Vergi orqanının vətəndaşın bank məlumatlarını əldə etmək səlahiyyəti varmı?

posted in: Xəbər | 0

bank məlumatları, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, sahibkarlıq fəaliyyəti, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMənə Azərbaycan Beynəlxalq Bankından belə bir mesaj gəlib: “Hörmətli müştəri, qanunvericiliyə və daxil olmuş vergi bildirişinə əsasən, müvafiq məlumatlarınız vergi orqanına təqdim ediləcək. Əlavə məlumat üçün filial/şöbəyə müraciət edə bilərsiniz.” ABB-yə yaxınlaşdım, vergi xidməti ilə əlaqə saxlamaq lazım olduğu bildirildi. Vergi orqanının mənim bank məlumatlarımı almaq səlahiyyəti varmı? Bu barədə məlumat vermənizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Eyni zamanda, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 76-cı maddələri.

Mənbə: vergiler.az


Son 5 il üzrə əməkhaqqı və ondan tutulmalar necə dəyişib?

posted in: Xəbər | 0

Məlum olduğu kimi son 5 il üzrə sosial və vergi islahatlarının çoxşaxəliliyi, həmçinin işçi hüquqlarının təmininə istiqamətlənmiş sığorta mexanizmlərinin tətbiqi və bir sıra mühüm qanunvericilik dəyişikliklərinin nəticəsində illər üzrə əməkhaqqıdan tutulmaların həcmi də dəyişdi. Buna müvafiq olaraq qanunvericilik və sosial islahatlara uyğunluğu nəzərə almaqla, ölkəmizdə son 5 il üçün əməkhaqqıdan tutulmalara dair araşdırmanı təqdim edirik.

2019-2023-cü illər ərzində əməkhaqqıdan tutulan məbləğlərin bölgüsü və həcmi aşağıdakı kimidir:

gəlir vergisi

a) dövlət sektoru 200 AZN-dək tutulmur, 200-2500 AZN arası 14%, 2500+ hissədə 350 AZN və artıq hissənin 25%-i,

b) özəl sektorda 8000 manatadək tutulmur, 8000+ hissədə 14%

məcburi dövlət sosial sığorta haqqı

a) dövlət sektoru 3%,

b) özəl sektor 200 AZN-dək 3%, qalan hissədə 10%

  • işsizlikdən sığorta haqqı – 0.5%
  • icbari tibbi sığorta haqqı – 2%, 8000 AZN-dən yuxarı 0.5%

İllər üzrə bu tutulmalara dair başlıca dəyişikliklər isə belədir:

2023-cü il

minimum əməkhaqqı 345 AZN

Tutulmaların siyahısı eynidir.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 48.5 AZN tutulur.

2022-ci il

minimum əməkhaqqı 300 AZN

Tutulmaların siyahısı eynidir.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 48.5 AZN tutulub.

2021-ci il

minimum əməkhaqqı 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqında özəl sektorda güzəşt tətbiq edilir. 8000 AZN-dək 1%, 8000 AZN-dən yuxarı 0.5% tətbiq edilib.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 43.5 AZN tutulub.

2020-ci il

minimum əməkhaqqı 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı aprel ayınadək tətbiq olmadı. Aprel ayından isə 2021-ci ildəki ilə etni tutulmalar tətbiq edildi.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – aprel ayınadək 59,5, daha sonra 69.5 AZN
  • özəl sektorda – aprel ayınadək 38.5, daha sonra 43.5 AZN tutulub.

2019-cu il

minimum əməkhaqqı 01.03.19-dan 180 manat, 01.09.19-dan etibarən isə 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı tətbiq edilməyib.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 59,5 AZN
  • özəl sektorda – 38.5 AZN tutulub.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Mühasibatlıq xidməti fəaliyyəti ilə məşğul olan şirkətin vergi və sosial ödənişləri necə hesablanmalıdır?

posted in: Xəbər | 0

gəlirlərin və xərclərin uçotuFəaliyyət kodu 6920102 olan vergi ödəyicisi Sumqayıt şəhərində qeydiyyata alınıb. Onun ödənilməli olan vergi və digər dövlət ödənişləri neçə faizlə hesablanır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət (6920102-mühasibat uçotu üzrə məsləhətlər) sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Sorğuya əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

Mənbə: vergiler.az


Çirkin diaqramlardan necə azad olmalı? (2-ci hissə)

posted in: Excel, Xəbər | 0

Çirkin diaqram və onlardan azad olmağın yolları.

2-ci hissə

Məqalənin 1-ci hissəsində çirkin formatlı diaqramlardan bəhs edilmişdi. Bu yazıda başqa bir nümunə ilə düzgün və səliqəli diaqram yaratmaq haqqında ətraflı məlumat veriləcək.

Bu diaqramda, olmaması gərəkən hər şey var. Burdakı səhvlər üzərindən gedərək, diaqramı normal, oxunabilir hala gətirəcəyik.

Diaqramdakı əsas səhvlər

  1. Fondakı Şəkil
    Diaqramda yalnız tək bir aspekti dəyişdirəcək olsaydıq, bu mütləq fondakı şəkil olacaqdı. Səbəbi isə odur ki, öndəki informasiyanı oxumağa çətinlik törədir, fikri əsas məqamdan yayındırır. İndiki dövrdə xarici valyutalı hər hansı bir şəkildən uzaq dursaq yaxşı olar.
  2. Gridlines
    Gridlines – diaqramın fonundakı ölkə adlarına paralel xəttlərdir. Onları ya tamamilə silməli, ya da rənglərini bozun ən açıq tonlarına gətirməliyik. Bunun da səbəbi eynidir – informasiyanı oxumağa çətinlik törədir.
  3. 3D qrafiklər
    İnformasiyanı çatdırarkən 3D effekt qədər lazımsız vasitə yoxdur. 3D effektlərdən hər zaman uzaq durmaq lazımdır. İstənilən məlumatı yalın, sadə halda təqdim etmək imkanı var ikən, onu bəzəməyə, mahiyyətindən uzaqlaşdırmağa lüzum yoxdur.
  4. Legend
    Diaqramın ən sağında yer alan və göy sütunların nə olduğunu izah edən “Müəllimlərin əmək haqqı” yazısı. Diaqramın başlığında olan bir şeyi əlavə lazımsız yer tutacaq şəkildə təkrar olaraq qeyd etmək doğru deyil.
  5. Data Labels
    Hər bir sütunun altında yer alan ölkə adı və müvafiq məbləğləri bu qədər ətraflı yazmağa ehtiyac yoxdur. Diaqramın oxunurluğunu ciddi dərəcədə çətinləşdirir. Hər zaman ən mümkün qədər az və sadə ifadələrdən istifadə etməyə çalışmalıyıq.
  6. Diaqramın başlığı
    Aşağı sıralarda yer almasına baxmayaraq, ən çox əhəmiyyət kəsb edən nyuanslardan biridir. Diaqramın müəllimlərin əmək haqqları haqda olduğunu bilirik, lakin, hansı dövrü əhatə etdiyi, ortalama aylıq və ya illik, net və ya gross olduğu haqda heç bir məlumat yoxdur. O səbəbdən də, heç bir məna ifadə etmir.
  7. Dəyərlərin sıralanması
    Diaqramdakı dəyərlər böyükdən kiçiyə (vəya əksinə) sıralanmaq əvəzinə, təsadüfi növbə ilə sıralanıb. Bu isə, müqayisə aparmağı çətinləşdirir.

Yuxarıda qısaca sadaladağımız bütün qüsurları aradan qaldırdıqdan sonra diaqramımız aşağıdakı rahat oxunabilir, məlumatlı və mənalı halını alacaqdır. Rəng seçimi hər kəsin zövqünə uyğun olacaqdır, amma neytral, açıq və yorucu olmayan rənglərdən istifadə etməyə çalışın.

 

Mənbə: Elçin Xəlilov


Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 397 398 399 400 401 402 403 2. 400