Mühasibatlıq sahəsində görkəmli alimlər (Jan Dümarşe)

posted in: muhasibat, Məqalə | 0

 

Jan Batist Dümarşe (1874-1946) – hamı tərəfindən qəbul edilən və üzərində  üç əşyanın (günəş, tərəzi və Bernulli əyrisi) əks olunduğu və “Elm – vicdan – müstəqillik ” devizi yazılmış məşhur mühasiblər gerbini yaratmış  görkəmli fransız alimidir.

Dümarşenin düşüncəsinə görə uçot hüquqi deyil, sırf iqtisadi doktrinadır, siyasi iqtisadın əks tərəfidir. Uçotu iqtisadi doktrina kimi xarakterizə edən Dümarşe, onu təsərrüfatın bir orqanizm kimi başa düşülməsi ilə izah edir. O, uçotun təkamülünə embrionun inkişafı kimi yanaşırdı; müxtəlif uçot orqanlarının ardıcıl differensiasiyası və funksional fəaliyyəti kimi baxırdı; onun fikrincə mühasib hesabları qurmur, o bunu bir zooloqun bu və ya digər canlını tapması və onu təsvir etməsi kimi görürdü. Bütün bu “canlı orqanizmlər” (hesablar), ibtidai hesablamadan başlamış Kapitalın hesablanmasına qədər hər şey Dümarşe tərəfindən elementar “hüceyrələr” kimi qəbul edilirdi. Bu konsepsiyaya əsasən debet və kreditin əhəmiyyətinə apriori (təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq) yanaşmaq lazımdır, çünki onlar həmişə hesabatın konkret xüsusiyyətlərindən bəhrələnərək ortaya çıxır.

Dümarşenin əsas əsərləri bunlardır: “Mühasibat uçotunun pozitiv nəzəriyyəsi” Paris 1914-cü il. Eləcə də “Hesablama ornalogiyası”, “İnteqral hesablama formaları”, “Hesabın valentliyi”, “Hesablamanın məntiqi həcmi”.

 

Ticarət Mərkəzi 1000 manat məvaciblə baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Ticarət Mərkəzinə Baş mühasib tələb olunur.

Tələblər: 

– cinsi bəy və ya xanım fərq etməz;
– yaş həddi 30-55 yaş arasında olmalı;
– ali təhsil (riyazi və iqtisadi sahədə ali təhsilli olması önəmlidir);
– mühasib kimi 3-5 il təcrübəyə malik olmalı.

 

Vəzifələr:

– 1C və ofis proqramlarını bilməli;
– məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
– mühasib kimi 3-5 il bu sahədə təcrübənin olması vacibdir;
– kollektivə uyğunlaşmalı və şirkətin iş rejimlərinə ciddi riayət etməli;
– mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli
– vergi və əmək məcəlləsini bilməli;
– vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– bank əməliyyatlarının həyata keçirilməsi;
– debitor və kreditor hesablaşmalar;
– Əmək haqqı hesablanması.

İş şəraiti:

– AR Əmək məcəlləsinə əsasən sənədləşmə;
– iş yeri istehsalat və oteldədir;
– iş rejimi 10.00-19.00-a kimidir;
– aylıq məvacib razılaşma yolu ilə;
– istirahət günləri şənbə və bazar günləridir;
– aylıq məvacib 800-1000 azn. təşkil edir.

Telefon:

(012) 511 73 27;
(050) 963 73 27;
(055) 940 33 66.

email: seda.ali2015@mail.ru

mənbə: vakansiya.az

– hörmətli iş axtaran yoldaş bu vakansiyanı “SƏDA” şirkətlər qrupunun kadrlarla məşğulluq (işə düzəltmə) agentliyi təqdim edir.
– xidmətimiz rəsmi və ödənişlidir. – sizdən xahiş edirik vakansiyanın tələblərinə uyğun gəldiyiniz zaman bizimlə əlaqə saxlayasınız;
– sorgu zamanı vakansiyaya uyğun gələn namizədlər ofisə dəvət olunacaqlar;

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-dək uzadılır

posted in: Vergi, Xəbər | 0

Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.

Z.Səmədzadə bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: “Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.

Millət vəkili isə Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi: “Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada o cümlədən qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır”.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Mənbə: 1news.az

Vergilər Nazirliyi bəzi normativ sənədlərə dəyişiklik etdi

posted in: Vergi, Xəbər | 0

Bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi, qüvvədən düşməsi və yeni müddəaların əlavə edilməsi ilə əlaqədar vergilər nazirinin müvafiq əmrilə bir neçə normativ sənəddə dəyişikliklər edilib.

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Sadələşdirilmiş verginin bəyannaməsi”nə 2 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.

Vergilər nazirinin 13 yanvar 2017-ci il tarixli əmrilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası” ləğv edilib.

Mənbə: taxes.gov.az