Vergi Məcəlləsində dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub

posted in: Vergi, Xəbər | 0

Oktyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrində texniki dəyişikliklər edilir.

Deputatlar, həmçinin, Vergi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxıblar. Qeyd edilib ki, bu qanun layihələrinə də təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

Müzakirə edilən məsələlər barədə deputatların fikir və təklifləri səsləndirildikdən sonra qeyd olunan layihələr Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Uncategorized, Vergi, Xəbər | 0

2017-ci ilin oktyabr ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq alqı-satqı müqaviləsini təsdiqləyən notarius tərəfindən vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2017-ci ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 4-cü rüb üzrə bəyannaməni yanvar ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-ci ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (4-cü rüb üzrə bəyannamə yanvar ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

  • 2017-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

 

  • 2017-ci ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnternet vasitəsilə alınan malların ƏDV-yə cəlb olunması

posted in: Məqalə, Vergi, Xəbər | 0

Xarici internet saytlarından alınan mallara görə ödənilən vəsaitdən bank tərəfindən ƏDV hesablanırmı?

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində həmin Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və ya aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Qeyd olunan müddəalara əsasən: Vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən xarici saytlardan elektron ticarət qaydasında malların alınmasına görə aparılan ödənişlərdən banklar tərəfindən alıcının hesabından ƏDV tutulmur.

Mənbə: vergiler.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

 

1200 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Caspian İnvestment Company (Caspian Plaza) 1200 manat əmək haqqı ilə mühasib axtarır.

İş barədə məlumat:

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
– İşçilərlə hesablaşmaların təmin edilməsi;
– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi.

Namizədə tələblər:

– Ali təhsil (müvafiq sahədə);
– 1C 8.3. və ya 8.2. platformasında təcrübə mütləqdir;
– Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi.

Əmək haqqı: 1000-1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@agagroup.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.