Kənd təsərrüfatı istehsalçısı mütləq VÖEN almalıdır?

posted in: Xəbər | 0

ailə kəndli təsərrüfatlarıKənd təsərrüfatı istehsalı ilə məşğul olan subyektlərin bir qrupu da ailə kəndli təsərrüfatlarıdır. Onların uçot və hesabatları ilə bağlı suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin uçotu əsasən üç formada aparılır:

  • Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlan istifadə edən;
  • Vergi orqanlarında uçota alınaraq sahıbkarlıq fəaliyyəti ilə məşğul olan;
  • Ailə kəndli təsərrüfatları kimi uçota alınan.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə sırf öz ehtiyacları üçün kənd təsərrüfatı ilə məşğul olanlar aid edilir. Bu şəxslər pay torpaqlarında becərdikləri məhsuldan sahibkarlıq məqsədləri üçün istifadə etmirlər.

Vergi orqanlarında uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər – Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır. Azadolmaya baxmayaraq, bu tip vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanlarına bəyan etməlidirlər.

Ailə kəndli təsərrüfatları kimi uçota alınan şəxslər isə ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətini (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirirlər.

Ailə kənd təsərrüfatı ilə bağlı qanunvericilikdə diqqət yetirilməli məqamlar aşağıdakılardır:

  • Bütün iqtisadi fəaliyyət növləri ilə məşğul ola bilərlər və onların fəaliyyəti sahibkarlıq sayılmır;
  • Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir;
  • Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilib. 12 iyun 2013-cü ildən etibarən ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5.000 manat miqdarında müəyyən olunub;
  • Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır;
  • Ailə kəndli təsərrüfatı üzvləri Sosial sığorta şəhadətnaməsi əldə etməlidir;
  • Ailə kəndli təsərrüfatı üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib edilir və bələdiyyələr həmin sənədin elektron formada yüklənməsini həyata keçirirlər;
  • Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim etməlidir;
  • İllik dövriyyəsinin müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir.

Göründüyü kimi, ailə kəndli təsərrüfatının üzvü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib olunan və müvafiq bələdiyyə tərəfindən təqdim edilən vəsiqəyə malik olmalıdır. Bu cür vəsiqəyə malik olmayan və kənd təsərrüfatı satışını həyata keçirən şəxslər sahibkarlıq fəaliyyətinə görə vergi orqanlarında uçota durmalıdırlar.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


 

“Accounting.Az” PrimeGlobal assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu

posted in: Xəbər | 0

PrimeGlobal assosiasiyası, Accounting.AzMühasibat xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərən “Accounting.Az” dünya reytinq cədvəlində ilk 3-lükdə olan, bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “PrimeGlobal” assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu.

Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal” mühasibat uçotu və biznes məsləhətçiliyi sahəsində fəaliyyət göstərən müstəqil firmaların birliyidir.

2020 və 2022-ci illərdə “İlin assosiasiyası” mükafatına layiq görülən “PrimeGlobal” 112 ölkədən 300-dən çox müstəqil üzv firmanı özündə birləşdirir. “PrimeGlobal”ın müstəqil üzv firmalarında ümumilikdə 3400-dən çox partnyor və 34000-dən çox işçi çalışır. 112 ölkədə 1000-dən çox məkanda fəaliyyət göstərən “PrimeGlobal”, geniş əhatə dairəsi baxımından dünyada ən yaxşı birlik kimi möhkəm əsas üzərində qurulub. Assosiasiyanın ümumi illik gəliri 4.3 milyard dollardan çoxdur.

“PrimeGlobal” öz üzvlərini eksklüziv təlim kurslarına, sertifikatlara və resurs kitabxanalarına çıxışla təmin edir. “PrimeGlobal” üzvləri regional, milli və beynəlxalq səhnədə öyrənmək, paylaşmaq və inkişaf etmək üçün lazım olan alətlərə malikdirlər.

Yüksək daxili paylaşma mədəniyyətinə malik “PrimeGlobal”a üzv olmaq Azərbaycan mühasiblərinə “Accounting.Az” konsaltinq şirkəti vasitəsi ilə ən son sənaye tendensiyaları, ən yaxşı təcrübələr və mühasibatlıq peşəsində baş verən dəyişikliklərdən operativ xəbərdar olmaq imkanı yaradır.

“Accounting.Az” şirkətinin direktoru Ramin Ramazanov vurğulayıb:

“Biz “PrimeGlobal”a qoşulmaqdan və dünyadakı həmfikirlərimizlə ünsiyyət  qurmaqdan qürur duyuruq. Odur ki, regionda yüksək keyfiyyətli xidmətlər təqdim etməyi və assosiasiyanın əhatə dairəsini genişləndirməyi səbirsizliklə gözləyirik”.

“PrimeGlobal”ın Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə icraçı direktoru Thierry Delvaux isə bunları səsləndirib:

“Azərbaycandan “PrimeGlobal”a qoşulan ilk şirkət olaraq, “Accounting.Az”ı Avropa, Yaxın Şərq və Afrika ölkələri regionunda salamlamaqdan məmnunuq. Sənayenin geniş spektrini əhatə edən etibarlı xidmətlər təklif edərək, biz onların qlobal şəbəkəmizin güclənməsinə verəcəkləri töhfəni və Avropa ilə Asiyanın kəsişməsində yerləşən, özünəməxsus müxtəlifliyə malik bu regiona təqdim edəcəkləri bilikləri səbirsizliklə gözləyirik”.

✔Bizimlə əlaqə:
📞+994 12 310 09 29
📱+994 50 225 82 05
🌐www.accounting.az

 

Hansı sənətkarlıq məmulatlarını hazırlayan şəxslər gəlir vergisindən azaddır?

posted in: Xəbər | 0

gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriVergi Məcəlləsinin 102.1.12-ci maddəsində milli dəyərlərin təşviqinə görə bir sıra məmulatların hazırlanması ilə bağlı vergi güzəşti nəzərdə tutulub. Bu güzəşt YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə reqrezentativlər siyahısına daxil edilmiş kəlağayının istehsalına da aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göxstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Mənbə: vergiler.az


Kapital Bank-la UNEC arasında yeni memorandum imzalandı

posted in: Xəbər | 0

Təhsil layihələrinin inkişafına böyük önəm verən Kapital Bank 2016-cı ildə UNEC-lə birgə anlaşma memorandumu imzalamışdır. Memorandum çərçivəsində bu illər ərzində bir sıra layihələr həyata keçirilib. Əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 24 iyun 2023-cü il tarixində ali məktəblə yeni memorandum imzalanıb.

Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, UNEC rektoru professor Ədalət Muradov, həmçinin universitetin və bankın əməkdaşları iştirak ediblər. Kapital Bank ilə UNEC arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bank-ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.

Rektor Ədalət Muradov UNEC-in Kapital Bank-la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda UNEC-in rektoru Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

1 407 408 409 410 411 412 413 2. 400