Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu

posted in: Excel, Xəbər | 0

Amortizasiya cədvəli DB funksiyası azalan qalıq metodu Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu.


Amortizasiyanın nə olduğu və mahiyyəti haqqında bir öncəki yazıda müəyyən açıqlamalar vermiş və amortizasiya üsullarından ən geniş yayılmış olan düz-xətt metodunu müzakirə etmişdik. Bu dəfəki yazıda isə, amortizasiya üsullarından ikincisi olan azalan qalıq metodu haqqında danışacağıq.

Hər şeydən əvvəl, bu iki metodunun bir-birindən köklü şəkildə fərqləndiyini vurğulamaq istərdim. Düz-xətt metodu ilə amortizasiya ayırmaları hər il eyni məbləğdə idisə, azalan qalıq metodunda bu, tamamilə fərqlidir. Belə ki, azalan qalıq metodunda

  1. Sabit amortizasiya dərəcəsi müəyyən edilir
  2. Bu dərəcə hər il aktivin qalıq dəyərinə vurularaq illik amortizasiya məbləği müəyyən edilir.

Gəlin, misallar üzərindən davam edək.

Qarşımızda duran ən əsas məsələ sabit amortizasiya dərəcəsinin müəyyən edilməsidir. Xoşbəxtlikdən, qəliz də olsa, əlimizdə hazır düsturumuz var.

Amortizasiya dərəcəsi = 1 – ((Residual value / Asset value)^(1 / useful life))

Bu düsturu Exceldə aşağıdakı kimi yaza bilərik.

Residual Balance - 1

Bu misalımızda da Düz-xətt metodunda istifadə etdiyimiz rəqəmlərdən istifadə edəcəyik. Yuxarıdakı düsturun nəticəsinin 0,206 olduğunu görürük, yəni hər il aktivimizin qalıq dəyərini 20,6% ilə amortizasiya edəcəyik. Artıq, bunu hesablamalarımızda istifadə etməyə başlaya bilərik.

Residual Balance - 2

Yuxarıdakı screenshot-dakı cədvəl artıq tam olaraq hazırdır və hər bir sütunun nə mənaya gəldiyinə baxaq.

Depreciation - 3

Sabit amortizasiya dərəcəmizi hər il aktivin ilin əvvəlinə olan qalıq dəyərinə vurur, və nəticəni ondan çıxaraq ilin sonuna olan qalıq dəyərini tapmış oluruq.

Tamamilə eyni əməliyyatı Excel-in özündə olan DB funksiyası (Declining Balance) ilə də edə bilərik. Bunun üçün əlavə olaraq sabit amortizasiya dərəcəsini hesablamağa ehtiyac olmayacaq.

DB funksiyası ilə amortizasiya cədvəlimizi tərtib etməyə çalışaq.

Declining Balance - 3

Gördüyümüz kimi, funksiya 5 hissədən ibarətdir:

  • Cost = Asset value
  • Salvage = Residual value
  • Life = Useful life
  • Period = Amortizasiyanın aid olduğu ili göstəririk. Bunun üçün həmin ili göstərən xanaya (E3) istinad etməmiz kifayət edəcəkdir.
  • Month = İl ərzində amortizasiyanın hesablanacağı ayların sayını seçirik. Bu hissə istəyə bağlı olaraq seçilməyə bilər. Əgər heç bir şey seçilməyib boş buraxılsa, Excel bunu avtomatik 12 ay kimi diqqətə alacaqdır.

Daha öncə özümüz hesabladığımız cədvəllə bu cədvəlin demək olar ki, tam olaraq üst-üstə düşdüyünü görürük. Aradakı cüzi fərqlər yuvarlaqlaşdırmadan qaynaqlanır.

Çox vacib bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Respublikası Vergilər Məcəlləsinə əsasən, amortizasiya ancaq azalan qalıq metodu ilə hesablanmalıdır.

Bundan əlavə, Vergilər Məcəlləsi hər bir əsas vəsait kateqoriyası üzrə maksimal amortizasiya dərəcəsini müəyyən etdiyi üçün, tək etməli olduğumuz, ilin əvvəlinə olan qalıq dəyərimizi bu dərəcəyə vurub illik amortizasiya məbləğini hesablamaq olacaqdır.

Əlavədəki faylı endirib formullar üzərində işləyə bilərsiniz.

Faylı yükləyin:  Depreciation declining balance method (482 downloads )

 

Müəllif: Elçin Xəlilov


Kapital Bank-dan hər 5000 AZN kredit üçün ayda cəmi 150 AZN ödəyin

posted in: Xəbər | 0

Kapital Bank-dan hər 5000 AZN kredit üçün ayda cəmi 150 AZN ödəyinKapital Bank nağd pul krediti üzrə xüsusi kampaniyaya start verdi. Şərtlərə görə, Kapital Bank-dan kredit götürən müştərilərin hər 5000 manat kredit məbləği üçün ayda cəmi 150 manat ödəniş etmək imkanı var. Kampaniyadan rəsmi gəliri olanlar faydalana bilərlər.

Kampaniya həm rəqəmsal kanallar vasitəsilə, həm də filialdan rəsmiləşdirilən kreditlərə şamildir. Onlayn götürülən kreditlərə nağdlaşdırma komissiyası tətbiq olunmayacaq. Kampaniya 4 sentyabr 2023-cü il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün: https://kbl.az/bbclpr.

Qeyd edək ki, Kapital Bank və ya istənilən digər bankın kartı ilə əməkhaqqı yaxud təqaüd alanlar 30 000 manatadək nağd pul kreditini illik cəmi 10.9%-dən 59 ayadək müddətə götürə bilərlər. Kredit şərtləri barədə ətraflı məlumat və onlayn müraciət üçün: https://kbl.az/kbgtkncd.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Birbank kartı sifarişi üçün: https://kbl.az/tkstcrd.


Kapital Bank loqosunu yenilədi

posted in: Xəbər | 0

Kapital Bank-ın loqosu yeniləndiAzərbaycanın birinci bankı Kapital Bank öz loqotipini dəyişdi. Yeni loqo müasir dizayn standartlarına uyğun olaraq hazırlanıb. Dəyişikliyin bankın bütün fəaliyyət sahələrində (filial və bankomat şəbəkəsi, rəqəmsal platformalar və s.) mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulur.

Qeyd edək ki, yeni loqotip artıq bankın rəsmi saytında yerləşdirilib. Kapital Bank-ın yeni loqosunu yükləmək üçün https://kbl.az/kbald linkinə keçid alın.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Məzuniyyət haqqı müxtəlif aylara düşdükdə gəlir vergisinə necə cəlb edilir?

posted in: Xəbər | 0

birdəfəlik müavinət,Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu kimi hallarda məzuniyyət haqqının gəlir vergisinə cəlb edilməsi ilə bağlı sualları misalla aydınlaşdırır.

Misal: Tutaq ki, işçi 26 iyun – 5 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manatdır, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat məzuniyyət haqqı və 700 manat əməkhaqqı hesablanıb. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlb edilmə hansı şəkildə olmalıdır?

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri, iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış əməkhaqqı məbləği ilə cəmlənərək gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır.

Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Misalımıza əsasən davam edək. İyun ayında işçi 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə müvafiq olaraq 830, 910, 860 manat olacaq. Başqa sözlə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də, aylar üzrə vergiyə cəlb ediləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


1 399 400 401 402 403 404 405 2. 400