Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə yeni tələb qoyulub

posted in: Xəbər | 0

Özəl tibbi praktika, müvəqqəti yaşamaq üçün icazə, istifadəçi kodu , reyestr məlumatları , əmək şəraitinin şərtləri , Sadələşdirilmiş sistem, vergilərin hesablanması, Mediatorlarİqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də bir əməliyyat çərçivəsində 500 manatdan çox ödənişi nağdsız həyata keçirməlidir.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Mənbə: report.az


12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqısının hesablanması

posted in: Xəbər | 0

əməkhaqqının hesablanması,Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı sual doğuran məsələlərə dair şərh bildirir.

Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqularını müdafiə etmək məqsədi daşıyır. Məntiqlə ayın ortasında işə qəbul olunan işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün məzuniyyət haqqı da az hesablanmalıdır. Buna yol verməmək üçün ayın ortası işə qəbul və ya xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmır.

Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta əməkhaqqının hesablanması zamanı nəzərə alınacaqdır. Məsələn, tutaq ki, aprelin 13-də işə qəbul olmuş işçi dekabrın 26-da məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında işçi ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta əməkhaqqının hesablanması zamanı bu, nəzərə alınacaq.

Lakin 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəvyənləşdirilməyib. İşçinin hər hansı səbəbdən son 12 təqvim ayında işləmədiyi dövrlər orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

Misal 1. 2022-ci il yanvar ayının 18-də işə qəbul olmuş işçi, avqust ayının 3-də məzuniyyət hüququndan istifadə etməklə bağlı müraciət edib. İşçinin əməkhaqqı məbləği 500 manatdır. İşçi yanvar ayında işə ayın ortasında qəbul olduğu üçün 250 manat əməkhaqqı alıb. Bu halda orta əməkhaqqının hesablanması zamanı yanvar ayı nəzərə alınmayacaq. Məzuniyyətdən əvvəlki 6 tam təqvim ayının əməkhaqqına əsasən orta əməkhaqqı müəyyən ediləcək və məzuniyyət haqqı hesablanacaq.

Misal 2. Müəssisənin işçisi 18 mart 2020-ci ildə işə qəbul olunub və 5 may 2021-ci ildə əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşçi 2020-ci ilin oktyabr və noyabr aylarını ödənişsiz məzuniyyətdə olub. Orta əməkhaqqının hesablanması necə aparılacaq?

Bu halda, orta əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz. məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi (2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni işçinin ümumi gəliri 10 aya deyil, 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda işçinin iki ay gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


İkinci Dünya müharibəsi veteranlarının varislərinə vergi güzəşti hansı şərtlərlə tətbiq edilir?

posted in: Xəbər | 0

veteranların varisləri üçün vergi güzəşti, Cari vergi ödəmələri,Atam 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə fəaliyyət göstərmiş, orden və medallarla təltif olunmuşdur. Müharibə veteranlarının övladları üçün qanunda nəzərdə tutulan vergi güzəşti mənə şamil oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Banklar tərəfindən vətəndaşlara ödənilən faizlər üzrə ödəmə mənbəyində vergi necə hesablanır?

posted in: Xəbər | 0

ödəmə mənbəyində vergi, vergitutmaSuala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. Yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində gəlir vergisindən azad idi. Həmin müddət 1 fevral 2023-cü ildə başa çatdı.

Misal 1. Vətəndaş “XXXbank”da illik 8 faiz olmaqla 10.000 manat əmanət yerləşdirib. 2023-cü il fevral ayının 1-dək ilin sonunda 800 manat faiz vəsaitini əldə edərkən bank ödəmə mənbəyində hər hansı vergi tutmurdu.

Məlumat üçün bildirək ki, 2016-cı ildəki dəyişikliyə qədər hesablanan faizlərin illik məbləğinə bir dəfədən artıq olmamaq şərtilə 500 manat güzəşt tətbiq edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu. 2015-ci ildə iki dəfə devalvasiya baş verəndən sonra banklara etimadı və likvidliyi bərpa etmək üçün 1 yanvar 2016-cı ildən etibarən 7 il müddətinə güzəşt tətbiq edildi.

Həmin müddət 2023-cü ildə başa çatdığı üçün banklar 1 fevral 2023-cü il tarixdən hesablanan faiz gəlirlərinə ödəmə mənbəyində vergi hesablayır.

Misal 2. Vətəndaş 1 yanvar 2022-ci il tarixdə banka illik 10 faiz olmaqla əmanət yerləşdirib. Bu halda 1 fevral 2023-cü il tarixə qədər əmanətlərin faizlərindən ödəmə mənbəyində vergi hesablanmır. Ancaq 1 fevral 2023-cü il tarixdən sonra hesablanan faizlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Misal 3. Vətəndaşın kart hesabındakı vəsaitinə kredit təşkilatı faiz hesablayaraq ödəniş həyata keçirir. 1 fevral 2023-cü il tarixdən etibarən kart hesabına vəsaitə görə ödənilən faizdən ödəmə mənbəyində vergi hesablanır. Yəni vətəndaşın kart hesabında 1.000 manat vəsait varsa və bank həmin vəsaitə 1 fevral 2023-cü tarixdən etibarən 50 manat faiz hesablayırsa, bu halda ödəmə mənbəyində 10 faiz, yəni 5 manat vergi tutulacaq. Vətəndaşa 45 manat faiz ödəniləcək.

Mənbə: vergiler.az


1 415 416 417 418 419 420 421 2. 400