» » » Komissiya müqaviləsi üzrə öhdəliklər necə tənzimlənir?

Komissiya müqaviləsi üzrə öhdəliklər necə tənzimlənir?

posted in: Xəbər | 0
birbank biznes

Komissiya müqaviləsi üzrə öhdəliklər, ödəmə mənbəyində vergi, vergitutmaTəcrübədə ən çox rast gəlinən məsələlərdən biri də komissiya müqaviləsi üzrə malların satılmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov misallarla şərh edir. 

Misal 1: “AA” MMC topdansatış müəssisəsidir və “SS” MMC ilə komissiya müqaviləsi imzalayıb, mallarının satışını həyata keçirir. Fərz edək ki, malın qiyməti 10 manatdir və “AA” MMC hər satılan mala görə 20 faiz, yəni, 2 manat (10 manat x 20%) komissiya haqqı ödənilməsini öz üzərinə götürür. “SS” MMC həmin malları 10 manatdan satmasına baxmayaraq onun sadələşdirilmiş, ƏDV, mənfəət və ya gəlir vergisi üçün vergitutma obyekti aldığı mükafat məbləği – yəni, 2 manatdır.

Əvvəlcə Mülki Məcəllədə komissiya müqaviləsinin şərtlərini nəzərdən keçirək. Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf – komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır.

Mülki Məcəllənin 810-cu maddəsinin tələbləri də qiymətin formalaşması baxımından önəmlidir:

  • Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir;
  • Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir;
  • Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.

Təcrübədə komisyonçunun malı komitentlə razılaşdığı qiymətdən daha yüksək qiymətə satması və bunu gəlir kimi qiymətləndirməsi halına çox rast gəlinir.

Misal 2: “BB” MMC “Dadlı su” şirkəti ilə komissiya müqaviləsi imzalayıb, 5 litrlik qablarda su satışını həyata keçirir. “Dadlı su” şirkəti müqavilə şərtlərinə əsasən, su satışından 10 faiz komissiya haqqını “BB” MMC-yə ödəyəcək. Həmçinin, komitentin təqdim etdiyi qiymət cədvəlinə əsasən, suyun 5 litrinin qiyməti 2 manatdır. Amma “BB” MMC öz mağazasında həmin suyun satışını 2 manata yox, 3 manata həyata keçirir. Bu zaman satışdan yaranan fərqi (1 manatı) öz gəliri kimi qiymətləndirir və komitentə hər hansı məlumat vermir. Artıq bu hal komissiya müqaviləsinin pozulması hesab oluna bilər və vergi orqanı vergi hesablamaq üçün komissiya müqaviləsi üzrə komissiya haqqını yox, tam dövriyyəni əsas götürə bilər.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az