Daha çox8
Daha çox8

Ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc bəyannamədə necə göstərilməlidir?

posted in: Xəbər | 0

debitor borc, mühasib köməkçisi vakansiyaFəaliyyəti ərzaq və kənd təsərrüfatı məhsullarının alınıb satılmasından ibarət olan vergi ödəyicisinin aldığı ərzaq məhsulları ƏDV-yə cəlb olunur, kənd təsərrüfatı məhsullarının isə satışı ƏDV bəyannaməsinin müvafiq olaraq 2 nömrəli əlavəsində göstərilir və uçotu qanunamüvafiq qaydada ayrıca aparılır. Bəyannamənin 2 nömrəli əlavəsində qeyd olunan dövriyyə üzrə məbləğ həmin ayda daxil olmadığı halda həmin debitor borc ƏDV bəyannaməsində necə qeyd edilməlidir? Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarət əlavəsi ilə alınıb satılması ƏDV bəyannaməsinin 5 nömrəli əlavəsində qeyd olunmursa, vəsait debitor borc kimi bəyannamənin hansı hissəsində göstərilməlidir? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilmiş mallara tətbiq edilmiş ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc məbləği “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 307.1-ci sətrində əks etdirilir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilən malların dəyəri deyil, yalnız ticarət əlavəsi vergitutma obyektlərinə aid edildiyindən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi üzrə əməliyyatların uçotu “Əlavə dəyər vergisinin bəyannaməsi”nin müvafiq olaraq ticarət əlavəsi üzrə daxilolma məbləği 301.2-ci sətrində, əməliyyatın dəyəri üzrə isə 301-2-ci sətrində aparılır.

Dövlət Əmək Müfəttişliyi hansı sahələri yoxlaya bilər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsində vergi orqanının yoxlama zamanı konkret hansı sahələri yoxlaya bilməsi və yoxlama zamanı tələb edəcəyi sənədlər göstərilib. Bəs Dövlət Əmək Müfəttişliyi yoxlama zamanı hansı sahələri yoxlaya bilər və müəssisədən hansı sənədləri tələb edə bilər? Suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifə və hüquqları göstərilib. Həmin vəzifələr yoxlama zamanı hansı sahələrin yoxlana bilməsi sualının cavabıdır.

  • Öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;
  • İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onlardan istifadə olunmasına, eləcə də zərərli, ağır və yeraltı əmək şəraitində işləyənlərin müvafiq müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullarla pulsuz təmin olunmasına nəzarəti həyata keçirmək;
  • Əmək Məcəlləsinə uyğun olaraq əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının işəgötürənlər tərəfindən düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərə güzəştlərin və ödənclərin verilməsinə nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək, miqrantların hüquqlarının işəgötürənlər tərəfindən təmin edilməsinə nəzarəti həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdırmaq və uçotunu aparmaq;
  • Əmək və əməyin mühafizəsi sahəsində işəgötürənlərin işçilər və həmkarlar ittifaqları təşkilatları ilə qarşılıqlı əməkdaşlığına köməklik göstərmək;
  • İstehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı öz səlahiyyətləri daxilində digər nəzarət orqanları ilə birlikdə əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin istismara buraxılmasına razılığın verilməsi məsələsinə baxmaq;
  • Öz səlahiyyətləri daxilində yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasport vermək;
  • Müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işi və ya istehsal vasitələrinin istismarını, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşanadək, qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırmaq;
  • Öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;
  • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi barədə işəgötürənlərin müraciətlərinə baxmaq;
  • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərmək, zəruri hallarda seminarlar təşkil etmək;
  • Vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;
  • Hər ilin yekununda kütləvi informasiya vasitələrində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə Azərbaycan Respublikasında mövcud vəziyyət barədə məlumat dərc etdirmək, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Beynəlxalq Əmək Təşkilatına hesabatlar hazırlamaq;
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


Excel faylına ad verərkən nələrə diqqət etməli?

posted in: Excel, Xəbər | 0

Excel faylına ad verərkən nələrə diqqət etməli?

Gün ərzində hazırladığımız və fərqli-fərqli şəxslərə yolladığımız və fərqli şəxslərdən qəbul etdiyimiz faylların sayı o qədər çox olur ki, hansının daha aktual olduğu, kim tərəfindən və hansı səbəblə yollandığını anlamaq bəzən zaman tələb edir.

Bu günkü yazıda Excel faylına ad verərkən diqqət etməli olduğumuz nüansları müzakirə edəcəyik.

Fərz edək ki, 3 fərqli layihənin maliyyə cəhətdən gəlirliliyini ölçən bir hesabat hazırlamış və bunu rəhbərimizə yollamaq istəyirik. Aşağıda sıralayacağım komponentlər fayla ad verərkən mümkün dərəcə istifadə edilməlidir.

  1. Faylın xülasə, lakin aydın təsviri – Investment Appraisal
  2. Faylı hazırlayan şəxsin inisialları – EX
  3. Faylın hazırlandığı tarix – Apr 6, 2015
  4. Faylın versiyası – V1 (vəya ver1)

Bunun nəyə bənzədiyinə baxaq.

Bu qaydalara riayət etmənin çox böyük üstünlükləri vardır. Məsələn, bu faylı eyni gün ərzində 4 dəfə düzəliş edərək rəhbərimizə yollamaq məcburiyyətində qalsaq, hansı faylın daha aktual olduğunu müəyyən etmək üçün onları bir-birindən fərqləndirməliyik. Əks təqdirdə, qatmaqarışıq bir halla qarşı qarşıya qalacağıq. Eyni faylı etdiyimiz hər bir dəyişiklikdən sonra adını da mütləq surətdə dəyişdirməliyik. Məsələn, 4 dəfə dəyişiklik etmiş olsaq, 4 fərqli fayl hazırlamalıyıq.

Bu, eyni tarixdə edilən dəyişikliklərə aiddir. Fayldakı növbəti dəyişikliyi 8 Apreldə etmiş olsaydıq, həm tarix dəyişib 8 Apr, 2015 olacaq, həm də versiya yenidən 1-ə qayıdacaqdı.

Beləliklə, ən aktual faylın hansı olduğunu dərhal anlamış oluruq.

Faylı hazırlayan şəxsin inisialları isə ona görə vacibdir ki, hər hansı bir sual yarandığı təqdirdə, müraciət olunacaq şəxs bilinmiş olsun.

Bəzi layihələrdə faylların adları daha çox məlumat ehtiva edəcək şəkildə hazırlanır, lakin normal iş şəraitində yuxarıda sadaladığımız 4 komponent lazımi şəkildə ifadə edilsə, fayllarımızın yaradacağı qarışıqlıq minimuma endirilmiş olacaqdır.

Sıx-sıx qarşılaşılan hallardan br digəri isə, aylıq hesabatların adlandırılmasıdır. Aylıq hesabatlar yollanarkən, hər bir aya müvafiq ay sırasını da faylın adına daxil etsək, sıralama baxımından məntiqi ardıcıllığı da qorumuş olarıq. Məsələn, aşağıdakı 2 görüntüyə nəzər yetirsək, fayla verilən adların necə əhəmiyyətli olduğu ortaya çıxacaqdır.

İlk 6 ayın variance hesabatları olan faylları görürük, lakin bunlar məntiqi ardıcıllıqla yox, əlifba sırasına görə düzülüb. Amma əslində, ayların sırasına görə düzülmüş olmalı idilər. Çox xırda bir nüans olmasına baxmayaraq, oxucu üçün müəyyən çətinliklər törədir. Bunun əvəzinə, aşağıdakı kimi bəsit bir həll ilə məntiqi ardıcıllıq əldə edilmiş olacaqdır.

Hər bir hesabata öz ayına müvafiq rəqəm əlavə edərək, istəyimizə çatmış olacağıq. Artıq, hesabatlar lazımi qaydada sıralanmış oldu.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Həftəlik overtime saatının hesablanması

posted in: Excel, Xəbər | 0

Həftəlik overtime saatının hesablanması

Hər iş yeri işçilərinə normal iş normasından əlavə çalışdığı zaman overtime ödəmələri vermir. Lakin bazarda bunu edən şirkətlər də mövcuddur. Belə olan halda, hər işçinin həftəlik overtime saatlarını necə hesablaya bilərik?

Yuxarıdakı screenshot-da 3 işçi və hər işçinin həftənin bazar ertəsi – bazar günlərində işlədiyi real iş saatları göstərilib. Bu iş saatlarına əsasən hər bir işçinin həftəlik ümumi overtime saatlarını hesablamalıyıq.

Əmək qanunvericiliyinə əsasən, hər bir işçinin həftəlik iş norması 40 saatdır. Bundan artığı overtime sayılır. Misalımızdakı şirkətin 5 günlük iş həftəsi ilə çalışdığını fərz etsək, bu zaman hər iş gününə 8 saat düşəcəkdir. Və hər işçinin overtime saatını hesablamaq üçün hər gün real olaraq çalışdığı saatdan günlük normanı (8 saat) çıxıb, həftə sonunda bütün bu ədədləri cəmləməliyik.

İşin problematik tərəfi – işçi saylarının çox olması və hər biri üçün bu əməliyyatın aparılması effektivlik və vaxt baxımından imkansızdır. Bu səbəblə, biz tək bir formul vasitəsilə bu problemi həll edəcəyik.

Hər şeydən öncə işçilərin adlarının üstündə hər günə aid çalışma normasını (saat olaraq) daxil edirik.

Daha sonra, Total o/t hours başlıqlı sütuna aşağıdakı kimi bir formul daxil edirik.

Formulu analiz edək.

Gördüyümüz kimi, formul SUM və IF funksiyalarının kombinasiyasından əmələ gəlmişdir. IFfunksiyasının daxilinə yazdığımız formulla Johnun (göy diapazon) iş saatlarının həftəlik normadan (qırmızı diapazon) böyük olub-olmadığını yoxlayırıq.

Overtime hours - 4

Və böyük olduğu təqdirdə, göy diapazondakı dəyərdən qırmızı diapazondakı müvafiq dəyərin çıxılmasına göstəriş veririk.

Overtime hours - 5

Əks təqdirdə, nəticə sıfır olacaqdır.

Əldə etdiyimiz bütün bu dəyərlər toplusunu isə SUM funksiyası ilə cəmləyirik.

Vacib qeyd!!! Formul yazıldıqdan / edit edildikdən sonra Enter düyməsinə bassaq xəta mesajı ilə qarşılaşacağıq. Bunun səbəbi, yazmış olduğumuz formulun adi formul yox, array formulu olmasıdır. Bütün array formulları Ctrl + Shift + Enter kombinasiyası basılaraq yekunlaşmalıdır.

Həftəlik overtime saatlarının hesablandığı cədvəlin son halı aşağıdakı kimi olacaqdır.

Əlavədəki faylı endirib analiz edə bilərsiniz.

Faylı yüklə Həftəlik overtime saatlarının hesablanması (1382 downloads )

 

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 400 401 402 403 404 405 406 2. 400
error: Content is protected !!