Mühasibat uçotunun aparılması xidməti

posted in: muhasibat | 0

“Audit.Az”la mühasibat uçotunun aparılması, regionun ən yaxşı mütəxəssisləri ilə əməkdaşlıq deməkdir. Bizim mühasiblər müxtəlif biznes sahələrində iqtisadi fəaliyyət zamanı meydana çıxan məsələlərin həlli ilə məşğul olur. Uzun illərin təcrübəsi yüksək keyfiyyətli mühasibat uçotu xidmətlərinə zəmanət verir.

Mühasibat uçotunun aparılması xidmətinin üstünlükləri

  • maliyyə, vergi uçotunu peşəkar mühasib və auditorların aparması;
  • uçotun beynəlxalq standartlarında dəyişikliyin tərəfimizdən daimi izlənməsi;
  • mühasibat uçotu xidmətlərinin tam çeşidinin mövcudluğu;
  • xidmətlərin keyfiyyətinə zəmanət, vaxtında icra;
  • Bakıda mühasibat uçotu xidmətləri bazarında əlçatan qiymət;
  • əməkdaşlıq üçün sifarişin sadəliyi;
  • müştərilərin vaxtına və puluna qənaət;
  • hər müştəriyə fərdi yanaşma.

Mühasibat uçotunun aparılmasın zəruri edən nədir?

Mühasibat uçotu xidmətlərinə ehtiyac müxtəlif səbəblərdən yarana bilər, məsələn:

  • yeni maliyyə problemlərinin həlli üçün əlavə kadr resurslarına ehtiyac;
  • yeni yaradılmış müəssisənin mühasibatlığında səriştəli mühasibin olmaması.

Belə hallarda edilən səhvlər maliyyə sanksiyalarına səbəb olur. Bunun baş verməməsi üçün Bakıda mühasibat uçotu xidmətləri göstərən şirkətlərə müraciət etmək mümkündür. Əsasən autsorsinq əsasında işləyən belə müəssisələrə mühasibatlığın birdəfəlik işlərini də həvalə etmək olar.

“Audit.Az” konsaltinq şirkəti müştərilərə mühasibat uçotu xidmətlərinin autsorsinqini təqdim edir. Şirkətin xidmətinə aşağıdakı istiqamətlər aiddir:

  • mühasibatlıq;
  • vergilər, vergitutma;
  • kadr uçotunun qurulması;
  • təşkilati-hüquqi xidmətlər.

Mühasibat uçotunun  aparılması xidmətinin tərkibinə nələr daxildir?

“Audit.Az”ın xidmət paketinin tərkibi genişdir, aşağıda onlardan bəziləri verilib:

  • ilkin uçot sənədlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması, 1C proqramına daxil edilməsi;
  • əsas vəsaitlərlə əlaqədar əməliyyatlar, amortizasiya hesablanması;
  • saxlanma yerlərində, habelə maddi məsul şəxslər üzrə mal-material ehtiyatlarının uçotu;
  • kassa kitabı, xəzinədarın hesabatı tərtib edilməsi;
  • təhtəlhesab şəxslərlə hesablaşmalar, avans hesabatların tərtibi, ezamiyyələrin, məzuniyyətin hesablanması;
  • bank ödəniş sənədlərinin tərtibi, hesablar üzrə əməliyyatlar;
  • təchizatsızlar üzrə hesablaşmalar;
  • ilkin sənədlər, mühasibat uçotu ilə bağlı məsləhətlərin verilməsi;
  • işçilərlə əməkhaqqı üzrə hesablamalar, vergilərin, digər icbari ödənişlərin hesablanması, ödəniş tapşırıqlarının hazırlanması;
  • mühasibatın beynəlxalq standartlarına uyğun hesabatların hazırlanıb göndərilməsi;
  • sair əməliyyatlar.

Mühasibat uçotu xidmətlərinin tam çeşidi ilə aşağıdakı nömrələrə zəng edərək tanış ola bilərsiniz:

+99412 310 09 29 yaxud +99450 285 80 89

“Geriyə zəng” xidmətindən yararlanın, nömrə saxlayın, sizə zəng edək.

Niyə biz?

Bəzən etibarlı, yüksək səriştəli mühasib tapmaq çox çətin olur. Çünki belə mühasiblər Bakıda adətən mühasibat uçotu xidmətləri göstərən konsaltinq şirkətlərində çalışır.

“Audit.Az”la əməkdaşlığın üstünlükləri:

  • xidmətlərin tam çeşidi;
  • beynəlxalq uçot standartlarının daimi izlənməsi;
  • hüquqi dəyişikliklərin müntəzəm monitorinqi;
  • Bakıda mühasibat xidmətləri bazarında əlçatan qiymət;
  • keyfiyyətə zəmanət, vaxtında icra;
  • Müştərilərin vaxtına və puluna qənaət;
  • Rahat əməkdaşlıq, xidmətinin sadə sifarişi;
  • peşəkar mühasiblərdən ibarət komanda;
  • hər müştəriyə fərdi yanaşma.

Xidmətin qiyməti necə hesablanır? 

Müştərilərimizə Bakıda mühasibat uçotu xidmətlərinin sərfəli qiymətlərini təklif edirik.  Qiymətə:

  • xidmətin birdəfəlik yaxud daimi olması;
  • sənəd dövriyyəsinin həcmi;
  • işin mürəkkəblik səviyyəsi və sair kimi amillər təsir edir.

Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun təşkili həm sənəd dövriyyəsi, həm də hüquqi məsuliyyət baxımından az xərc tələb edir. “Audit.Az” az işçi sayına malik kiçik müəssisələrə, fərdi sahibkarlara nisbətən aşağı qiymətlə xidmət göstərir.

İri müəssisələrdə mühasiblər hesabatların hazırlanmasına, vergi kargüzarlığına daha çox vaxt sərf edirlər. Bizim konsaltinq şirkəti sizin mühasibatın bir hissəsini yaxud hamısını öhdəsinə götürə bilər. Qiymət müəssisənin miqyasından,  sənəd dövriyyəsinin  həcmindən asılıdır.

Xidməti, onun fərqli variantlarını necə sifariş etmək olar?

Müştərilərə xidmətinin bir neçə növünü təklif edirik.

  1. daimi əsasla həyata keçirilən kompleks mühasibat uçotu xidmətləri;
  2. təqdim edilmiş ilkin sənədlər əsasında mühasibat uçotunun aparılması.

Xidmətlərin sifarişi çox sadədir. Bunu:

  1. telefonla (+99412 598 37 98);
  2. onlayn messengerlərdə;
  3. ofisdə edə bilərsiniz.

WhatsApp-a (+99450 225 82 05) yazsanız yaxud “Geriyə zəng” xidmətindən yararlansanız, sizə zəng edərik.

Mühasibat uçotunun aparılmasın “Audit.Az”a etibar etməklə, öz biznesinizə, onun inkişafına hər zaman arxayın olacaqsınız. Biz sizə yalnız mühasibat uçotu xidmətləri göstərməyəcək, həm də maliyyənizi artıracağıq.


Mühasibat uçotunun qurulması xidməti

posted in: muhasibat | 0

Mühasibat uçotunun qurulması prosesini “Audit.Az” MMC-yə həvalə edin 

Bu prosesdə bizim mütəxəssislər sizin şirkətin:

  • biznes əməliyyatlarının tərkibini, onların strukturunu öyrənir;
  • daha sonra, lazımi sənəd dövriyyəsini müəyyən edir;
  • sonda, ilkin uçot sənədlərinin mühasibat uçotunda əks etdirilmə qaydalarını hazırlayır.

Mühasibat uçotunun qurulması zəruridir?

Bəli, zəruridir. Düzdür, bəzən elə görünür ki, biznes əməliyyatları sadədir, hər şey aydındır.  Amma, şirkətə yoxlama gəlir və …

Yoxlama nəyi aşkar edə bilər?

Müəssisədə mühasibat uçotunun təşkilində olan problemləri, məsələn:

1. Bəzi sənədlər:

  • aktivlərin şirkət daxili yerdəyişməsi və silinməsi;
  • təmirlə əlaqədar uçot qeydləri;
  • ehtiyat hissələrin yenilənməsi;
  • və sair bu kimi sənədlər ümumiyyətlə tərtib edilmir.

2. Bəzi sənədlər düzgün tərtib edilməyib, məsələn, yük daşıma sənədləri (malların adı səhv yazılır və ya rekvizitlər qeyd edilmir), etibarnamələr çox vaxt səhv doldurulur;

3. Səhvlərin səbəblərini aşkar etdikdə məlum olur ki, işçilər sadəcə, onların necə doldurulmalı olduğunu bilmirlər;

4. və sairlər.

Bütün bunlar mühasibat uçotunun təşkilini vacib saymayan müəssisələrdə yaranan ən ümumi məqamlardır.

Mühasibat uçotunun qurulması prosesinin düzgün aparılması şirkəti sənədlərin düzgün tərtib edilməməsi ilə bağlı bir çox risklərdən qoruyur.

Daha yaxından tanışlıq üçün +99412 310 09 29 yaxud +99450 285 80 89 nömrələrinə zəng edin, görüş təyin edək, qarşılıqlı faydalı əməkdaşlıq üçün ilk addımları ataq.

Bəs düzgün mühasibat uçotunu necə qurmalı?

Təbii ki, peşəkarlara müraciət etməklə. Amma peşəkar, öz işini bilən mühasibat uçotu mütəxəssisi tapmaq həmişə mümkün olmur. Yaxud belə peşəkar mühasiblər tapılır, amma onlara yüksək məbləğdə əməkhaqqı ödəmək şirkətin, xüsusilə də orta və kiçik sahibkarlıq subyektlərinin “cibinə görə” olmur, həm də, bəzən iqtisadi cəhətdən də səmərəli deyil – əməkhaqqıdan başqa sosial xərclər, ofis xərcləri, işçinin səriştəsinin müntəzəm artımı ilə bağlı xərclər (kurslar, təlimlər və sair). Eyni zamanda işə qəbul ediləcək işçinin peşəkarlığına zəmanət varmı? O, komandaya necə uyğunlaşacaq? Bu kimi digər suallar, problemlər.

Bəs nə etməli?

İxtisaslı kənar  mütəxəssislərə müraciət edin. Belə mühasib və auditorlar autsorsinq əsasında fəaliyyət göstərən konsaltinq şirkətlərində çalışır.  Mühasibat uçotunun qurulması xidmətinin autsorsinqi zamanı ixtisaslaşmış konsaltinq şirkəti:

  • mühasibat uçotunun təşkili;
  • mövcud ilkin uçotun sənədlərinin analizi;
  • sənədlərin düzgün tərtibi üzrə digər funksiyaları öhdəsinə götürür.

“Audit.Az” konsaltinq şirkəti mühasibat, vergi, kadr uçotu, audit  xidmətləri təklif edir. Mühasibat uçotunun qurulmasını “Audit.Az”-a etibar edin!

Niyə “Audit.Az”?

Çünki:

  • “Audit.Az” peşəkarlar mühasib, auditor və maliyyəçilərdən ibarət vahid komandadır;
  • “Audit.Az”-ın mühasibat uçotu xidmətləri bazarında 10-ildən çox iş təcrübəsi var;
  • “Audit.Az”-da  mütəxəssislər bilməklə kifayətlənmir, qanunvericilikdəki dəyişiklikləri daima izləyir;
  • “Audit.Az” üçün müştərilərin maraqları, məxfilik, məsuliyyət əsas prioritetlərdir.

Bunlar sadəcə söz deyil, müştəri rəyləri də bunu təsdiq edir. Beynəlxalq əməkdaşımız da bizi tövsiyə edir.

Bizim xidmət paketinə nələr daxildir?

Mühasibat uçotu xidmətləri üzrə geniş çeşidə malik “Audit.Az”ın mühasibat uçotunun qurulması xidmətləri  paketinə aşağıdakılar daxildir.

  • fəaliyyətinin təhlili, uçotun analizi və qiymətləndirilməsi;
  • təşkilati strukturun, sənəd dövriyyəsinin öyrənilməsi;
  • kompüterlər, mühasibat uçotu proqramlarının analizi;
  • düzgün uçot siyasəti, sənəd dövriyyəsi sisteminin tərtibi;
  • şirkətdə kadr sənədlərinin hazırlanması (vəzifə təlimatları, əmək müqavilələri, əmrlər);
  • maliyyə uçotu, vergi uçotu sisteminin mühasibat uçotunun beynəlxalq standartlarına uyğun təşkili;
  • mühasibat proseslərinin avtomatlaşdırılması məsələləri (1C Mühasibatlıq və digərləri);
  • şirkətin mühasiblərinin səriştə analizi, qiymətləndirilməsi, təlimatlandırma;

Biz mühasibat uçotu xidmətlərimizə zəmanət verir, hər bir müştəriyə fərdi yanaşırıq. Qiymətlərimiz sərfəlidir.

Qiymət necə hesablanır?

Qiymətin hesablanması sadədir. Mühasibat uçotunun qurulması xidməti üzrə qiymətə:

  • sənəd dövriyyəsi;
  • tətbiq olunan vergitutma forması;
  • sair amillər təsir edir.

Qiyməti ilkin məbləğini müəyyən etmək üçün problemi, müvafiq məlumatları info@audit.az mail ünvanımıza da yaza bilərsiniz. Xidmətin baza qiymətini hesablayıb sizə yazarıq, yekun qiyməti birlikdə müzakirə edərik.

Uçotun qurulması xidmətini necə sifariş etmək olar?

Mühasibat uçotunun təşkili bizim komanda ilə rahat, əməkdaşlıq isə asandır. Sadəcə WhatsApp-a  (+99450 225 82 05) yazın, “Geriyə zəng” xidmətindən istifadə edin.

  • biz sizə zəng edirik;
  • əməkdaşlığın çərçivəsini müəyyənləşdiririk;
  • müqavilə üzrə görüləcək işlərin planını tərtib edirik;
  • və hər kəs öz işi ilə məşğul olur – siz bizneslə, biz sizin mühasibatlıqla.

Mühasibat uçotunun qurulması  üçün lazımi sənədləri toplamaqda probleminiz var? Biz kömək edərik.

Əməkhaqqı fondundan tutulmalar – 2020-ci ildən sonra nələr dəyişdi?

posted in: Xəbər | 0

Əməkhaqqı fondundan tutulmalarƏməkhaqqı fondundan tutulmalar (2020-ci ildən sonra nələr dəyişdi?)

Məlum olduğu kimi ölkədə həyata keçirilən genişmiqyaslı sosial və vergi islahatları, əməkhaqqı sisteminin şəffaflığı ilə bağlı tədbirlər və yeni düzəlişlərə uyğun olaraq 2020-ci ildən başlayaraq əməkhaqqı fondu üzrə işəgötürənin öhdəliklərində bir sıra dəyişikliklər müşahidə edildi. Həmin dəyişiklikləri illər üzrə aşağıdakı kimi qeyd etmək olar:

2020-ci il

Tutulmaların siyahısı

  • məcburi dövlət sosial sığorta haqqı

Özəl sektorda 200 AZN-dək 22% tutulur. Həmin məbləğdən yuxarı hissədə isə yuxarı məbləğin 15%-i tutulur. Dövlət sektorunda isə bütün məbləğin 22%-i tutulur.

  • işsizlikdən sığorta haqqı

Məbləğin 0.5%-i tutulur.

  • icbari tibbi sığorta haqqı (aprel ayından tətbiq edilir)

Dövlət sektoru üzrə 8000 manatadək əməkhaqqının 2%-i, özəl sektor üzrə 1%, 8000 manatdan yuxarı məbləğ üzrə yuxarı hissənin 0.5%-i tutulur.
Beləliklə, 500 AZN gross əməkhaqqı alan işçiyə görə işəgötürən aprel ayınadək dövlət sektorunda 110+2.5=112.5 AZN, aprel ayından sonra əlavə 10 AZN olmaqla 122.5 AZN, özəl sektorda isə aprel ayınadək (44+45)+2.5=91.5 AZN, aprel ayından sonra əlavə 5 AZN olmaqla 96.5 AZN ödəyib.

2021-ci il

Tutulmaların siyahısı dəyişməyib. İcbari tibbi sığorta haqqı üzrə 2020-ci ildə özəl sektora tətbiq edilən güzəşt davam edib və 1% tutulma qalıb.

2022 və 2023-cü illər

Bu illər üzrə isə tutulmaların siyahısı dəyişməsə də, icbari tibbi sığorta haqqı üzrə özəl sektora tətbiq edilən 1%-lik güzəşt başa çatıb. Beləliklə, bu illər üzrə işəgötürənlər 500 AZN gross əməkhaqqı alan işçiyə görə dövlət sektorunda 110+2.5+10=122.5 AZN, özəl sektorda isə (44+45)+2.5+10=101.5 AZN ödəyib.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Mikro sahibkarlıq subyektlərinin vergi öhdəliyi necə müəyyən olunur?

posted in: Xəbər | 0

vergi öhdəliyi, Bələdiyyə vergiləri,Mən ipək kəlağayı istehsalı ilə məşğul olmaq istəyirəm. İstehsal üçün Şəkidəki fabrikdən ipək saplar alaraq parça toxuyacağam. Hazır məhsul əldə etmək üçün boyama işləri aparacağam. Mikro sahibkar kimi qeydiyyatdan keçmişəm və hansı vergi öhdəliyim var?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 97-ci, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


1 403 404 405 406 407 408 409 2. 400