Net-dən Gross-a əmək haqqı hesablanması

posted in: Excel, Məqalə | 0

 

 

Mühasiblərin daim rastlaşdıqları problemlərdən biri də Net-dən Gross-a əmək haqqı hesablanmasıdır. Artıq bu məsələnin öhdəsindən çox sadə üsulla gəlmək mümkündür. Aşağda verilən Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli siz – mühasiblərin işini olduqca asanlaşdıracaq. Sadəcə olaraq linkə daxil olaraq cədvəli yükləməyiniz kifayətdir.

 

Net-dən Gross-a əmək haqqı hesablanması (9936 downloads )

 

 

Müəllif: Elçin Xəlilov

 

 

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Avanqard Stroy MMC 500 manat əmək haqqı ilə mühasib axtarır. Avanqard Stroy MMC 2009-cu ildən Azərbaycanda ayaqqabı ve tərlik istehsalı sahəsində fəaliyyet göstərir.

İş barədə məlumat:

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Hesablaşmaların aparılması;
  • Şirkətdaxili digər hesabatların hazırlanması Vergi, DSMF və Statistika hesabatlarının tərtibatı;
  • Əsas vəsait və qeyri – maddi aktivlərin uçotunun aparılması;
  • Vergi, əmək qanunvericiliyi;
  • Müxabirləşmələrin aparılması;
  • Əmək haqqının hesablanması;
  • Müdriyyət tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə: 08:00-dan 17:00-dək.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • 1 ildən az olmayaraq iş stajı;
  • Mühasibat sahəsində təcrübə;
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
  • 1C Mühasibat, MS Office;
  • Azərbaycan, Rus dilləri;
  • Vergi və digər hesabatların sərbəst hazırlanması;
  • Bank ödəniş tapşırığlarının hazırlanması.

İş yeri (şəhər): Bakı, Maştağa

Əmək haqqı: 450 – 500 AZN

Telefon: (050) 602-16-63

Email: nicatferzi@hotmail.com

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat uçotu, iqtisadiyyat, maliyyə sahəsində aforizmlər (1-ci hissə)

posted in: Maliyyə, muhasibat, Məqalə | 0

 

Məşhur şəxsiyyətlərin iqtisadiyyat, maliyyə və mühasibat uçotu ilə bağlı söylədiyi fikirlər az deyil. O fikirlərin bəziləri isə artıq aforizm kimi işlədilməyə başlanıb. Saytımızda yerləşdirməklə ardıcıl olaraq həmin aforizmləri sizin diqqətinizə çatdırmaq qərarına gəldik.

Warren Buffett

 

 

Əgər qiyməti görürsünüzsə, o, avtomatik olaraq sizə öz təsirini göstərməyə başlayacaq.

 

 

 

Herbert Prochnow

 

 

İqtisadçı – bu elə bir insandır ki, özünə də anlaşılmaz olan şeylərdən elə formada danışır ki, özünüzü  cahil kimi hiss edən siz olursunuz.

 

 

 

Laurence Peter

 

 

 

İqtisadiyyat nəhayətsiz tələbatlarını məhdud resursların köməyi ilə ödəyən sənət növüdür.

 

 

 

 

Publilius Syrus

 

 

Aşırılı istəklərə can atmaq – məhrumiyyətlərin dalınca qaçmaq kimi bir şeydir.

 

 

 

 

Adam Smith

 

 

Hər bir yırtıcı – cəmiyyətin düşməni, hər bir qənaətcil insan isə cəmiyyətin xeyirxahıdır.

 

 

 

 

Benjamin Franklin

 

 

Kiçik xərclərdən ehtiyat edin – kiçik bir sızma böyük bir gəmini batıra bilər.

 

 

 

John Osteen

 

 

İqtisadçı – bu o insandır ki, pul haqqında pula malik olanların özündən çox bilir. İqtisadiyyat – bu, heç bir həzz almadan pulları xərcləmək üsuludur.

 

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib – dahi ünsiyyətçidirmi? (5-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

5-ci hissə

Sən demə, müasir mühasiblərin 80 faizindən çoxunu qadınlar təşkil edir və onlar hər şeyin öhdəsindən gəlirlər: şəhərdəki aqressiv avtomobil axınında maşın idarə edir, övlad tərbiyə edir, qaynana ilə yola gedir, sutkada az qala 25 saat işləyirlər. Onlar yeni texnika və avadanlıqlarla işləməyi bacarır və Zimbabvenin gömrük kodeksini öyrənir, maliyyə fəaliyyətinin yekununu yaddaşda saxlaya bilirlər. Hətta kassirin məzuniyyət barədə ötən günkü ərizəsinin belə harada saxlandığını əla bilirlər. Lakin sizə ən çətin gələn şey ünsiyyətdirmi, sualına demək olar ki, hamısı belə cavab verir: “Yox”.

Görəsən, niyə bir başqasının rədd cavabını qəbul etmək və eləcə də özünə yox söyləməyi bacarmaq bu qədər çətindir? Bu keçmiş təcrübə üzündən yaranan emosional bir yükdür: özünü günahkar bilmək,  narahatlıq, həmsöhbətdən inciklik, mümkün aqressivlik, təzyiqlər və hətta münasibətlərin pozulması.

Sən demə, bu sual emosional bacarıq sahəsinə aiddir. Hazırda buna böyük diqqət yetirilir və Qərbdə intellektual qabiliyyətlə yanaşı, həm də qiymətləndirmə koeffisienti də tətbiq edilir.

Emosional bacarıq koeffisienti yüksək olan insan (bərabər şərtlər daxilində) karyera qurmaqda, şəxsi münasibətlərdə, sağlamlıq sahəsində və ümumən həyat keyfiyyətinə görə daha böyük uğurlara imza atır. Emosional cəhətdən zəif olanlar isə hər bir rədd cavabını, istər sosial, istər işgüzar sahədə olsun, adətən mənəvi zərər kimi qəbul edirlər.

İş onda deyil ki, insan arzu etdiyini əldə edə bilməyib, sadəcə o bu rədd cavabını müraciət etdiyi vəzifə funksiyalarına qarşı deyil, yalnız özünə qarşı bir cavab kimi qəbul edib.

Digər tərəfdən, bəzi hallarda “yox” söyləyən insan özünü də bu “yoxun” ünvanlandığı adamın yerinə qoyur və həmin rədd cavabını çox ağrılı qəbul edir və şüuraltı olsa da həmsöhbətinin hisslərinin zədələnməsini arzu etmir.

 

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.