Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

posted in: Xəbər | 0

Elektron xidmət, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, sahibkarlıq fəaliyyəti, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirərək istifadəyə verib.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.

Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki vasitəsilə tanış olmaq mümkündür.

Mənbə: azertag.az


Word faylından kopyaladığımız mətni Excel-də bir neçə sətrə necə bölməli?

posted in: Excel, Xəbər | 0

Word faylından kopyaladığımız mətni Excel-də bir neçə sətrə necə bölməli?

Sıx rastlaşılan problemlərdən biri də, Word-də yazmış olduğumuz hər hansı bir mətni Excel-ə kopyala / yapışdır edərkən, bütün mətnin tək bir xanaya daxil edilməsidir.

Təxminən aşağıdakı kimi Word faylında olan yazını

Justify - 1

Excel-ə yapışdırmaq istəsək, belə bir nəticə ilə üzləşəcəyik.

Justify - 2

Yəni, bütün paraqraf tək bir xanada tək bir sətir halına dönüşəcəkdir. Bu yazıda bu problemi aradan qaldırmanın yolunu analiz edəcəyik.

Əvvəla, yazını neçə sətir və ya sütuna yerləşdirəcəyimizi müəyyən edirik. Mən yazımı B2:G6 aralığına yerləşdirmək istədiyimi fərz edirəm.

Justify - 3

Bu aralıq seçildikdən sonra isə, Home >> Editing >> Fill >> Justify seçilərək əməliyyat tamamlanır.

Justify - 4

Artıq, seçmiş olduğum paraqraf tək bir xanada yox, müəyyənləşdirmiş olduğum ölçülərə transform edilmiş oldu.

Justify - 5

Daha öncə seçmiş olduğumuz B2:G6 aralığı xanalara istinad olmaqdan ziyadə, mətni hansı ölçülərdə bölmək istədiyimizi nümayiş etdirmək üçün mətnin fiziki çərçivəsini müəyyən etmək üçündür. Yəni, Justify edildikdən sonra mətn yenə də əvvəlki kimi B sütununda müvafiq sətirlərdə yer alacaqdır.

Justify etdiyimiz mətnin ölçülərini bəyənməsək, onu istənilən qədər dəyişdirmə imkanına sahibik. Yeni ölçüləri seçib hər dəfə yuxarıdakı addımları izləyərək, mətnin ölçülərini tam razı qalana qədər istəyimizə uyğun dəyişə bilərik.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirin

posted in: Xəbər | 0

Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirinKapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində 100 000 manatadək mikrokrediti 3 ilədək müddətə illik 15%-dən başlayan şərtlərlə əldə etmək mümkündür.

Təklifdən yararlanmaq üçün vaxt itirmədən Birbank Biznes saytı üzərindən onlayn kredit müraciəti edə bilərsiniz. Kampaniya 8 sentyabr 2023-cü il tarixinədək edilən kredit müraciətlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumat və onlayn sifariş üçün: https://bir.bank/bbmbpr.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması;
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr;
  • Nağdsız ödənişlər;
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Cari və kart hesabından QR-nağdlaşdırma;
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması;
  • Biznes krediti və bank qarantiyası;
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri;
  • Özəl tarif paketləri, gömrük kredit kartı və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçünhttps://birbank.businesssaytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


Mülki-hüquqi müqavilə ilə çalışanların vergi və sosial öhdəlikləri necə hesablanır?

posted in: Xəbər | 0

Mənfəətin bölgüsü üsulu, ödəmə mənbəyində vergiyə cəlb,Təşkilat mülki-hüquqi müqavilə əsasında fiziki şəxsləri əməkdaşlığa cəlb edir. Bu zaman, həmin şəxslərə göstərdikləri xidmətlərə görə təsdiq olunmuş tarif üzrə xidmət haqqı ödəyir. Məsələn, “A” işçiyə Bakı şəhərində “X” işi yerinə yetirdiyinə görə tarif üzrə 100 manat xidmət haqqı hesablanır. Bu xidmət haqqından 41% vergilər çıxıldıqdan sonra “A” işçiyə 59 manat ödəniş edilir. Növbəti həftə təşkilat “A” işçiyə Ağsu şəhərində “X” işi yerinə yetirmək tapşırığı verir. Bu zaman, tarif üzrə 100 manat və Ağsu şəhərində bu işi icra etdiyi üçün 65 manat ezamiyyə haqqı ödəyir. Təşkilat mülki-hüquqi müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi fiziki şəxsə ezamiyyə haqqı ödəyə bilərmi? Əgər ödəyə bilərsə, bu zaman həmin haqdan da 41% vergilər tutulmalıdırmı, yoxsa məhz bu xərci kompensasiya olunan xərc kimi nəzərə almaq olar?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilə ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab olunur.

Eyni zamanda hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməlidir. 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az


1 395 396 397 398 399 400 401 2. 400