İdxalı ƏDV-dən azad olunan əsas vəsaitlərin Siyahısı təsdiqlənib

posted in: Xəbər | 0

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

ƏDV-dən azad olunan əsas vəsaitlər“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.
  3. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Siyahıya nəzər yetirmək üçün faylı yükləyin 

Mənbə: nk.gov.az


Azərbaycanda yol vergisinin hesablanmasında dəyişiklik edildi

posted in: Xəbər | 0

yol vergisinin hesablanmasıAzərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

  • avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;
  • oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;
  • avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;
  • avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;
  • Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Mənbə: report.az


 

 

Təqdim edilən mallara görə vergi azadolmasının tətbiqi

posted in: Xəbər | 0

məzuniyyət, Komissiya müqaviləsi üzrə öhdəliklər, ödəmə mənbəyində vergi, vergitutmaMən Cəbrayıl rayonunda fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğulam. Sabirabad rayonunda fəaliyyət göstərən vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməklə satdığım tikinti mallarına görə vergi azadolması tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Buna əsasən, tərəfinizdən işğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərən vergi ödəyicisinə təqdim edilən mallara görə vergi azadolması tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 227.4.2-ci maddəsi.

Mənbə: vergiler.az


 

Kənd təsərrüfatı istehsalına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

posted in: Xəbər | 0

subsidiya məbləği, investisiya şirkətləriGədəbəy rayonunda kartof məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsi.

Mənbə: vergiler.az


1 393 394 395 396 397 398 399 2. 400