Kapital Bank və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb

posted in: Xəbər | 0

Kapital BankÖlkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank daha bir nüfuzlu mükafata layiq görülüb. Belə ki, Kapital Bank və onun Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova “Employer Brand Stars” (“İşəgötürən Brendi Ulduzları”) qlobal təltifləri üzrə Liderlik istiqamətində olan ən yüksək sayılan qızıl mükafata layiq görülüb.

“Kapital Bank bu gün Azərbaycanda işçi sayına görə ən böyük bankdır. Biz təkcə işçi sayımızı deyil, paralel olaraq işçi təcrübələrimizi və məmnuniyyətini artırırıq. İlk hədəfimiz budur ki, bankda çalışan hər bir insan işdən evə qayıdarkən özü ilə yeni biliklər, əvəzsiz təcrübələr və pozitiv emosiyalar aparsın. Bizim işçi dəyər təklifimiz məhz inkişaf və öyrənmə üzərində qurulub. Ölkəmizin ən böyük işəgötürənlərindən biri kimi bu mükafatı Azərbaycan şirkəti olaraq ilk dəfə məhz biz əldə etmişik”, – deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.

Qeyd edək ki, mükafat London mərkəzli “Employer Brand Academy” tərəfindən təşkil edilir və namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndilir. Bu ilki tədbirdə mükafatlandırılanlar arasında Türkcell, Philipp Morris və s. kimi iri şirkətlər də olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Onlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması

posted in: Xəbər | 0

Mövzunu maliyyə və vergi eksperti Rəşad Məmmədov şərh edir. Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Misal. Türkiyə rezidenti olan “A” şirkəti Azərbaycan rezidenti “B” şirkətinin işçilərinə “Skype” vasitəsilə onlayn qaydada təlim keçir. Bu xidmət üçün əldə edilən vəsaitlərə görə “A” şirkətinin ƏDV öhdəliyi yaranırmı?

Qeyd edək ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən, təhsil sahəsində xidmətlərin göstərilməsi zamanı xidmətlərin faktiki göstərildiyi yer ƏDV-nin vergi tutulan əməliyyatın aparıldığı yer hesab olunur. Amma burada bir məqam var ki, “A” şirkətinin göstərdiyi xidmət təhsillə bağlı xidmət deyil, təlim xidmətidir. Çünki “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə əsasən, təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Ona görə də təlim təhsil yox, məsləhət xidməti kimi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, xidmətin alıcısının yerləşdiyi dövlətdə, yəni Azərbaycanda ƏDV-yə cəlb olunmalıdır. Bu məqam Məcəllənin 159.2-ci maddəsində əksini tapıb.

Həmçinin, Azərbaycan Respublikası ərazisində olan rezident şirkətin əməkdaşlarına müasir texnologiyalar vasitəsilə təlimlərin keçilməsi Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı əldə olunan gəliri kimi müəyyən edilir və Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Mənbə: vergiler.az


Bələdiyyələrə yaranan vergi borclarının icraya yönəldilməsi


Bələdiyyələrə yaranan vergi borclarının icraya yönəldilməsi

posted in: Xəbər | 0

Bələdiyyələrə yaranan vergi borcları, uçotdan çıxarılma, fiziki şəxs, vergi uçotuBələdiyyələr tərəfindən vətəndaşların əmlak və ya torpaq vergiləri üzrə yaranmış borcların Ədliyyə Nazirliyinin tabeçilində olan müvafiq icra şöbələri tərəfindən yığılması nə dərəcədə doğrudur? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Məsələni araşdırmaq üçün bir neçə normativ hüquqi aktlara müraciət etməliyik. 27 dekabr 2001-ci il tarixdə qəbul edilmiş “İcra haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır.

Buradan görünür ki, bələdiyyə orqanlarının qəbul etdiyi inzibati aktlar icra məmurları üçün icra sənədlərinə aiddir. Bələdiyyələrlə bağlı digər normativ aktlara əsasən də bələdiyyələrin qəbul etdiyi qərarlar inzibati aktlar sayılır. Deməli, bələdiyyələrin əmlak, torpaq və digər vergilər və yerli ödənişlər üzrə borcların ödənilməsi haqqında qəbul etdiyi qərarlar icra məmurları üçün icra sənədi sayılır.

“İcra haqqında” Qanunun 8.1-ci maddəsində isə göstərilib ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

Deməli, rayon icra şöbələri bələdiyyələrdən borcların alınması ilə bağlı qərarı və digər müşaiyyətedici sənədləri aldıqdan sonra 3 gün müddətində borcların alınması ilə bağlı icraata başlamalıdır. Buradan belə nəticə çıxarmaq olur ki, icra şöbələrinin əmlak, torpaq, digər vergi, eləcə də yerli ödənişlərin ödənilməsi ilə bağlı atdığı addımları düzgün qiymətləndirmək olar.

Vergi Məcəlləsində vətəndaşlardan torpaq və ya əmlak vergisinin tələb edilməsi ilə bağlı müddəalara nəzər yetirək.

Məcəllənin 200.4-cü maddəsinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsində isə göstərilib ki, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Deməli, Vergi Məcəlləsinin tələblərinə görə, vətəndaşlara həm torpaq vergisinə, həm də əmlak vergisinə görə bələdiyyə tərəfindən hesablamalar aparılmalıdır və tədiyə bildirişi avqust ayının 1-dək çatdırılmalıdır. Belə olan halda vətəndaşa tədiyə bildirişi çatdırılmamışdırsa, onda bələdiyyənin ondan hər hansı bir vergini tələb etməsi qanuna ziddir. Yəni vətəndaş onun əmlak və ya torpaq vergisi üzrə öhdəliyinin olduğunu bilməlidir. Bu isə bələdiyyə tərəfindən təqdim edilən tədiyyə bildirişinə görə müəyyənləşir.

Ancaq son zamanlar bələdiyyələr vətəndaşa heç bir tədiyə bildirişi çatdırmadan qeyri-qanuni olaraq süni surətdə borclar və faizlər hesablayırlar. Bu, yolverilməz haldır.

Belə hallarda vətəndaş vergilərin ödənilməsindən imtina edə bilər. Hətta vətəndaşa əvvəlki illər üzrə tədiyə bildirişi avqust ayının 1-dək verilməmişdirsə və əvvəlki illərə görə tədiyə bildirişi sonradan verilsə belə, vətəndaş vergini ödəməkdən imtina edə bilər. Çünki tədiyə bildirişinin təqdim edilməsinin son tarixi 1 avqustdur.

Bəs bələdiyyə tərəfindən vətəndaşa tədiyə bildirişinin şəkil, whatsapp mesajı və digər üsullarla göndərməsi mümkündürmü?

Bu üsullardan istifadə edilə bilər. Ancaq bu, tədiyə bildirişinin çatdırılması kimi qəbul edilmir. Tədiyə bildirişi vətəndaşın ünvanına əlbəəl və ya digər rabitə üsulları ilə çatdırılmalıdır. Odur ki, bu məslələrdə həm vətəndaşlar, həm də bələdiyyələr diqqətli olmalıdırlar ki, sonra məhkəmələrdə görüşməsinlər.

Bələdiyyə borclarına görə icra orqanları və ya məmurları vətəndaşın ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırma qoya bilərmi?

Bu sualın cavabını da “İcra haqqında” qanunda axtarmalıyıq. Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Maddədən görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması ancaq məhkəmə əmrləri, qərarları və vergi orqanının pul tələbləri olduqda qoyula bilər. Bələdiyyələr vergi orqanları deyil, yerli özünü idarəetmə orqanıdır və onların qərarları ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına əsas vermir.

Mənbə: vergiler.az


Fiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir?

posted in: Xəbər | 0

icarə müqaviləsi, sınaq müddəti , əmək fəaliyyətinə cəlb, müddətli əmək müqaviləsi, işçilərin təminatı, Övladi olan işçinin təminatları, Əmək müqaviləsi“İcarə haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə əməliyyatının bütün şərtləri məhz icarə müqaviləsi ilə tənzimlənir. Vergi ödəyicisi olmayan fiziki şəxslərin icarə verdikləri əmlaklarla bağlı öhdəliklərinə dair suallara maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir.

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

  • İcarəyə verilən əmlakın tərkibi və dəyəri,
  • icarə haqqının məbləği,
  • icarənin müddətləri,
  • əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət,
  • icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü,
  • icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi,
  • icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək,
  • icarə haqqını ödəmək,
  • müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

Fərz edək ki, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs mülkiyyətində olduğu qeyri-yaşayış sahəsini fərdi sahibkara və ya hüquqi şəxsə icarəyə verir. Bu halda icarə müqaviləsinin bağlanmaması nəticəsində hər iki tərəfin üzləşə biləcəyi riskləri nəzərdən keçirək.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Digər tərəfdən, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Beləliklə, aydın olur ki, icarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət həmin gəliri ödəyən şəxsin – yəni, icarəçinin üzərinə düşür.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Nəhayət, icarə müqaviləsi olmadan vergi ödəyicisi öz təsərrüfat subyektini (obyektini) vergi orqanında uçota ala bilməyəcək və buna görə də Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər sanksiya ilə üzləşə bilər.

Əmlakı icarəyə verən tərəfin məsuliyyətinə gəlincə, təəssüf ki, bu hallarda ona qarşı qanunda heç bir sanksiya nəzərdə tutulmayıb. Əslində icarə müqaviləsinin tərtib edilməməsinin özü icarəyə verən tərəf üçün ən böyük cəza olduğunu demək olar. Çünki onun hüquqlarını icarə əməliyyatında qoruyan yeganə sənədi imzalamaqdan imtina edərək, o həmin hüquqların icra edilməsini böyük bir risk altına qoyur. İcarəçi onun obyektini yararsız hala gətirdikdə, aylarla ona icarə haqqını ödəmədikdə, onun tələbi ilə obyekti boşaltmadıqda həmin icarəyə verənin müraciət edəcəyi istənilən qurum ondan birinci növbədə icarə müqaviləsini tələb edəcək. Belə müqavilə mövcud olmadıqda isə onun icarəçiyə qarşı irəli sürdüyü iddianın da heç bir əsası olmayacaq.

Mənbə: vergiler.az


1 416 417 418 419 420 421 422 2. 400