Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0

malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, sahibkarlıq fəaliyyəti, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuBizim MMC abadlıq işləri ilə məşğul olur. Azərbaycanın müxtəlif bölgələrindəki kəndlərdən vergi ödəyicisi olmayan şəxslərdən həyətyanı sahələrində becərdikləri ağac və gül kolları alırıq. Bu zaman alınmış məhsulların qeydiyyatı hansı formada aparılmalıdır? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi.

Mənbə: vergiler.az


İstehsal və xidmət sahələrində sistemli idarəetmə niyə vacibdir?

posted in: Xəbər | 0

Vüsal Mahmudov: “Heç bir müəssisədə, istər özəl olsun, istər dövlət  izlənilmə, ölçülmə və daima təkmilləşdirmə aparılmadan inkişafdan söhbət gedə bilməz”

İnkişaf edən cəmiyyətlərdə görülən işlərə qiymət, fəaliyyətin situmllaşdırılması, eləcə də keyfiyyətə nəzarət sistemi olduqca vacibdir. Təsadüfi deyil ki, bu gün dünyada keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi işini həyata keçirən sertifikatlar mövcuddur.

Onların arasında ISO 9001, 14001, 45001 idaretmə sistemləri xüsusi yer tutur. Məhz bu sistem məhsul dizaynından istehsal işinə qədər bütün istehsal mərhələlərini əhatə edən bir keyfiyyət təminatı standartıdır. Dünyanın əksər ölkələrində qəbul edilən və planetin yönünü verən bu idarəetmə sistemləri üzrə mütəxəssis Vüsal Mahmudov qonağımızdır.

Vüsal bəy, Azərbaycanda ISO 9001, 14001, 45001 idarəetmə sistemləri üzrə praktik təlim keçən, məsləhət xidməti verən azsaylı mütəxəssislərdənsiniz. Nədən bu sahələri bu qədər dərindən öyrənmək qərarına gəldiniz?

– İlk öncə qeyd edim ki, bu beynəlxalq standartları inkişaf etmiş ölkələr uzun illərdir uğurla tətbiq edir. Həmin ölkələrdə ümumi inkişaf dinamikasına bu standartların, xüsusilə də ISO 9001:2015 keyfiyyət idarəetmə sisteminin olduqca ciddi təsiri var. Belə ki, sistemli yanaşma, risk əsaslı düşünmə, proseslərin daim izlənməsi, ölçülməsi biznes proseslərinin düzgün idarə olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Heç bir özəl və ya dövlət sektorunda, biznes və layihədə izlənilmə və ölçülmə aparmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu sistemlərin faydaları ilə yaxından tanış olduqda nə qədər faydalı olduğunu görürsən. Anlayanda ki, dünya artıq müasir dövrə daxil olur, qərara gəldim ki, mən də bu sahədə özümü sınayım. Bakalavr və magistr təhsilim menecmentlə bağlı olduğu üçün açığı bu sahə bir o qədər də çətin gəlmədi. O səbəbdən ki, müəyyən təsəvvürlərim artıq formalaşmışdı. Eyni zamanda Cənab Pezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında yenilikçi çağırışlar etməsi məni ruhlandırırdı. Dövlət başçısı çıxışları zamanı müasir biliklərə yiyələnən mencerlərə xüsusi ehtiyac olduğunu bildirirdi.

İdarəetmə standartlarının sayının çox olduğu bir dövrdə onları öyrənmək asan deyil. Maraqlıdır bu standartları necə və hansı yollarla peşəkar səviyyədə əzx edə bildiniz?

– Açığını desəm, tələbəlik illərimdə Azərbaycanda bu praktik biliklərə yiyələnmək üçün yetərli bir kurs tapa bilmədim. O səbəbdən bu sahəni daha dərindən öyrənmək üçün Türk Standartları İnstitutundan və  TÜV Avstriya beynəlxalq sertifikatlaşdırma qurumundan ayrı-ayrılıqda ISO 9001, 14001, 45001 standartları üzrə baş auditorluq təlimləri aldım. Daha sonra Türkiyədə İMES sənayə şəhərində robot istehsalında, qəlib istehsalında təcrübə keçərək biliklərimi daha da möhkəmləndirdim. Azərbaycanda 10 illik iş təcrübəm zamanı plastik qapı-pəncərə, boya, sabun, plastik və dəmir qab, polimer, alkid, keramika və PVA yapışdırıcıları, elektronika istehsalı, tədris və loqistika xidməti və s. sahələrdə ISO 9001,14001,45001 standartlarının uğurlu tətbiqini həyata keçirmişəm. Heç şübhəsiz bütün bunlar mənim üçün böyük təcrübə oldu.

Bu sahə ölkəmiz üçün yenidir. Sizcə, bu sahədə peşəkar kadrların yetişməsi üçün hansı addımlar atılmalıdır? 

– Avropanın və inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad etsək görərik ki, bu sahənin inkişaf yolu kifayət qədər sürətli olub. Bu mənada çox da uzaq olmayan gələcəkdə Azərbaycanda da bu sahə ciddi inkişaf mərhələsinə qədəm qoyacaq. Sahənin incəliklərindən və inkişaf perspektivlərindən xəbərdar olan biri kimi deyə bilərəm ki, bu beynəlxalq standartlar gələcək inkişafımızın zəmanəti olacaq. Bu mənada gələcəkdə kadr problemi yaşamamaq üçün gənc mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət ayrılmalıdır. Mən öz miqyasımda ISO 9001 standartı üzrə ümumilikdə 6600-dən artıq gəncə praktik ödənişsiz təlimlər keçmişəm. Qeyd edim ki, bu təlimlər böyük marağa səbəb olub. Onların arasında hazırda bu sahədə fəaliyyət göstərən peşəkar kadrlarımız var. Təbii ki, bu sahənin Azərbaycanda inkişaf etməsini, təşəkkül tapmasını istəyən və buna çalışan biri kimi, bu məni ruhlandırır.

Keyfiyyət göstəriciləri nədir? Bir peşəkar kimi fikirlərinizi eşitmək maraqlı olardı?

– Heç şübhəsiz müxtəlif yayım və tanıtım vasitələri olsa da, əsas məhsul və xidmətin keyfiyyətidir. Məhz elə bu səbəbdən inkişafına milyonlarla, hətta milyardlarla sərmayə qoyulan məhsullar bəzən öz rəqiblərinə uduzurlar. Çünki qarşı tərəf daha keyfiyyətli məhsul istehsal edir. Təbii, heç kim “öz ayranına turş deməz”, hamı deyir ki, mənim təklif etdiyim məhsul daha keyfiyyətlidir. Keyfiyyət meyarlarının ölçülməsi də məhz bu baxımdan önəmlidir. Bəzən belə təsəvvürlər formalaşır ki, keyfiyyətli məhsul bahalı olmalıdır. Bu qətiyyən belə deyil. Nəzərə alanda ki, bazarda müxtəlif alıcı qrupları var və hər bir qrupun da haqqıdır ki, keyfiyyətli məhsul istehlak etsin, bu mənada nisbətən aşağı qiymətlərlə də keyfiyyətli məhsul istehsal etmək zəruri və mümkündür.

Keyfiyyət tələb olunanın təqdim olunmasıdır. Müştərinin və qanunvericiliyin tələblərinə uyğun təklif edillən məhsul və xidmət keyfiyyəli hesab olunur. Keyfiyyətin qiymətləndirilməsi zamanı da bu amillərə xüsusi diqqət yetirilməlidir.

ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi bir şirkətə hansı fayda və üstünlükləri qazandırır?

ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi şirkət daxilində bütün proseslərin, idarəetmə həlqələrinin düzgün prinsiplər əsasında fəaliyyət göstərməsini təmin edir. ISO 9001 standartı birbaşa olaraq məhsulun keyfiyyətinin göstəricisi deyil, müəssisənin idarəetmə mexanizminin sistemli və nizam içində olmasını təmin edir. ISO 9001-i tətbiq edən şirkətlər daha düzgün idarəetmə sisteminə sahib olur, onlar təsirli və uzun müddət qalıcı təsirə malik idarəetmə mexanizmi yarada bilirlər. Müştərilərin istək və tələblərini ön planda tutaraq daha yaxşı xidmət və məhsul təqdim edə bilirlər. Layihələndirmə proseslərində daha yaxşı riskləri qiymətləndirir və düzgün koordinasiya sistemini qura bilirlər. Mütəmadi olaraq fəaliyyətlərin yaxşılaşmasını təmin edib şirkət daxilində davamlı yaxşılaşmanı təmin edə bilirlər. Şirkət daxili koordinasiyanın düzgün qurulmasında, performans dəyərləndirilməsində daha ədalətli yanaşmaya, sistemli və proses yanaşmaya, risklərin düzgün qiymətləndirilməsində və idarə edilməsində üstünlük əldə etmiş olurlar.

Bəs ISO 9001 standatını tətbiq etməyən şirkətlər hansı çətinliklərlə üzləşir?

– ISO 9001 sisteminin tətbiq edilmədiyi şirkətlərdə izlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı olduqca aşağı səviyyədə olur. Bu da o deməkdir ki, yaranan problemlərin nə səbəbdən yarandığını və necə aradan qaldıracaqlarını bilmirlər. Performans dəyərləndirməsi edə bilmirlər, zəif və riskli nöqtələrini aşkarlaya bilmirlər. Bu isə biznes proseslərinin davamlılığı üçün olduqca böyük təhlükədir.

İzlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı özündə nəyi ehtiva edir?

– Əgər izlənəbilirlilik mexanizmi işləmirsə, bir şirkət daxilində baş verən hansısa bir prosesdə, mərhələlərdə yarana biləcək nöqsanların, problemlərin hansı səbəbdən yaranması və kimlər tərəfindən yarandığını ölçmək və izləmək mümkün olmur. Xüsusilə müştəri məmnuniyyətinin idarə olunması sahəsində müştərilərdən gələn şikayətlərin statistikası ölçülə bilmir, problemlərin səbəbləri və onların aradan qaldırılma yolları barəsində məlumatsız qalırlar. Təbii ki, belə olan təqdirdə mütəmadi olaraq yaranan hər bir kiçik problem gələcəkdə böyük çətinliklər yaradır və şirkət rəqiblər qarşısında aciz vəziyyətdə qalıb bazarı tərk etməli olurlar. Bir çox hallarda şahid oluruq ki, şirkətlər yarandığı qısa müddət ərzində böyük uğurlar əldə edib yüksək miqdarda satışlar edib mənfəət qazana bilirlər. Məhz bu sistemli yanaşmanın və risk əsaslı düşüncənin olmaması səbəbindən bir müddət sonra müştəri sayı gözlədiklərindən artıq yarandığı təqdirdə, həmin müştərilərə vaxtı vaxtında xidmət və yaxud da məhsul təqdim edə bilmirlər və yaxud da ki, məhsulun və ya xidmətin keyfiyyətini əvvəlki kimi saxlaya bilmirlər. ISO 9001-in əsas tələblərindən biri də odur ki, hər hansı bir proseslərin gedişatı, onların artımı, onlarda olan azalmalar və qarşılaşa biləcək risklər öncədən dəyərləndirilir, buna uyğun planlama fəaliyyəti həyata keçirilir, resurslar müəyyən olunur və həmin fəaliyyəti icra edəcək şəxslər öncədən bu proseslərə hazırlaşdırılır, vəzifə, məsuliyyət və səlahiyyət bölgüsü düzgün şəkildə aparılır. Buna idarəetmədə dəyişikliklərin idarə edilməsi də deyilir. Dəyişikliklərin idarə edilməsi yeni layihələrdə, yeni böyümə addımlarında baş verə biləcək bütün mərhələlərin sistemli şəkildə, bir-biri ilə əlaqəli şəkildə icrası və eyni zamanda da icrasına nəzarəti təmin edir.

Bəlkə biraz da konkretləşdirək, ISO 9001 standartının tətbiqi dedikdə nə nəzərdə tutulur?

– İlk öncə onu qeyd edim ki, ISO 9001 sisteminin əsas məsələsi ondan ibarətdir ki, şirkət daxilində olan bütün proseslər, yazılı prosedurlar, məlumatlar şəklində qeyd olunur və gedən bütün əməliyyatlar hamısı qeydlər formasında aparılır, izlənilir, ölçülür və qorunub saxlanılır. Məhz bu qeydlər sayəsində həmin yarana biləcək nöqsanlar aşkarlana bilir, müəyyən dinamik statistikalar əsasında şirkətin gedişatı ilə bağlı məsələlər izlənə bilir və problemlər yaranmamışdan öncə önləyici fəaliyyətlər həyata keçirilə bilir. Bu qeyd sisteminin aparılmadığı və naməlum idarəetmənin olması səbəbindən şirkətlər bir çox hallarda prosesləri yanlış icra edirlər və yaxudda yanlışların nədən ibarət olduğunu anlaya bilmirlər.

Sistemin tətbiq olunması işçilərin iş fəaliyyətinə hansı üstünlüklər qazandırır?

– Onu qeyd edim ki, ISO 9001 sistemi qurulan şirkətdə bütün işçilərin vəzifə təlimatları, iş təlimatları, gördükləri işlərin ardıcıllığı, yəni bütün prosedurlar ətraflı şəkildə yazılır. Həmin işçilər öz görəcəkləri işlərdən və öhdəliklərdən, məsuliyyətlərinə və səlahiyyətlərinə qədər ətraflı məlumatlı olurlar və onlar iş prosesində heç bir çətinlik yaşamadan öncədən təyin olunmuş meyarlar və mexanizmlər əsasında sistemli şəkildə öz işlərini qura bilirlər. Bəzi şirkətlərdə, hansı ki, bu sistem tətbiq olunmayan şirkətlərdə işçilərin vəzifə öhdəlikləri, məsuliyyətləri düzgün bölünmədiyindən və yaxud da onların bundan məlumatsız olması səbəbindən onlar arasında olduqca koordinasiyasızlıq yaranır və işin düzgün aparılmasında komanda quruculuğunda ciddi problem yarada bilir. Performans dəyərləndirməsi, audit yoxlamaları zamanı məhz bu yazılmış, elan olunmuş qaydalara istinadən dəyərləndirmə edilir. Bu səbəbdən ISO 9001-in tələblərinə uyğun ədalətli bir əsaslarda dəyərləndirmə aparıla bilir. Bundan əlavə ISO 9001-in ən önəmli tərəflərindən biri standartın 7.1.6. maddəsində qeyd olunan təşkilati bilik maddəsidir. Bu maddə şirkət daxilində öyrənilən bilik və təcrübələrin sənəd üzərində yazılmasını və təcrübəli şəxslərdən yeni gələn əməkdaşlara ötürülməsini təmin edir. Əksər şirkətlərdə mütəxəssis və peşəkar vəziyyətə çatmış işçilər işdən ayrıldıqda və yaxud da onlar başqa işə keçdikdə onların işlərinin icrası bir çox hallarda çətin, bəzi hallarda isə mümkünsüz olur. Məhz bu səbəbdən biznes proseslərinin mütəmadiliyini və davamlılığını təmin etməkdə sıxıntı yaşanır. Şirkət rəhbərləri bu tip risklərlə qarşılaşmasınlar deyə standartın 7.1.6. maddəsinin tələblərinə uyğun olaraq şirkət daxilində yaranmış təşkilati biliyi, yəni bilik və təcrübələri işlərin görülmə ardıcıllığını, icra mexanizmini, sənəd şəklində, video təlimat şəklində, səs qeydləri şəklində hazırlamalı, qoruyub saxlamalı və yeni əməkdaşlara ötürməlidir. Bununla bərabər yeni əməkdaşlar bu təlimatları öyrənib yenidən imtahan verməli və yalnız imtahan nəticələri qənaətbəxş olan, səriştələri yetərli olan əməkdaşlar iş proseslərinə cəlb olunmalıdır.

ISO 9001 standartının ədalətli idarəetmə üçün zəruriliyindən bəhs etdiniz. Bunlar hansılardır?

– ISO 9001 standartının 9.2. maddəsi daxili audit maddəsi şirkət daxilində baş verən proseslərin düzgün icra mexanizminə uyğun gedib getmədiyini yoxlayan bir maddədir. Bu maddənin ən önəmli tərəfi ondan ibarətdir ki, şirkət yoxlamaları hansısa fərdlərin öz düşüncə tərzi, dünya görüşü və təcrübələrinə görə yox, şirkətin öncədən yazılmış prosedur və məlumatlarına uyğun auditin aparılmasıdır. Belə ki, audit çox həssas bir məsələdir. Bu həkim həssaslığı qədər dəqiq olmalıdır. Təsəvvür edin ki, həkim bir insanın ağrıyan ayağının haradan ağrıdığını yoxlamaq üçün onun ayağına xəfif şəkildə toxunarsa, həmin xəstə o ağrını hiss etməz və harasının ağrıdığı ortaya çıxmaz və yaxud da tam tərsinə şiddətli şəkildə toxunmalar edib ağrı yerini axtarmağa çalışsa, onda hər şiddətli sıxdığı yerdə  həmin şəxs daha  çox ağrı çəkəcək və yenə də doğru nöqtəni tapa bilməyəcək. Bunu orta dərəcədə öncədən təyin edib lazımi yerlərə müəyyən toxunuşlar edəndə isə ağrıyan nahiyəni tapıb müdaxilə etmə şansları olur. İdarəetmə də bu şəkildədir. Audit zamanı öncədən təyin olunmuş prosedur və təlimatlar əsasında suallar hazırlanır, işçilərin bildiyi və öyrədildiyi məsələlər üzərinə yoxlamalar aparılır. Məhz bu özü bir ədalətli idarəetmə sisteminin olmasını göstərir. Bir çox hallarda auditlər yazılmış qaydalara görə yox, özlərinin düşüncə tərzlərinə görə iş aparır və bu zaman da qarşı  tərəflə (yoxlanılan tərəflə) problemlər yaranır, və onlar auditin ədalətsiz aparıldığına və yaxud da hansısa qərəzli bir fəaliyyətin olduğunu iddia edirlər.

Bəs bu qədər faydalı olan ISO 9001 standartını bir şirkət necə əldə edə bilər? 

– İstənilən şirkət öz idarəetmə mexanizmini standartın tələblərinə uyğun sənədləşdirilmiş şəkildə hazırlayıb öz heyətinə bunu tədris edərək, onları peşəkarlaşdıraraq, vaxtlı vaxtında bu tədrisləri etməklə, auditləri aparmaqla, davamlı yaxşılaşdırma fəaliyyətini etməklə, şirkətdə həmin bu ISO 9001 standartını icra etmiş olar. Və bunlar hamısı təbii ki sənədləşdirilmiş formada aparılmalıdır. Bəzi şirkətlər sənədlərin hazırlanmasını özləri edir, əksər şirkətlər isə ilk başlanğıcda bu xidməti hansısa bir consulting təşkilatından əldə edə bilirlər. Ondan sonra sertifikatlaşma orqanlarına müraciət edirlər və sertifikatlaşma orqanı 3-5 günlük auditlər nəticəsində uyğunsuzluq aşkar olunmazsa onlara qısa müddət ərzində sertifikatlarını təqdim edə bilirlər. Yox, uyğunsuzluqlar olarsa, uyğunsuzluqların aradan qaldırılması üçün zaman verirlər və həmin müddətdən sonra yenidən serifikatlaşma fəaliyyəti aparıla bilir.

Biznes elitası ilə yaxından təmasdasınız. Sonda biznes sahibləri və idarəçilərinə hansı mesajı vermək istərdiniz?

– Mənim biznes sahiblərinə və menecerlərə ən önəmli tövsiyəm odur ki, ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi haqqında məlumata sahib olsunlar. Standartın bütün tələblərini şirkət daxilində tətbiq olunmasına çalışsınlar. Əməkdaşlarını bu sahə üzrə peşəkarlaşdırsınlar və nəzərdə tutmadıqları qədər böyük uğurları əldə edəcəklərinə əmin olsunlar. Bu istər karyera inkişafında, istərsə də biznes prosesləri zamanı proseslərin düzgün icrasında olduqca əhəmiyyətlidir.


 

 

Müharibə veteranı adı almış şəxslərə vergi güzəşti hansı tarixdən tətbiq olunur?

posted in: Xəbər | 0

əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriVətən müharibəsi veteranıyam, üç medal almışam, adım “Zəfər” altsisteminə daxil edilib, Prezident təqaüdü alıram. Texniki səbəblərdən mənə hələ veteran vəsiqəsi verilməyib. Buna görə də aylıq gəlirimdən vergi tutularkən mənə güzəşt olunmur. Bu məsələnin həll olunması üçün nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.


Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursu


Qeyd olunanlara əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir.

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


 

Exceldə bu həftə və keçən həftənin satışlarının müqayisəsi

posted in: Excel, Xəbər | 0

Exceldə bu həftə və keçən həftədə olan satışların hesablanması

DAX-ın (Data Analysis Expressions – Power Pivot, Power BI və SQL Server Analysis Services (SSAS) tabular modellərinin formul və sorğu dilidir, öncədən müəyyən edilmiş hazır formullardır (funksiyalar)) ən ciddi xüsusiyyətlərindən biri zamana indeksli saysız funksiyası olmasındadır. İstər bu günün, istərsə də keçən ayın, kvartalın və ya ilin eyni dövrünün müqayisəsi sadə formullarla mümkündür. Lakin əsas çatışmayan cəhət – həftə indeksli müqayisələrin hazır funksiyalarının olmamasıdır. Bunu aşmanın, əlbəttə ki, yolları mövcuddur və bu mövzuda məhz həftəlik müqayisələrin aparılmasını müzakirə etmişik. İstifadə edəcəyimiz InputTable adlı sadə cədvəlimiz aşağıdakı kimidir:

Əvvəlcə, Excel faylımızı endirək:

Faylı yükləyin:  Həftəlik satış məlumatları ( weekly sales data) (1517 downloads )

Endirdiyimiz Excel faylımızı Power BI Desktop-a atırıq (Home >> External Data >> Get Data >> Excel)

Təqvim Cədvəlinin qurulması

Əməliyyatlara başlamadan öncə, Təqvim formatlı yeni bir cədvəl qururuq. Bunun üçün, Modeling >> New Table ünvanına gedib, formul çubuğunda CALENDAR funksiyasından istifadə etməklə, əlavə etdiyimiz InputTable adlı cədvəlimizdəki ən kiçik tarixlə ən böyük tarix arasındakı bütün tarixlərdən əmələ gələn yeni Calendar adlı cədvəl qururuq.

Bunun nəticəsində təqvim cədvəli bu 2 tarix arasındakı bütün tarixlər sıralı şəkildə avtomatik formalaşacaqdır.

Relationships blokuna gedib, InputTable ilə Calendar cədvəlləri arasında Date üzərindən əlaqəni qururuq.

İlk measure-ımız olan Total Units Sold yazırıq:

Növbədə, bu həftənin satışlarını hesablayacaq DAX formulu var.

Bu həftədə olan satışların hesablanması

Əvvəlcədən deyim ki, bunun həll yolu sadə olmamaqla bərabər, məntiqi çox bəsitdir. Bu həftədəki hər bir tarixi “aktivləşdirmək” üçün hansı alqoritm gərəklidir?

  1. Hər bir tarixin ilin neçənci həftəsi olduğunu müəyyən etmək (WEEKNUM funksiyası ilə).
  2. Birdən çox il olması ehtimalına qarşı, hər bir tarixin bu ilə aid olmasını təmin etmək (YEAR funksiyası ilə) .
  3. Yuxarıdakı 2 kriteriyanı BU GÜNÜN müvafiq dəyərləri ilə müqayisə etmək (TODAY funksiyası ilə) .

Qısacası, hər hansı bir tarixin həftə nömrəsi və ili bu günün müvafiq dəyərləri ilə üst-üstə düşürsə, deməli bəhsi keçən tarix – bu həftəyə aid tarixdir.

Bu məntiqi ardıcıllığı müəyyən etdikdən sonra, gəlin, DAX formulumuzun nəyə bənzədiyinə baxaq:

Gəlin, formulun komponentlərinə baxaq:

CALCULATE funksiyası

CALCULATE funksiyası ilə, measure seçilir, bizim misalımızda bu, Total Units Sold-dur. Və arxasından da bu measure hansı kriteriyalar ilə filterlənəcək, onu müəyyənləşdiririk.

FILTER funksiyası

Yuxarıdakı DAX formulun 4-cü sətirinə diqqək etsək, FILTER funksiyası, Calendar cədvəlindəki həftə nömrəsi cari günün həftə nömrəsinə bərabər olan sətirləri aktivləşdirməyə yarayır indegenerique.be.

5-ci sətir isə, ili cari günün ilinə bərabər olan sətirləri diqqətə alacağını göstərir.

Hər iki kriteriya CALCULATE funksiyasının tərkibində olduğu üçün, AND funksiyasının xüsusiyyətlərini daşıyır və yalnız hər iki kriteriyanın eyni anda təmin edildiyi sətirlərin aktivləşdirilməsinə səbəb olur.

Keçən həftədə olan satışların hesablanması

Hər hansı bir ciddi məntiq dəyişikliyinə getmədən, yuxarıdakı DAX formulunda çox kiçik bir dəyişiklik etməklə, keçən həftənin satışlarını hesablaya bilərik. Bu dəfə, həftə nömrəsi olaraq “bu həftə minus 1” olaraq nəzərə almalıyıq.

Görürük ki, əvvəlki formulla müqayisədə, burdakı yeganə dəyişiklik 7-ci sətirdə yer almışdır.

Gəlin, hər iki measure-ı Matrix Reportuna əlavə edib analizimizə davam edək.

Orijinal cədvəlimizdəki məlumatlarla (sarı rəng – keçən həftə, göy rəng – bu həftə) müqayisə etsək, formulların düzgün işlədiyindən əmin ola bilərik:

Lakin, analizin güvənilirliyi baxımından burda çox vacib bir nyuans şüurlu olaraq gözdən qaçırılıb. Məsələ burasındadır ki, bu həftənin 3 günü ilə keçən həftənin 7 günü müqayisə edilmişdir. Bu isə, çox da korrekt bir yanaşma deyil. Əvəzində, biz bu həftədəki günlər qədər keçən həftə satışlarını hesablayan formul yazmalıyıq. Və bu, elə bir formul olmalıdır ki, həftə irəlilədikcə, keçən həftədəki əhatə olunan günlər də dinamik olaraq artsın.

Keçən həftənin eyni gününə qədər olan satışların hesablanması

Bu dəfəki measure (Previous WTD Sales adlı) digərlərindən daha uzundur, lakin bu, sizi qorxutmasın, çünki bir əvvəlki formula sadəcə tək bir sətir əlavə edilib.

Əlavə edilən tək sətir – WEEKDAY funksiyasının içində olduğu əlavə FILTER funksiyasıdır.

Bu yeni kriteriya ilə deyirik ki, həftənin günü bu günün həftə günündən kiçik və ya bərabər olan bütün sətirlər filterə daxil edilsin. Yəni, bu gün həftənin 3-cü günüdürsə, o zaman keçən həftəyə aid 1,2 və 3-cü günlər daxil edilsin ancaq.

Əlavə etdiyimiz bu yeni kriteriya, digər 2 kriteriya ilə bərabər (il kriteriyası və həftə nömrəsi kriteriyası) bizə lazım olan doğru rəqəmləri verəcəkdir. Gəlin, yeni yazdığımız formulu Power BI-a əlavə edək.

Beləliklə, daha korrekt müqayisə ortamı yaradılmışdır. Artıq, 2 measure arasındakı nisbi fərqi də rahatlıqla hesablaya bilərik.

Yeni measure-ı Matrix cədvələ əlavə edərək, dəyişimin nisbi faizini də hesablamış oluruq.

Vacib qeyd: Formulları daha da qəlizləşdirməmək baxımından, ilin ilk həftəsinin spesifikliyi nəzərə alınmamışdır.

Mənbə: Elçin Xəlilov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

1 409 410 411 412 413 414 415 2. 400