü üzrə sosial ayırma öhdəliyi 7200 manat təşkil edib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə 7200 manat işlənir, 300 manat isə “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd edilir.

Vergi Məcəlləsinin 88.3-cü maddəsinə əsasən, cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.

Misal 5: Vergi ödəyicisinin 2023-cü ilin I rübü üzrə məcburi dövlət sosial sığortası üzrə 1200 manat ödənilməmiş borcu qalıb.Vergi ödəyicisi aprel və may aylarında cəmi 3500 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyib. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 3300 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranıb. Bu zaman ödənilən 3500 manatın 3300 manatı cari rüb üzrə borca, 200 manatı isə 1200 manatlıq borca aid ediləcək. Vergi ödəyicisinin öncəki dövrdən qalan 1000 manat borcuna faiz hesablanması davam etdiriləcək.

1 406 407 408 409 410 411 412 2. 400
error: Content is protected !!