Pul haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə | 0

Pul müxtəlif insanlarda fərqli emosiyalar doğurur. Kimdəsə sevinc, kimdəsə qürur və rahatlıq, kimdəsə paxıllıq, bəzilərində  isə xəyal qırıqlığı.

Müxtəlif dövrlərdə pul vahidi kimi fərqli əşyalardan istifadə olunub ki, onlar bu ya digər tarixi dövrlərdə insanlar üçün dəyər kəsb edib.

Fishki.net nəşri pullarla bağlı qeyri-adi və inanılmaz məlumatlar toplayıb. Həmin yazını sizin diqqətinizə çatdırırıq.

  1. “Kopeyka” (qəpik) öz mənbəyini çar İvan Qroznının dövründən götürüb. Öz təsviri əks olunan qəpiklər məhz, Qroznının əmri ilə zərbxanada döyülüb.
  2. Qədimdə pul kimi müxtəlif dövrlərdə fərqli əşyalardan istifadə olunub: çay, kakao, qurudulmuş balıq, gübrə və daşlar
  3. Plastikdən hazırlanan pullardan bu gün Avstraliya və Cənub yarımkürəsində yaşayan insanlar istifadə edir.
  4. Çəkicə ən ağır qızıl pul Çində buraxılıb. Onun çəkisi 5 kq olub.
  5. Ən ağır gümüş pul isə 1999-cu ildə Rusiyada buraxılıb. Onun da çəkisi 3 kq təşkil edib.
  6. Kanadada bir tərəfində dinozavrlar əks olunmuş 25000 ədəd unikal metal pul buraxılıb. Maraqlıdır ki, qaranlıqda bu pulların üzərində dinozavrların skeleti görünür. Təəssüflər olsun ki, həmin pullar dövriyyəyə buraxılmayıb.
  7. Yeni kağız əskinaslarda xarakterik büküş və əziklər 4 min dəfə bükülüb açıldıqdan sonra yaranır.
  8. İngiltərədə iri bank əməliyyatları aparmaqdan ötrü 1 milyon funt sterlinq dəyərində kağız əskinas mövcuddur.
  9. Dünyada ən geniş yayılmış pul vahidi frank hesab olunur. Ondan 34 ölkədə istifadə edilir.
  10. ABŞ-da 1 və 20 dollarlıq əskinaslar ən populyar pullar hesab olunur.
  11. İlk dəfə kağız pullar 812-ci ildə Çində buraxılıb.
  12. Pullar haqqında maraqlı faktlar bəşəriyyətin inkişaf tarixinə boylanmağa kömək edir. Dolları xarakterizə edən Ṩ nişanəsi 1788-ci ildə Oliver Pollok tərəfindən düşünülüb.
  13. ABŞ qanunları həyatda olan insanların şəklinin pul üzərində əks olunmasını qadağan edir.
  14. Makedoniyalı İskəndər metal pullar üzərində öz təsvirini verməyi əmr edən ilk hökmdar olub.
  15. Ən ağır metal pul XVIII əsdə İsveçdə buraxılıb. Çəkisi 19 kq olub.
  16. Bir çox pul vahidlərinin adı ölçü vahidlərindən yaranıb. Keşmişdə sterlinqləri gümüş pullar adlandırıblar, 240 ədəd bu cür pul isə bir funt çəkiyə malik olub. Elə buradan da Böyük Britaniyada funt sterlinq sözü ortaya çıxıb. Lirə isə funtun ekvivalenti olub. Marka da (çəkidə funtdan bir qədər yüngül) gümüşün çəkisində istifadə edilən ölçü vahidi olub.
  17. Kanadada ilk əskinaslar kimi oyun kartlarından istifadə olunub.
  18. İlk bankomat 1939-cu ildə yaradılıb.
  19. Qədim yunan dekadrahması dünyada ən bahalı metal pul hesab olunur. Sürixdə keçirilən auksionda həmin bu metal pul 314 min dollara satılıb.
  20. XX əsrin ortalarına qədər Afrikanın bəzi ölkələrində insanlar pul vahidi qismində mal-qaradan istifadə ediblər.
  21. XX əsrin ortalarında Belçikada reklam mətni olan pullar dövriyyəyə buraxılıb.
  22. XVI əsrdə Venetsiyada “qəzet” adlandırılan maraqlı bir pul vahidi dövriyyəyə buraxılıbmış.
  23. Suiti dərisindən hazırlanmış pullar 1826-cı ilə qədər dövriyyədə olub. Bu gün həmin əntiq pulun biri özü ağırlığında qızıla bərabər tutulur.
  24. Dünyanın hər yerində uşaqlar metal pulları toplamağı xoşlayırlar. Bir qayda olaraq balacalar topladıqları pula şirniyyat və s. almağa üstünlük verirlər. Yaponiyada isə uşaqlar tərəfindən toplanılmış metal pullardan əridilərək sülh zəngləri hazırlanıb. Onlardan biri Nyu-Yorkda qoyulub.
  25. Belə bir məlumat var ki, Dominikan respublikasında metal pullardan bu gün də çəki vahidi kimi istifadə olunur. Rahatlıq olsun deyə 10 sentlik pulun üzərində “10 qram” sözü həkk edilib.

ABŞ-da vergilər artır?

posted in: Vergi, Xəbər | 0

Takie.org saytında Amerikada vergilərlə bağlı maraqlı yazı dərc edilib.  Həmin məqaləni saytımızın oxucuları üçün təqdim edirik.

Əmək statistikası bürosunun (ƏSB) açıqladığı məlumata görə, ötən il amerikalılar vergilərə, ərzaq və geyimə xərclədiklərindən daha çox pul ödəyiblər.  “İstehlak xərcləri” adlandırılan sənəddə deyilir ki, federal vergilər, yerli vergilər və ştat vergiləri  2016-cı ildə 10 489 dollar təşkil edib. Müqayisə üçün deyək ki, ABŞ sakinləri qida və geyim üçün orta hesabla 9 006 dollar xərcləyirlər ki, bu xərclərin də böyük hissəsi ərzağa gedir.

İlk dəfə bu fakt barədə CNSNews.com nəşrinin jurnalistləri yazıblar. 2013-cü illə müqayisədə vergilər 43 faiz artıb. ƏSB-nin verdiyi məlumata görə, həmin dövr ərzində federal vergilər 5743 dollardan 8367 dollara yüksəlib. Gəlirdən tutulan yerli və ştat vergiləri isə 1629 dollardan 2046 dollara qədər qalxıb.

Statistika məlumatları dərc edildikdən sonra prezident Donald Tramp vergi islahatlarını həyata keçirmək üçün Konqressə təzyiqlər etmək istəyir. Missuri ştatında etdiyi çıxışında Tramp Konqresi vergi sistemini sadələşdirməyə və faiz dərəcələrini aşağı salmağa çağırıb. Prezident hesab edir ki, vergi sisteminin mürəkkəbliyi ədalətsizliyə gətirib çıxarır. Bundan isə sadə amerikalılar əziyyət çəkir,  hansı ki,  şəxsi mühasiblər komandasının xidmətlərini ödəyə bilmirlər,  bu qarışıqlıqdan yalnız varlı və iri sahibkarlar faydalanırlar. Bundan əlavə,  ƏSB-nin məlumatına görə,  amerikalıların 2016-cı ildə ən böyük xərci mənzillə bağlı olub, il ərzində mənzilin icarəsi və digər xərclərə orta hesabla 18 886 dollar pul xərclənib.

14 nəfər ailə üzvünü öldürən qatil mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mumbay yaxınlığında yerləşən Hindistanın Teyn şəhərindən olan mühasib öz ailəsinin 14 üzvünü, o cümlədən yeddi uşağı qətlə yetirib. Guardian nəşrinin yerli polisə istinadən məlumatına görə, 35 yaşlı Hasnin Ənvər Varekar cinayəti törətdikdən sonra özü də intihar edib.

Qətldən əvvəl qohumlar, özlərinə məxsus evlərdən birində ailə məclisinə toplaşıblarmış. Polis güman edir ki, Varekar yeməyə yuxugətirici dərman qatıbmış və qohumları yatdıqdan sonra evin qapılarını bağlayıb və bıçaqla onların üzərinə hücum çəkib. Qatil əvvəlcə həyat yoldaşını və 2 qızını, daha sonra valideynlərini və bacılarını  qətl etdikdən sonra özünü asaraq intihar edib.

Yalnız qatilin 21 yaşlı bacısı sağ qalıb.  Onun boğazı kəsilsə də, sağ qalmağı bacarıb. Sky News xəbər verib ki, öldürülənlərin hamısının boğazları kəsilib.

Polis orqanları mühasibi belə dəhşətli cinayətə təhrik edən motivləri araşdırır. Press Trust of İndia nəşri fərz edir ki, qatil bu dəhşətli cinayətə mülkiyyət mübahisəsi üzündən gedə bilərdi.

Hadisə 28 fevral 2016-cı ildə baş verib.

Vergi orqanlarının büdcə öhdəlikləri artırılır

posted in: Vergi, Xəbər | 0

Gələn ilin Azərbaycan dövlət büdcəsində daxilolmaların 39,3%-i və yaxud 7,907 mlrd. manatı Vergilər Nazirliyinin payına düşəcək.
“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 262 mln. manat və yaxud 3,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin büdcə yükü isə 8% və yaxud 180 mln. manat artırılaraq 2,43 mlrd. manata çatdırılıb. Bu, gələn il gözlənilən ÜDM-in 3,5%-i qədər, büdcə gəlirlərinin isə 12,1%-i qədərdir.
Əvvəlcədən qeyd olunduğu kimi, 2018-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 9,216 mlrd. manat transfert ediləcəyi, 574 mln. manat isə digər mənbələrdən (o cümlədən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat) gözlənilir.
Xatırladaq ki, 2018-ci ilin büdcə gəlirləri 20,127 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da gözlənilən ÜDM-in 28,9%-i olmaqla 2017-ci ilin proqnozundan 20% və yaxud 3,361 mlrd. manat çoxdur.

Mənbə: report.az