Evlərin satışı zamanı hansı yeni güzəştlər tətbiq edilir?

posted in: Xəbər | 0

yaşayış yeri üzrə qeydiyyat,Artıq ikinci ildir ki, evini satan vətəndaşlara əldə etdikləri gəlirdən vergi ödənişi zamanı müəyyən güzəştlər tətbiq olunur. Həmin güzəştlərlə bağlı qanunvericiliyin tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir.

1 yanvar 2022-ci 11 tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vətəndaş tərəfindən yaşayış sahələri təqdim edildikdə üç güzəşt tətbiq edilir.

Birincisi, evi sökülmüş vətəndaşa gələcəkdə əmlakın təqdim olunması zamanı fərqli yanaşmanın tətbiq edilməsidir.

Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əlavə edilən ikinci hissəyə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Dəyişiklikdə məqsəd odur ki, uzun müddət bir ünvanda qeydiyyatda olan şəxsin evinin sökülməsi nəticəsində yeni ünvanda qeydiyyat tarixinin yenidən başlaması vətəndaşın ziyanına olardı. Çünki Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı güzəşt əldə etmək üçün fiziki şəxs azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olmalıdır.

Misal 1: 10 ildir ki, qeydiyyatda olduğu evin sökülməsi nəticəsində ev sahibinə həmin ərazidə yeni tikilən binada yaşayış sahəsi verilir.

Vətəndaş həmin yaşayış sahəsini 1 ildən sonra satmaq istəsə, o zaman yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayışı təqdim etməlidir.

Maddədə diqqət çəkən məqamlardan biri də, yaşayış sahəsinin sahəsi ilə bağlıdır. Vətəndaşın sökülən evdə yaşayış sahəsi 50 kvadrat metrdirsə, o zaman sökülmüş evinin əvəzində təqdim edilən evin 60 kvadrat metr (50 kvadrat metr (sökülən yaşayış sahəsi) – 10 kvadrat metr (sökülən sahənin 20 faizi həcmində artıq sahə)) sahəsi qədər güzəşt tətbiq edilir.

İkincisi, vətəndaşın 3 il qeydiyyatda olmadığı, amma yaşadığı yaşayış sahəsi üzrə güzəştin tətbiq edilməsidir. Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.1-1-ci maddəyə əsasən, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq edilir.

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı fiziki şəxsin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda ona güzəşt tətbiq edilir.

Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.1-1-ci maddədə isə fiziki şəxs qeydiyyatda olmasa da, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlərə malikdir. Bu halda fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsinin olması şərtinə diqqət yetiriləcək. Əgər hər iki şərt ödənilərsə, o zaman yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq olunur.

Misal 2: Vətəndaş 5 ildir yaşadığı evə qeydiyyata düşməyib. Vətəndaş həmin ünvanda yaşadığı dövrdə kommunal xidmətlərlə (elektrik eneriisi, təbii qaz, içməli su və sair) bağlı təqdim edilən bildirişlər üzrə ödənişləri həyata keçirib. Əmlakın satışını həyata keçirdikdə, vətəndaş kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışları təqdim etdiyi halda həmin yaşayış sahələsinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq ediləcək. Yaşayış sahəsini təqdim edən vətəndaşın özünün və ya həyat yoldaşının (birgə mülkiyyətdə olan) adına başqa yaşayış sahəsi olduğu müəyyən edilməsi də mümkündür. Bu halda vətəndaşa təqdim edilən vergi güzəşti öz qüvvəsini itirmiş olacaq.

Üçüncü hal isə, vətəndaşın dövlət orqanlarına əvəzsiz olaraq verdiyi əmlaklarla bağlıdır.

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergi tutmağa borcludur.

Vergi Məcəlləsinin 144.1.4-cü maddəsinə edilən əlavəyə əsasən, 1 yanvar 2022-ci ildən vergi ödəyiciləri tərəfindən daşınmaz əmlakın, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi onların gəliri hesab edilməyəcək.

O səbəbdən də fiziki şəxslər tərəfindən dövlət qurumlarına əvəzsiz verilən daşınmaz əmlakın təqdim edilməsi istisna hal kimi nəzərə alınacaq. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsində 144.1.4-cü maddəyə istinadın səbəbi də verginin hesablanmasında istisna halının nəzərdə tutulmasıdır.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Kapital Bank növbəti nüfuzlu beynəlxalq mükafat alıb

posted in: Xəbər | 0

kapital bank mükafat Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank növbəti beynəlxalq mükafata layiq görülüb. Nüfuzlu “Great Place To Work” –  “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk bank məhz Kapital Bank olub.

“Artıq hamı bilir ki, Kapital Bank həm işçi sayına görə, həm də ən fəal işəgötürən olaraq ölkənin lider bankıdır. Bu siyahıya mükəmməl iş yerinin də əlavə olunması qürurverici haldır. Kapital Bank öz iş həyatının cəlbediciliyini və hər bir əməkdaş üçün mükəmməl bir iş şəraitini qorumaq üçün fəaliyyətlərini davam etdirir. Əsas fokusumuz isə dəyişilməz olaraq qalır – əməkdaşlarımızın inkişafi və mükəmməl karyera imkanları yaratmaq.” – deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.

Qeyd edək ki, Great Place To Work beynəlxalq qurum olmaqla 5 qitədə və 60-dan çox ölkədə fəaliyyət göstərir. Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir. Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


 

Azərbaycanda pul nişanlarının dəyişdirilməsi qaydası dəyişir

posted in: Xəbər | 0

pul nişanlarının dəyişdirilməsi,Azərbaycan Mərkəzi Bankının pul nişanlarını dəyişdirməsi qaydası dəyişir. Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, AMB

  • tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir;
  • bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir;
  • eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki hər 2 seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir;
  • Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir;
  • təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir;
  • xarici valyutada olan pul nişanlarını dəyişdirmir.

Bundan başqa, qanun layihəsində deyilir ki, pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) AMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir.

Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.

Mənbə: report.az


 

Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin!

posted in: Xəbər | 0

Kapital Bank-dan nağd pul krediti almaq istəyənlərə müjdə! Çoxdan gözlənilən nağd pul kreditinin faizi endirildi! Artıq müştərilər nağd pul kreditini onlayn kanallarla əldə edərkən 1 il müddətinə illik faiz dərəcəsi 10,9%-lə hesablanacaq.

Endirim əldə etmək üçün Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı vasitəsilə kredit sifariş etmək kifayətdir. Onlayn müraciət zamanı mobil nömrənizi və şəxsiyyət vəsiqənizdəki FİN kodu yazmaqla, cəmi 2-3 dəqiqə ərzində krediti onlayn rəsmiləşdirə bilərsiniz.

Digər bankda kredit öhdəlikləri olan müştərilər də faiz endirimindən yararlana bilərlər. Əmək haqqını Kapital Bank və ya digər istənilən bankdan alanlar, 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək müddətə ala bilərlər. Kredit şərtləri barədə ətraflı məlumat və müraciət etmək üçün – https://kbl.az/kbgtkncd

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir. Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

1 412 413 414 415 416 417 418 2. 400