» » » Vergilər Nazirliyi bəzi normativ sənədlərə dəyişiklik etdi

Vergilər Nazirliyi bəzi normativ sənədlərə dəyişiklik etdi

posted in: Vergi, Xəbər | 0

Bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi, qüvvədən düşməsi və yeni müddəaların əlavə edilməsi ilə əlaqədar vergilər nazirinin müvafiq əmrilə bir neçə normativ sənəddə dəyişikliklər edilib.

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Sadələşdirilmiş verginin bəyannaməsi”nə 2 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.

Vergilər nazirinin 13 yanvar 2017-ci il tarixli əmrilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası” ləğv edilib.

Mənbə: taxes.gov.az