» » » Mühasib – dahi ünsiyyətçidirmi? (5-ci hissə)

Mühasib – dahi ünsiyyətçidirmi? (5-ci hissə)

posted in: muhasibat, Məqalə | 0
birbank biznes

Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

5-ci hissə

Sən demə, müasir mühasiblərin 80 faizindən çoxunu qadınlar təşkil edir və onlar hər şeyin öhdəsindən gəlirlər: şəhərdəki aqressiv avtomobil axınında maşın idarə edir, övlad tərbiyə edir, qaynana ilə yola gedir, sutkada az qala 25 saat işləyirlər. Onlar yeni texnika və avadanlıqlarla işləməyi bacarır və Zimbabvenin gömrük kodeksini öyrənir, maliyyə fəaliyyətinin yekununu yaddaşda saxlaya bilirlər. Hətta kassirin məzuniyyət barədə ötən günkü ərizəsinin belə harada saxlandığını əla bilirlər. Lakin sizə ən çətin gələn şey ünsiyyətdirmi, sualına demək olar ki, hamısı belə cavab verir: “Yox”.

Görəsən, niyə bir başqasının rədd cavabını qəbul etmək və eləcə də özünə yox söyləməyi bacarmaq bu qədər çətindir? Bu keçmiş təcrübə üzündən yaranan emosional bir yükdür: özünü günahkar bilmək,  narahatlıq, həmsöhbətdən inciklik, mümkün aqressivlik, təzyiqlər və hətta münasibətlərin pozulması.

Sən demə, bu sual emosional bacarıq sahəsinə aiddir. Hazırda buna böyük diqqət yetirilir və Qərbdə intellektual qabiliyyətlə yanaşı, həm də qiymətləndirmə koeffisienti də tətbiq edilir.

Emosional bacarıq koeffisienti yüksək olan insan (bərabər şərtlər daxilində) karyera qurmaqda, şəxsi münasibətlərdə, sağlamlıq sahəsində və ümumən həyat keyfiyyətinə görə daha böyük uğurlara imza atır. Emosional cəhətdən zəif olanlar isə hər bir rədd cavabını, istər sosial, istər işgüzar sahədə olsun, adətən mənəvi zərər kimi qəbul edirlər.

İş onda deyil ki, insan arzu etdiyini əldə edə bilməyib, sadəcə o bu rədd cavabını müraciət etdiyi vəzifə funksiyalarına qarşı deyil, yalnız özünə qarşı bir cavab kimi qəbul edib.

Digər tərəfdən, bəzi hallarda “yox” söyləyən insan özünü də bu “yoxun” ünvanlandığı adamın yerinə qoyur və həmin rədd cavabını çox ağrılı qəbul edir və şüuraltı olsa da həmsöhbətinin hisslərinin zədələnməsini arzu etmir.

 

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.