Top 20 Excel formulası

posted in: Excel, Məqalə, Xəbər | 0

Udemy saytı yeni başlayanlar üçün rus dilində, ödənişsiz, online şəkildə excel dərsləri hazırlayıb – Hər kəs üçün yararlı olacaq, faydalı Excel formulları ilə zəngin və ümumilikdə sadəcə 34 dəqiqədən ibarət 11 dərs. Videoların hər biri 5 dəqiqədən qısa, amma olduqca əhatəlidir. Dərslər serifikat sahibi Microsoft təlimçisi Dmitri Yakuşev tərəfindən tədris olunur. Videoları izləmək üçün https://www.udemy.com/20-excel-formul-na-kagdii-den/#curriculum linkinə daxil olun. Bu kurs ərzində aşağıdakıları öyrənəcəksiniz:

  • 1 cədvəldən digərinə məlumatın dəyişdirilməsi;
  • Mətndən lazımlı hissələri çıxartmaq;
  • Məntiqi funksiyalarla işləmək və onların bir-biri ilə kombinasiyasını yaratmaq;
  • 1 və ya 1 neçə şərti təmin edən sütunların cəminin hesablanması;
  • Mətnin bütün hərflərini BÖYÜK, kiçik və normal ölçüdə yazmaq.

Tələblər: 

Siz Excel-i sadəcə videolara baxaraq öyrənə bilməzsiniz. Hər dərs üçün tapşırıqlar olan excel faylı mövcuddur. Tənbəl olmayın, faylları yükləyin və tapşırıqları yerinə yetirin.

Bu kurs kimlər üçündür?

  • Bu kurs bir çox nəzəriyyə ilə dolu qalın kitabları sevməyənlər üçün idealdır;
  • Formullar əsasən yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

1500 manat əmək haqqı ilə Baş Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Premium Transport MMC 1500 manat əmək haqqı ilə Baş Mühasib axtarır.

Tələblər:

– 27-42 yaş həddi;
– minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
– müvafiq sahə üzrə ali təhsil;
– Əmək haqqının hesablanması (xəstəlik vərəqələrinin, məzuniyyətlərin, son haqq-hesabların hesablanması, ödəniş cədvəllərinin hazırlanması, əmək haqqı kartlarının sifarişi);
– Bank əməliyyatlarının icrası, kassa;
– Təhtəl əməliyyatlarının həyata keçirilməsi;
– Xidmət və icarə aktlarının tərtibi və hesab faktura, e-qaimə: EVHF-ların yazılması;
– Alınmış materialların və ehtiyyat hissələrinin hesabatı (alışı və silinməsi);
– Debitor və kreditorlarla hesablaşmalar;
– Bütün növ Vergi bəyannamələrinin tərtibi (ƏDV,ÖMV, Mənfəət, Əmlak və s);
– Vahid rüblük hesabat (DSMF(B1,B3), Statistika və s.
– Mühasibatlıqla əlaqədar digər ilkin sənədləşmələr;
– Aylıq gəlir və xərclərin yoxlanılması və ayın bağlanması;
– rus, az dilləri mükəmməl səviyyədə olmalıdır, ingilis dili arzuolunandır.

İş şəraiti:

– 5 günlük iş rejimi, 9.00-17.00
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir

Əmək haqqı: 1200-1500 AZN

E-mail: hr@premiumtransport.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Təsisçi tərəfindən verilmiş borc məbləğinə faizləri necə hesablamalı???

posted in: Məqalə, Xəbər | 0

Sual: Təsisçi tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Bu deyilənə misal olaraq təsisçidən müəsisəyə verilən borcun 2.000 manat olduğunu nəzərə alsaq, büdcəyə ödəniləcək verginin hesablanması qaydasını və miqdarını zəhmət olmasa cavablandırardınız.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda ödəmə mənbəyində verginin məbləğinin hesablanması üçün ilk növbədə eyni valyuta ilə, oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi müəyyən edilməlidir. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi bizə məlum olmadığından vergi məbləğinin dəqiq hesablaması imkanlarımız xaricindədir.

Misal olaraq, borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi 15%-dir. Bu halda ödəmə mənbəyində tutulmalı verginin məbləği 30 manata ( 2000*15%*10%) bərabər olacaqdır. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi barədə məlumat almaq üçün Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: Vergilər Nazirliyi

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada qadınlar işə kvota əsasında qəbul ediləcək

posted in: Xəbər | 0

Buhgalteria.ru saytında Rusiyada qadınların işə qəbulu ilə əlaqədar dəyişikliklərdən bəhs edən məqalə verilib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Karyera pilləkənində irəliləmək üçün qadınlar üstünlüklər əldə edəcəklər. İxtisarlar və ya işdən çıxarılma zamanı eyni şərtlərə cavab verənlər arasından daha çox kişilər “ziyan” çəkəcək. Dövlət orqanları, yerli idarəetmə orqanlarında və dövlət  korporasiyalarının direktorlar şuralarında qadınlar üçün kvotalar nəzərdə tutulacaq.

Gender bərabərliyi məsələlərinə diqqət yetirən şirkətləri vergilər sahəsində güzəştlər gözləyir və onlar dövlət sifarişləri ilə ilk növbədə təmin ediləcəklər.

Bundan əlavə işə qəbul zamanı diskriminasiyanı aradan qaldırmaq məqsədilə tərcümeyi-halda yaş və cinsin göstərilməsi qadağan ediləcək və foto şəklin yerləşdirilməsi də lazım gəlməyəcək. Bütün bu yeniliklər “Kişi və qadınların hüquq və azadlıqlarının dövlət zəmanətinə alınması və onlardan ötrü bərabər imkanların yaradılması haqqında” yenidən işlənilmiş, əlavə və dəyişikliklər edilmiş qanun layihəsində nəzərdə tutulub. Qeyd edək ki, sözügedən qanun layihəsi hələ 2003-cü ildə hazırlanmış və birinci oxunuşdan keçdikdən sonra uzun illər Dövlət Dumasının zənbilində ilişib qalmışdı.

Dəyişikliklərdə həmçinin bu bərabərliyə əməl etməyənlərə qarşı ciddi sanksiyalar tətbiq olunması da nəzərdə tutulub. Bundan sonra insanların hüquq və azadlıqlarını pozan vətəndaşları 3 000 rubl, şirkətləri isə 100 000 rubla kimi cərimə, RF CM-ə görə isə 5 ilə kimi həbs cəzası gözləyir. İş yerində diskriminasiyaya görə əmək müqaviləsinin pozulması təklif edilir və bu zaman zərərçəkmişə kompensasiya ödənilməsi nəzərdə tutulub. Qanun müəllifləri layihəyə eləcə də xidməti vəzifəsindən istifadə edərək qadınları təhqir edən rəhbər işçilərə qarşı administrativ cəzalar, iş yerində seksual təhriklərə görə isə cinayət məsuliyyəti nəzərdə tutan əlavələr etməyi də nəzərdən keçirirlər.

Yeri gəlmişkən, bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Ölkəmizdə qadın və kişi bərabərliyi haqqında qanun 2006-cı ildə qəbul olunub. Qanun qəbul olunsa da, vəziyyət hələ də yaxşılığa doğru kəskin dəyişməyib. Ölkəmizin gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdə qərarlaşması bunu bir daha təsdiq edir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.