60 dəqiqə ərzində mühasibatı öyrən

posted in: muhasibat, Məqalə | 0

Sadəcə 60 dəqiqəyə ödənişsiz olaraq, online şəkildə və ingilis dilində mühasibatı öyrənmək istərdinizmi? Udemy saytı bu şansı sizin üçün yaradır. 10 il ərzində minlərlə tələbəyə ən sadə, qısa və əyləncəli yolla mühasibatı öyrədən Vincent Turnerin rəhbərliyi ilə, ixtisasınızdan asılı olmayaraq siz mühasibatlığın əsaslarına yiyələnə bilərsiniz. Bunun üçün https://www.udemy.com/accounting-in-60-minutes-a-brief-introduction/ linkinə daxil olaraq videonu izləməyiniz kifayətdir.

Yiyələnəcəyiniz biliklər:

  • Mühasibat bərabərliyi;
  • Balans hesabatları;
  • Gəlir-xərc hesabatları;
  • Debit və kreditlər;
  • Nəyə görə mənfəət nağd pula bərabər deyil!

 

Bəs bu kursdan kimlər yararlana bilər?

  • Sadəcə olaraq mühasib olmaq istəyənlər;
  • Biznes sahibkarları;
  • Menecerlər;
  • Bisnes tələbələri;
  • Mühasibatlığı yeni öyrənməyə başlayan tələbələr.

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişikliklər edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724) aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.0.11-ci maddədən “təkmil sertifikata malik” sözləri çıxarılsın.
  2. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci və 2.0.16-cı maddələr əlavə edilsin:

“2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;

2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır.”.

  1. 4.3-cü maddəyə “yerli” sözündən sonra “və ya xarici” sözləri əlavə edilsin.
  2. 7.1.2-ci maddə ləğv edilsin.
  3. 7.2-ci maddədə “Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər” sözləri “Əcnəbilər” sözü ilə əvəz edilsin.
  4. 7-1-ci maddənin birinci cümləsinə “qeydiyyatı” sözündən sonra “, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” sözləri əlavə edilsin.
  5. Aşağıdakı məzmunda 7-2-ci maddə əlavə edilsin:

Maddə 7-2. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron

dövlət qeydiyyatı

7-2.1. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.2. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.3. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.

7-2.4. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron ünvanına göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndərilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.

Klinikaya 1500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, Xəbər | 0

 

 

Bioloji Təbabət Klinikası baş mühasib vəzifəsinə vakansiya elan edir.

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
– Bank və kassa əməliyyatlarının aparılması
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Maaş: 1000-1500 manat (razılaşmaya əsasən müəyyən olunacaq)

 

Namizədə tələblər

– 1C, MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsil
– Müvafiq sahədə iş təcrübəsi

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər (uyğun olmayan CV–ə baxılmayacaq).

Yaş: 25 – 55 yaş
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Telefon: (012) 430-89-49
E-mail:  z.huseynova@btk.az
Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz

 

Mühasib – dahi ünsiyyətçidirmi?

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib – dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

1-ci hissə

Mühasib elə bir insandır ki, daim öz üzərində çalışır və bu heç kimdə şübhə doğurmur.  Mühasiblər üçün nəzərdə tutulan ixtisasartırma kurslarında ənənəvi olaraq ixtisas üzrə proqram təminatı, optimal uçotun təşkili, qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı seminarlar təşkil edilir. Lakin, mühasibin peşəkar uğurları onun yalnız texniki hazırlığı ilə məhdudlaşmır.

İşin effektivliyi üçün fərdi bacarıqları da inkişaf etdirmək lazımdır. Təəssüflər olsun ki, təqdim etdiyimiz proqramlar bəzən anlaşılmazlıqla qarşılanır: “Treninqlər mühasiblərin nəyinə lazımdır? Onlar ki, nə danışıqlar aparır, nə də satıcılıq edirlər. Kabinetdə kompüter arxasında olurlar, onları işlərindən ayırmağa gərək yoxdur!” Amma, təcrübə fərdi bacarıqlarla bağlı təşkil edilən treninqlərin ilk dəfədən onlara nə qədər effektiv təsir etdiyini təsdiq edir, bütün narahatlıqlara da son qoyur. Bunu treninqlərdə iştirak edən mühasiblərdən alınan rəylər də sübut edir.

Biz mühasibi necə görməyə vərdiş etmişik? Bu insan məsuliyyətli və mütəşəkkildir, riyazi qabiliyyətlər sahibidir, yaxşı yaddaşa, diqqətin yüksək konsentrasiyasına, inkişaf etmiş məntiqi təfəkkürə malikdir və dilini “qıfılda” saxlamağı bacarır. Və əgər mühasibə olan tələblər təxminən belə bir siyahı ilə məhdudlaşsaydı, böyük çətinliklər olmazdı.

Bu keyfiyyətlər koordinasiyalıdır, ziddiyyət təşkil etmir və rahat şəkildə bir insanda oturuşa bilər. Amma, mühasibin rəqəmləri səliqəli şəkildə, dəqiqliklə bir sənəddən digərinə köçürən bir şəxs olduğu haqqında təsəvvürlər çoxdan köhnəlib.

Ciddi rəhbərlər baş mühasibləri şirkətdə ikinci şəxs hesab edir və onları təkcə mükəmməl bir icraçı mütəxəssis kimi yox, həm də yaradıcı, təşəbbüskar, həmfikir olaraq görmək istəyirlər.

Mühasib sərbəst şəkildə qərarlar qəbul etmək, rəhbərlik etmək təcrübəsinə malik olmalı, uçotu qanunvericiliyin  (təkcə milli qanunvericilik nəzərdə tutulmur) tələblərinə və korporativ tələblərə uyğun aparmağı bacarmalıdır.

Eləcə də o, vergi orqanları və xarici auditor məsləhətçiləri ilə işləməli, şirkət rəhbərləri, əməkdaşları və məlumatları təmin edən xidmətlərlə qarşılıqlı əlaqə qurmalıdır.