6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir

posted in: Xəbər | 0

icarə müqaviləsi, sınaq müddəti , əmək fəaliyyətinə cəlb, müddətli əmək müqaviləsi, işçilərin təminatı, Övladi olan işçinin təminatları, Əmək müqaviləsiAltı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşir. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Layihəyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Mənbə: apa.az


İdxalçı şirkətlərdə avans probleminə hüquqi baxış

posted in: Xəbər | 0

Sahibkarlıq hüququnun mənbəyi

Azad sahibkarlıq hüququ Azərbaycan Konstitusiyası ilə təsbit edilib (II bölmə, 59-cu maddə). Bu o deməkdir ki, hər kəsin öz imkan, qabiliyyət və əmlakından sərbəst istifadə etməklə:

  • azad sahibkarlıqla, yaxud;
  • digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ var.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin əsasları “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunu ilə tənzimlənir.  Qanuna görə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə əmlakı istifadəsi, mal satışı, işlərin görülməsi yaxud xidmət göstərilməsi sahibkarlıq fəaliyyəti sayılır.

Xarici valyuta köçürmələrinin tənzimlənməsi

Xarici ticarət fəaliyyəti sahibkarlıq fəaliyyətinin bir istiqamətidir. Təbii ki, beynəlxalq ticarətdə tərəfdaşlar, o cümlədən idxalçı şirkətlər müxtəlif xarici valyutalardan istifadə edir. Bu isə daxili iqtisadi məkanda maliyyə sabitliyinə risklər yarada bilər, belə ki, xarici valyuta köçürmələrindən sui-istifadə həmişə ehtimal ediləndir.

Beynəlxalq ticarət zamanı xarici valyuta köçürmələrinin tənzimlənməsini Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank bu sahədə ona verilmiş səlahiyyətlər çərçivəsində xarici valyuta əməliyyatlarına nəzarəti həyata keçirir. Qanun tələblərini pozan hüquqi və fiziki şəxslər haqqında məsuliyyət tədbirlərinin görülməsi, bu nəzarətin effektivliyini təmin edən amillərdəndir.

Avans valyuta köçürmələri üzrə məsuliyyət

Şirkətlərin xarici iqtisadi fəaliyyəti zamanı avans köçürmələri həyata keçirilməsi mümkündür, belə köçürmələrin mövcudluğu təbiidir. Amma bu zaman köçürülmüş valyutanın hərəkət zəncirini də izləmək vacibdir. Əks təqdirdə məsuliyyət tədbirlərinə məruz qalmaq olar. Bu cür məsuliyyət AR İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulub. Məcəllənin 430.4-cü maddəsinə görə hüquqi və fiziki şəxslər beynəlxalq tərəfdaşlarına avans qismində pul köçürdükdə, həmin avansın taleyi ilə mütləq maraqlanmalıdırlar. Belə ki, pul köçürüldükdən sonra, 2 il ərzində:

  • həmin malların (xidmətlərin) idxalını təmin etməli, yaxud;
  • pul vəsaiti geri, ödəyənin bank hesablarına qaytarmalıdır.

Əks halda, vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə avans köçürülmüş məbləğin 20%-i həcmində cərimə tətbiq ediləcək.

Xaricə köçürülmüş avansla bağlı əməliyyat nə vaxt bitmiş sayılır?

Bu sahədə mövcud təcrübədən çıxış edərək deyə bilərik ki, bank vasitəsi ilə xaricə pul köçürmə əməliyyatı, banka aşağıdakı sənədlərdən birinin təqdim edilməsi ilə başa çatmış hesab olunur:

  • həmin malın idxalından sonra gömrük bəyannaməsi, yaxud;
  • idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd.

Tələb olunan sənəd banka idxal əməliyyatı üzrə xaricə avans məbləğini köçürmüş idxalçı şirkətlər tərəfindən təqdim edilir.

Lakin bəzən şirkətlər həmin bəyannamələri (təsdiq edici sənədi) banka təqdim etmirlər. Bu zaman qanunla müəyyən edilmiş müddətin bitməsi səbəbindən protokol tərtib edilərək məhkəməyə göndərilir. Belə hal yarandıqda işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut sayılır.

İdxal əməliyyatında vəkil xidməti

Onu da qeyd edək ki, bəzən şirkətlərdən asılı olmayan səbəblərdən də belə əməliyyatlar zamanı avans ödənişlərlə bağlı problem yaranır. Təcrübədə bankların Mərkəzi Banka təqdim etdiyi sənədlərdə müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir. Belə hallarda, problemin həlli üçün, idxalçı şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətinə müraciət etməsinə zərurət yaradır.

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili idxalçı şirkətləri əlavə cərimələr formasında maliyyə itkisindən qoruya bilər. Hüquq işinin düzgün təşkili sübutlarda olan qüsurların aşkar edilməsi, vaxtında gömrük bəyannamələrinin təqdim edilməsi, situasiyadan asılı olaraq digər tədbirləri nəzərdə tutur.

Müəllif: Peşəkar hüquqşünas / Pərviz Məmmədov


Vahid bəyannaməni Dövlət Vergi Xidməti tərtib edəcək

posted in: Xəbər | 0

Elektron xidmət, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, sahibkarlıq fəaliyyəti, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuGələcəkdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin müxtəlif qurumların məlumat bazaları əsasında doldurulmasını və vergi ödəyicisinə təqdim edilməsini planlaşdırır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N. Vahabzadənin sözlərinə görə, bütün bunlar atılacaq innovativ addımlar çərçivəsində mümkün olacaq: “Ölkə üzrə bir çox dövlət qurumlarının, həmçinin Dövlət Vergi Xidmətinin məlumat bazaları çox genişdir. Biz məhz bu bazalar əsasında vahid bəyannaməni özümüz doldurmağı planlaşdırırıq. Bu zaman vergi ödəyicisi mühasibdən istifadə etməmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək”.

O qeyd edib ki, bu, həm də vergi ödəyicisinin maliyyə xərclərini azaldacaq: “Həmçinin, bizdə olan məlumatlar daha dəqiqdir. Vergi ödəyicisi məlumatları mütəmadi olaraq görəcək və orada hər hansı dəyişiklik varsa onu dəyişməyə məcburdur. Xidmət daha tez məlumat əldə edəcək və nəticədə vergi ödəyicisi də çətinliyə düşməyəcək, xidmət mərkəzlərinə kütləvi müraciətlər azalacaq”.

Mənbə: report.az


Gantt chart – Excel’də layihələrin idarəedilməsində əvəzolunmaz vasitə

posted in: Excel, Xəbər | 0

Gantt chart – dan əsasən layihələrin idarəedilməsi zamanı istifadə olunur. Hər bir layihə, bildiyimiz kimi, bir çox addımdan ibarət olur və bu addımları lazımi şəkildə planlaşdırmaq gərəkir. Hər bir addımın başlanğıc və bitiş tarixi, o addımdan məsul olacaq şəxs və s. kimi nyuanslar müəyyən edilir və bir qrafik halında Layihə Rəhbəri üçün əvəzedilməz vasitəyə dönüşdürülür. Ən kobud halıyla aşağıdakı kimi bir formatda olur.

 

Layihə çərçivəsində atılacaq addımların adı, onların ümumi layihədəki vaciblik baxımından çəkisi, hər bir addımdan məsul olacaq şəxs, və hər bir addımın başlanğıc və bitiş tarixləri müəyyənləşdirilir. Bütün bunları etmək çox vacibdir, lakin yenə də, prezentasiya baxımından yetərli deyil. Belə ki, hər bir uğurlu prezentasiyada olduğu kimi, Gantt chart da vizual olaraq təqdim edilməlidir, adi cədvəl formasında yox. Və məhz bunun üçün, yuxarıdakı cədvəli vizuallaşdırmalıyıq.

Davam etmədən öncə Gantt chart olan faylı əlavədən yükləyin.
Yükləyin:  Simple Gantt chart (326 downloads )

Tək etməli olduğumuz – lazımi xanaları doldurmaqdır. Digər bütün vizuallıq avtomatik qaydada yenilənəcək. Edilən hər bir dəyişiklik anında chart-da əks olunacaq.

Lakin çox vacib bəzi nyuanslara toxunmaq istəyirəm. Layihə ilə bağlı ümumi məlumatlar daxil edildikdən sonra aşağıdakı addımlar izlənməlidir.

  1. Layihəyə aid hər bir addım Steps sütununda müəyyən edilməlidir. Məsələn, layihənin planlaşdırılması, icrası, nəzarət müddəti, analizi və s. hər bir öz özlüyündə bir addımdır.
  2. Daha sonra, Weight % başlıqlı sütunda hər bir addımın ümumi layihə daxilindəki çəkisi mütləq müəyyən edilməlidir. Yəni hər bir addımın vaciblik dərəcəsi. Bu, gələcəkdə layihənin ümumi tamamlanma dərəcəsini ölçməyə kömək edəcək. Addımların hər birinin çəkisinin ümumilikdə 100% etməli olduğunu deməyə ehtiyac görmürəm. Əgər çəkilərin cəmi 100%-i keçərsə, cədvəlin aşağı hissəsində xəta mesajı çıxacaq.Untitled
  3. Addımların hər birinin başlanğıc (Start date) və bitiş (End date) tarixləri müəyyən edilməlidir.
  4. Layihə davam etdikcə, mühakimənizdən asılı olaraq hər bir addımın tamamlanma dərəcəsini Progress % sütunu altında yazmaq gərəkəcək. Aşağıdakı kimi. Bu da, layihənin ümumi tamamlanma dərəcəsini hesablamaqda köməkçi olacaqdır.

Excel faylından da gördüyümüz kimi, tarixləri girdiyimiz anda sağda vizual olaraq o tarixlər əmələ gəlir. Boz fon addımın ümumi uzunluğu, göy fon isə gün etibarilə tamamlanmış hissəsidir. Yəni günlər keçdikcə, boz fon daimi qaydada yenilənərək göy fona çevriləcəkdir.

Boydan boya uzanan qırmızı xətt isə, faylı açdığınız günün tarixi olan sütunda olacaqdır. Yəni vizual olaraq gün etibarilə layihənin hansı mərhələsində olduğunu görəcəksiniz.

Diqqət etməli olduğumuz son nyuans isə, Progress % sütunundakı addımın tamamlanma dərəcəsini müəyyən etməkdir. Yəni, layihə rəhbəri olaraq, o və ya bu addımın neçə faizinin tamamlandığını düşünürsünüz? Təxmini faiz dərəcəsi. Amma mütləq daxil edilməlidir. 100% tamamlanmış işlər yaşıl, 30%-100% arası tamamlanmış işlər sarı, 30%-dən aşağı görülən işlər isə qırmızı dairə ilə diqqətimizə çatdırılır. Beləliklə, nəyin hansı mərhələdə olduğunu, hansı addımın yubandığını və s. vizual olaraq müşahidə edə biləcəyik.

Layihənin ümumi tamamlanma dərəcəsini isə aşağıdakı screenshot-da görüldüyü kimi track edə biləcəyik.

 

Hesablanması isə Weight % və Progress % sütunlarındakı faiz dərəcələrinin bir birinə vurulub cəmlənməsi ilə həyata keçirilən sadə SUMPRODUCT əməliyyatıdır. Məhz bu səbəblə, o iki sütuna ciddi şəkildə önəm vermək lazımdır.

Layihə rəhbərləri əlavə dəyişiklik etmə ehtiyacı hiss etmədən fayldan yararlana bilər.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 392 393 394 395 396 397 398 2. 400