Bəzi Xammal və Materialların İdxalı ƏDV-dən azad edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 2 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir.

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
 1. 2601200000 Yandırılmış pirit
2. 2606000000 Alüminium filizləri və konsentratları
3. 2818200000 Alüminium oksidi, süni korunddan fərqli
4. 7203100000 Dəmir filizinin birbaşa reduksiya məhsulları
 5. 7203900000 Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
 6. 7204491000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
7. 7204499000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
8. 8545110080 Sobalarda istifadə olunan elektrodlar – digərləri
 9. 8545190001 Elektroliz qurğuları üçün elektrodlar

 

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

4000 manat əmək haqqı ilə Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Tələblər:

  • Biznesin İdarəedilməsi, İqtisadiyyat və yaxud Maliyyə üzrə universitet dərəcəsi;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına əsasən maliyyə məlumatlarını təhlil etmək, maliyyə hesabatlarını hazırlamaq və layihələndirmək qabiliyyəti;
  • Büdcə, hesabat, pul axını, mühasibat uçotu, xərclərin mühasibat uçotu prosesləri və daxili nəzarətin idarə olunması və inkişaf etdirilməsi təcrübəsi və bacarığı;
  • Risklərin idarə edilməsi, maliyyə və bankçılıq əlaqələrinin layihələndirilməsi sahəsində təcrübə;
  • İngilis dilində əla səviyyədə yazmaq və danışmaq qabiliyyəti;
  • Maliyyə Direktoru kimi minimum 7 illik təcrübə;
  • Azərbaycan mühasibat prinsipləri, Vergi Qanunvericiliyi və yerli prosesləri mükəmməl səviyyədə bilmək;
  • Peşəkar yazılı və şifahi kommunikasiya və ünsiyyət qabiliyyəti;
  • MS Office proqramlarının təcrübəli istifadəçisi və yaxşı səviyyədə müəssisə resurslarının planlaşdırılması biliyinin olması;
  • Güclü planlaşdırma və təşkilati bacarıq;
  • Analitik zəka və detallara fokuslana bilmək qabiliyyəti.

Əmək haqqı: 3500-4000 manat

Sektor: İstehsal

Qrafik: Tam iş günü

Email: cv@azinka.az

Mənbə: azinka.az

Mətn ingilis dilindən tərcümə olunmuşdur.

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

 

ƏDV-dən azad olunan əməliyyatların sayı artırılacaqmı???

posted in: İş elanı, Xəbər | 0

Azərbaycan Hesablama Palatası xammal ixraçı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsini tövsiyyə edir.

Palata vergi qanunvericiliyinə əsasən sıfır dərəcə ilə ƏDV tutulan əməliyyatlardan fərqli olaraq ƏDV-dən azad edilən əməliyyatlar aparan vergi ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlərin tətbiq olunmasını nəzərə alaraq xammal ixracı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsinin və “xammal” anlayışına vahid yanaşmanın təmin olunması üçün Nazirlər Kabineti tərəfindən müvafiq siyahısının təsdiq olunmasını tövsiyyə edir.

Digər tövsiyyə isə fiziki şəxslərin kommersiya təyinatlı obyektləri üzrə əmlak vergisinin dövlət vergilərinə aid edilməklə dövlət büdcəsinə ödənilməsi ilə bağlıdır.

Bundan başqa, Palata bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkmil təcrübələrinə əsaslanmaqla avtomobil nəqliyyatı vasitələrinin sahiblərindən nəqliyyat vergisi və ya ekoloji vergi adı ilə tutulan verginin dərəcələrinin əsasən ətraf mühitin çirkləndirilməsi səviyyəsindən, mühərriklərin həcmindən və lüks kateqoriyasına aid edilməsindən asılı olaraq müəyyənləşdirilməsini tövsiyyə edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilərə 1,2 milyard manat borc yaranıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlər üzrə 1 iyul 2017-ci il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ümumilikdə 1 mlrd. 172 mln. 347,3 min manat (o cümlədən, verginin əsas məbləği üzrə 961 mln. 191,5 min manat, maliyyə sanksiyaları üzrə 168 mln. 422,4 min manat, faizlər üzrə 42 mln. 733,4 min manat), artıqödəmələri isə 2 mlrd. 141 mln. 340,6 min manat təşkil edib.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, son illərin dinamikası borcun həcmindən fərqli olaraq artıqödəmə məbləğinin davamlı şəkildə artmasını müşahidə etməyə imkan verir. 1 iyul 2017-ci il tarixə vergi ödəyiciləri üzrə ümumilikdə dövlət büdcəsinə olan 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin faiz nisbətləri dövlət büdcəsinə olan borclara (1 mlrd. 172 mln. 347,3 min manat) qarşı 182,7%, Vergilər Nazirliyinin xətti ilə cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə təmin olunan ümumi gəlirlərə (3 mlrd. 352 mln. 375,6 min manat) qarşı 63,9%, vergi gəlirlərinə (3 mlrd. 119 mln. 186,6 min manat) qarşı 68,7%, növbəti il üzrə nəzərdə tutulan proqnoza qarşı isə 27,1% təşkil edib.

Həmin tarixə dövlət büdcəsinə olan ümumi borcun 66,1%-i (774 mln. 667,5 min manatı) xüsusi mülkiyyətə, 20,7%-i (242 mln. 350,5 min manatı) dövlət mülkiyyətinə, 11,2%-i (131 mln. 790,9 min manatı) xarici mülkiyyətə, 2%-i (23 mln. 286,9 min manatı) isə birgə mülkiyyət növlərinə aid edilən vergi ödəyiciləri üzrə yaranıb. 1 mlrd. 172 mln. 347,3 min manat məbləğində ümumi borcun 3%-i (34 mln. 661,1 min manatı) neft sektorunda, 97%-i (1 mlrd. 137 mln. 686,2 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabınadır.

Eyni zamanda, 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 53,6%-i (1 mlrd. 147 mln. 707,5 min manatı) xüsusi mülkiyyətə, 19,6%-i (419 mln. 630,8 min manatı) dövlət mülkiyyətinə, 16,3%-i (348 mln. 403,1 min manatı) xarici mülkiyyətə, 10,5%-i (225 mln. 115,9 min manatı) isə birgə (xarici qarışıq) mülkiyyət növlərinə aid edilən vergi ödəyicilərinin payına düşüb. 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin 9,4%-i (200 mln. 960,7 min manatı) neft sektorunda, 90,6%-i (1 mlrd. 940 mln. 379,9 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabına yaranıb.

Qeyri-neft sektoruna aid edilən vergi ödəyiciləri üzrə 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə yaranmış artıqödəmənin (1 mlrd. 940 mln. 379,9 min manat) ümumi borcun məbləğinə (1 mlrd. 137 mln. 686,2 min manat) qarşı faiz nisbəti 170,6%, nazirlik xətti ilə cari ilin yanvar-iyun ayları ərzində qeyri-neft sahələrindən dövlət büdcəsinə təmin olunan gəlirlərə (2 mlrd. 380 mln. 341,2 min manat) qarşı faiz nisbəti isə 81,5% təşkil edib.

Dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 2014-cü ildən etibarən əhəmiyyətli artımı əsas kapitala investisiyaların, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərin, ölkə üzrə ümumi ixracın, o cümlədən qeyri-neft ixracının, eləcə də kredit qoyuluşlarının həcminin azalması şəraitində baş verib. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri də nəzərə alınaraq dövlət büdcəsinə olan artıqödəmə məbləğinin əhəmiyyətli artmasını bir tərəfdən vergi inzibatçılığının proqnoz göstəricilərin icra olunması üzərindəki təzyiqlərinin güclənməsi ilə, digər tərəfdən isə vergi ödəyiciləri üzrə vergilərin könüllü bəyanetmə səviyyəsinin yüksək olmaması ilə əlaqələndirilməsinə imkan verir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.