Mühasibat auditi

posted in: Audit, muhasibat | 0

“Audit.Az”la mühasibat auditi xidməti

Komandada savadlı mühasibin olmasını hansı menecer istəməz? Mühasibin uçot və audit üzrə şirkət üçün zəruri biliklərə hərtərəfli sahib olması da yaxşıdır. Amma “iş olan yerdə səhv də olar”. Odur ki, bəzən şirkətin peşəkar auditora ehtiyacı olur. Bundan başqa, elə təşkilatlar var ki, mühasibat auditi xidmətindən istifadə onlar üçün məcburidir (maliyyə hesabatlarının etibarlılığını təsdiq edən rəy almaq üçün).

“Audit.Az” konsaltinq şirkəti Azərbaycanda audit xidmətlərinin geniş spektrini təklif edir. Müştərilərimiz arasında respublikamızda iqtisadiyyatın fərqli sahələrində çalışan müxtəlif qurumlar var.

Maliyyə hesabatlarının məcburi auditi nələri əhatə edir?

  • mühasibat qeydlərinin, ilkin uçot sənədlərinin tamlığının, habelə onların rəsmiləşdirilməsi, düzgünlüyünün yoxlanılması;
  • mühasibat uçotu və maliyyə hesabatlarında səhvlərin, uyğunsuzluqların müəyyən edilməsi, onların aradan qaldırılmasına köməklik göstərilməsi;
  • audit  zamanı məsləhət dəstəyi (o cümlədən, beynəlxalq uçot standartlarının tətbiqi ilə bağlı);
  • hesabatlılığın təkmilləşdirilməsi və bunun audit rəyi ilə dəstəklənməsi.

Auditinin nəticəsi necə rəsmiləşir?

Auditor rəyi ilə – auditi aparanın imzası və möhürü ilə təsdiqlənən bu rəy, dövlət qurumları, məhkəmələr, habelə fiziki və hüquqi şəxslər üçün rəsmi sənəd sayılır və mühasibat auditi xidmətini sifariş edənin:

  • maliyyə vəziyyətinə;
  • aparılan əməliyyatların qanuniliyinə;
  • illik maliyyə hesabatlarının doğruluğuna;
  • mühasibat uçotunun ümumi vəziyyətinə verilən qiyməti özündə əks etdirir.

Mühasibat auditinə əlavə kimi nələri tövsiyə edirik?

  • vergi uçotu və hesabatlarının auditi;
  • cari il üçün uçot siyasətinin auditi və yenilənməsi;
  • mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqinə dəstək;
  • ilkin sənədlərin düzgünlüyünə və əməliyyatların dəqiq əks olunmasına nəzarət;
  • daxili nəzarət sisteminin auditi;
  • əməkdaşların dürüstlüyünün və peşəkarlığının yoxlanılması.

Nəyə görə bizi seçirlər?

Çünki:

  • xidmətlərimiz keyfiyyətli, qiymətlər əlçatandır;
  • yalnız mühasibat auditi xidməti təklif etmirik, həm də vergi riskləri barədə hesabat hazırlayır, sənədləri hüquqi ekspertiza edir, müştərilərə maliyyə hesabatlarının şəffaflığını təmin etməyə kömək edirik;
  • kompleks xidmətlər təmin edirik – biz sadəcə audit şirkəti deyilik, həm də vergi, kadr və mühasibat uçotunu, audit və hüquq işlərini bilən  peşəkarlardan ibarət komandayıq.

Qanunvericilik tələb etmirsə, mühasibat auditi lazımdırmı?

Mühasibat auditinin qanunla müəyyən edilmiş meyarlara görə məcburi olmadığı şirkətlər sual verə bilər ki, məcburi deyilsə, auditdən imtina məntiqli deyilmi?

Uzaqgörən sahibkar üçün mühasibat auditi xidmətinin sifarişi xərc deyil, investisiyadır. Audit sizi əmin edir ki:

  • mühasibat uçotunda əhəmiyyətli səhvlər yoxdur;
  • normativ hüquqi aktlarda olan dəyişikliklər nəzərə alınıb, vacib sənəd və aktivlər mövcuddur, inventarlaşma ilə bağlı suallar yoxdur;
  • qəbul edilən qərarlar şirkətə və təsisçilərə faydalıdır, auditorlar, mühasiblər, vergi mütəxəssisləri ilə sizin operativ məsləhətləşmə imkanı var.

Bundan başqa, audit rəyi əlavə rəqabət və investisiya üstünlükləri təmin edir:

  • belə rəyə malik hesabat informasiyanın kənar istifadəçiləri üçün tamamilə fərqli bir statusa malikdir – bu, hesabatın maddələrinə, bütövlükdə şirkətin fəaliyyətinə daha çox güvən yaradır.
  • maliyyə çətinliyi yarandıqda şirkətlər kredit təşkilatlarına müraciət edir, audit rəyli maliyyə hesabatları bu zaman əlavə üstünlükdür;
  • tenderdə iştirak zamanı audit rəyi tələb oluna bilər.

Beləliklə, şirkətin audit yoxlaması məcburi olmasa belə, şirkət menecerlərinin hazırladığı fərdi tapşırıq əsasında mühasibat auditi xidmətindən istifadə məntiqlidir.

Qiymət haqqında operativ məlumat alın

Audit xidmətlərinin qiyməti:

  • aktivlərin və dövriyyənin həcmindən;
  • təşkilata xas olan risklərin səviyyəsindən;
  • sənəd axınınından;
  • fəaliyyət istiqamətindən;
  • filial, törəmə və əlaqəli şirkətlərin onların sayından;
  • məkan və məsafədən;
  • xüsusi əməliyyatların (xarici iqtisadi fəaliyyət, qiymətli kağızlar bazarında fəaliyyət və s.) mövcudluğundan.

Sizə daha rahat əlaqə vasitəsini seçin, müraciət edin. Biz qiymət diapazonunu sizə təqdim edərik.

Fərdi audit təklifinizin dəyərləndirilməsi üçün mütəxəssisimiz sizinlə telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlayacaq.

“Audit.Az” audit xidmətləri göstərilməsi ilə yanaşı, yoxlamanın keçirilib-keçirilməməsindən asılı olmayaraq sizə mühasibat uçotu üzrə məsləhətlər verə bilər. Bizim Azərbaycanın istənilə regionunda fəaliyyət göstərmək imkanımız var, amma audit xidmətini Bakıda yaxud paytaxta yaxın ərazilərdə göstərmək bizim üçün daha cəlbedicidir.

Mühasibat auditi xidmətinin qiymətini dəqiqləşdirmək üçün +99412 310 09 29 telefon nömrəsinə zəng edin, yaxud WhatsApp-a (+99450 285 80 89) yazın, istəklərinizi birgə müzakirə edək.

Auditi necə aparılır?

  1. Biz qarşı tərəfin istəklərini və auditin məqsədlərini aydınlaşdırır, təklifimizi hazırlamaq üçün lazımi məlumatları toplayırıq;
  2. Toplanmış məlumatlar əsasında təklifi tərtib edir, audit tapşırığının şərtlərini, fəaliyyət strategiyasını, iş vaxtını razılaşdırır və müqavilə bağlayırıq.
  3. Razılaşdırılmış müddətdə audit keçirir, audit zamanı aşkar edilmiş pozuntular haqqında hesabat verir, bu səhvlərin nəticəyə təsir göstərməməsi üçün düzəlişləri təklif edirik.
  4. Müəyyən edilmiş səhvləri düzəltmək üçün köməyə ehtiyaca varsa, mütəxəssislərimizin köməyini təklif edə bilərik. Pozuntularının aradan qaldırılması üçün tapşırığı ayrıca müzakirə edib razılaşdıracağıq.
  5. Biz yekun sənədləri – audit rəyi, hesabatlar hazırlayır və sizə təqdim edirik, sonra isə suallarınıza cavab veririk.

“Audit.Az” ın mühasibat auditi xidmətinin faydalarını ilk ekspert görüşdə, bizim auditorlarla tanışlıq zamanı öyrənin. “100 eşitməkdənsə, bir görmək yaxşıdır”. Buyurun, gəlin, rahat məkanda yerləşən ofisimizdə sizinlə bir fincan kofe içərək bütün detalları razılaşdıraq!

Kapital Bank 2023-cü ilin II rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital BankKapital Bank-ın aktivləri 1 iyul 2023-cü il tarixinə 8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2023-cü il tarixinə 6,2 milyard manat olub.

Bankın 1 iyul 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 774 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün – https://kbl.az/tkstcrd.


 

Komissiya müqaviləsi üzrə öhdəliklər necə tənzimlənir?

posted in: Xəbər | 0

Komissiya müqaviləsi üzrə öhdəliklər, ödəmə mənbəyində vergi, vergitutmaTəcrübədə ən çox rast gəlinən məsələlərdən biri də komissiya müqaviləsi üzrə malların satılmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov misallarla şərh edir. 

Misal 1: “AA” MMC topdansatış müəssisəsidir və “SS” MMC ilə komissiya müqaviləsi imzalayıb, mallarının satışını həyata keçirir. Fərz edək ki, malın qiyməti 10 manatdir və “AA” MMC hər satılan mala görə 20 faiz, yəni, 2 manat (10 manat x 20%) komissiya haqqı ödənilməsini öz üzərinə götürür. “SS” MMC həmin malları 10 manatdan satmasına baxmayaraq onun sadələşdirilmiş, ƏDV, mənfəət və ya gəlir vergisi üçün vergitutma obyekti aldığı mükafat məbləği – yəni, 2 manatdır.

Əvvəlcə Mülki Məcəllədə komissiya müqaviləsinin şərtlərini nəzərdən keçirək. Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf – komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır.

Mülki Məcəllənin 810-cu maddəsinin tələbləri də qiymətin formalaşması baxımından önəmlidir:

  • Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir;
  • Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir;
  • Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.

Təcrübədə komisyonçunun malı komitentlə razılaşdığı qiymətdən daha yüksək qiymətə satması və bunu gəlir kimi qiymətləndirməsi halına çox rast gəlinir.

Misal 2: “BB” MMC “Dadlı su” şirkəti ilə komissiya müqaviləsi imzalayıb, 5 litrlik qablarda su satışını həyata keçirir. “Dadlı su” şirkəti müqavilə şərtlərinə əsasən, su satışından 10 faiz komissiya haqqını “BB” MMC-yə ödəyəcək. Həmçinin, komitentin təqdim etdiyi qiymət cədvəlinə əsasən, suyun 5 litrinin qiyməti 2 manatdır. Amma “BB” MMC öz mağazasında həmin suyun satışını 2 manata yox, 3 manata həyata keçirir. Bu zaman satışdan yaranan fərqi (1 manatı) öz gəliri kimi qiymətləndirir və komitentə hər hansı məlumat vermir. Artıq bu hal komissiya müqaviləsinin pozulması hesab oluna bilər və vergi orqanı vergi hesablamaq üçün komissiya müqaviləsi üzrə komissiya haqqını yox, tam dövriyyəni əsas götürə bilər.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, borcların silinməsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 164.1.41-3-cü maddə əlavə edilsin:

“164.1.41-3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə;”.

2. 164.1.56-cı maddədən “minaaxtaran itlərin,” sözləri çıxarılsın və həmin maddədə “idxalı – 2021-ci il oktyabrın 15-dən” sözləri “, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 164.1.56-1-ci maddə əlavə edilsin:

“164.1.56-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2023-cü il

Mənbə: president.az


1 402 403 404 405 406 407 408 2. 400