1500 manat əmək haqqı ilə Baş Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Tələblər:

Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi
İş stajı: Minimum 4-5 il, Mühasib və Baş mühasib kimi
Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
Yaş: 30-48
– Əmək məcəlləsi, vergi məcəlləsi;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı;
– Beynəlxalq mühasibat bilgiləri;
– Mühasibatla bağlı yerli qanunvericiliyi bilməli;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri);
– 1C 8.3.,8.2., BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti;
– Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

Vəzifələr:

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əməkhaqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək.

İş şəraiti:

6 günlük iş həftəsi (8:00-17:30)
Təminatlar: ‐ Nahar, Yanacaq limiti, rabitə limiti, şirkət tərəfindən qarşılanır.

İş ünvanı: Sabunçu rayonu, Bakıxanov qəs., Bəşir Bünyadov 11

Əlaqələndirici şəxs: Ziynət Rəhimova, HR menecer
Telefon: (012) 425-64-17 (daxili 113),
               055-409-98-18
Mənbə: rabota.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz.

Ödənişsiz online ACCA F1 mühasibat kursu

Ödənişsiz və online şəkildə, ümumilikdə 6 saat davam edən videolarla ACCA F1 mühasibat kursu keçmək imkanı. Bu imkanı sizin üçün Udemy saytı yaradır. Bu kurs, 5 ildir ki ACCA modulu təlimi keçən Rowan Malherbe tərəfindən tədris olunur. Rowan öz mühasibat və audit təlimini Cənubi Afrikada tamamlayıb. Bu sahə üzrə 13 illik təcrübəyə malikdir. Kursa başlamaq üçün https://www.udemy.com/acca-f1-accountant-in-business/ linkinə daxil olmağınız kifayətdir. Kurs videolar üzrə mərhələli şəkildə aşağıdakıları əhatə edir:

  • Biznes təşkilatları və onların xüsusiyyətləri;
  • Biznes mühiti;
  • Makro-iqtisadi mühit;
  • Mikro-iqtisadi faktorlar;
  • Biznes təşkilatları, struktur və strategiya;
  • Təşkilati mədəniyyət və komitələr;
  • Korporativ idarəetmə və sosial məsuliyyət;
  • Mühasibatın rolu;
  • Nəzarət, təhlükəsizlik və audit;
  • Fırıldaqçılığı müəyyənləşdirmək və qarşısını almaq;
  • İnsanlara liderlik və idarəçilik etmək;
  • İşəgötürmə və seçmə;
  • Müxtəliflik və bərabər imkanlar;
  • Fərdlər, qruplar və komandalar;
  • Fərdlərin və qrupların motivasiyası;
  • Təlim və inkişaf;
  • Performansın qiymətləndirilməsi;
  • Şəxsi effektivlik və kommunikasiya;
  • Etik mülahizələr.

800 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
RSIR Group – Baş mühasib

Təsvir:

Cinsi Xanim
– Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
– Yaş: 30-40
– Əmək məcəlləsi, vergi məcəlləsi;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri);
– 1C 8.3.,8.2., BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti;
– Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

Tələblər:

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi;
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi;
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

Əmək haqqı: 600 – 800 azn  
Email: rs-comp@inbox.ru
Mənbə: vakansiya.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz.

Ən qeyri-adi vergilər (1-ci hissə)

posted in: Məqalə, Vergi | 0

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətinizə çatdırırıq.

Zənginliyə görə vergi.

“Zənginliyə görə” vergi Fransada tətbiq edilib. Fransa Konstitusiya şurası 1 milyon avrodan çox gəlirlərə malik insanlara “zənginliyə görə” 75 faizlik vergi tətbiq edib. Bu verginin tətbiqindən sonra bir çox fransız varlıları öz vətəndaşlıqlarını təcili dəyişdirməli oldular. Məsələn, məşhur fransız aktyoru Jerar Depardye “rus olmağın” ona ucuz başa gəldiyini bildikdən sonra Rusiya Federasiyası vətəndaşlığını qəbul etdi.

Ən dəhşətli vergi.

Tarixdə ən dəhşətli vergini Pakistanda,  Peşəvəri işğal etmiş Rancit Sinqx (1780-1839) tərəfindən 21 il ərzində tətbiq edilib. Bu qaniçən fateh vergi olaraq hər il Peşəvərdən başları kəsilməklə edam olunan yüz insanın kəlləsini istəyib.

Ən iyrənc vergi.

Tayantisuyu adlanan və qədimdə Amerika ərazisində yerləşən inklər ölkəsində XVI əsrin əvvəllərində kasıblığa görə vergi tətbiq edilib. Vergi yığanlar zəif və xüsusilə də kasıb insanlardan xərac kimi bir neçə bit və digər parazitləri toplayırdılar.

Zahiri görkəmə görə vergi.

Qədim Romada  ümumi vergilər və mənzildən istitifadəyə görə ödəmələrdən əlavə yəhudilər yaşayan əyalətin sakinləri həm də mənzilə sahib olma haqqına görə də pul ödəyirdilər. Eyni zamanda böyük şəhərlərə giriş və ya çıxışda zahirən yəhudiyə bənzəyən insanlardan bir neçə sestersi (o dövrün pul vahidi) pul alınırdı.

Havaya görə vergi.

Bizansda insanlardan hava ilə nəfəs aldıqlarına görə də vergi tətbiq edilibmiş. Hesab olunurdu ki, hava hamıya, eyni zamanda ayrı-ayrılıqda hər bir kəsə aiddir. Və əgər kiçik evlər oksigen qıtlığı təhlükəsi yaratmırsa da, böyük xoromların (taxtadan tikilən böyük binalar) tikintisi inşası, insanların bu gözəl nemətdən bəhrələnməsinə mane olur. Belə ki, böyük və geniş həcmli evlər oksigenin çox hissəsini özünə çəkir. Bu minvalla həmin evlərin sahibləri havanı mənimsəyir, digər insanların ondan istifadəetmə haqqını əlindən alır. Bu verginin miqdarı həmin binaların ölçülərinə proporsional hesablanırdı. Bina nə qədər böyük idisə verginin məbləği bir o qədər çox olurdu.