» » » Bəzi Xammal və Materialların İdxalı ƏDV-dən azad edildi

Bəzi Xammal və Materialların İdxalı ƏDV-dən azad edildi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 2 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir.

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
 1. 2601200000 Yandırılmış pirit
2. 2606000000 Alüminium filizləri və konsentratları
3. 2818200000 Alüminium oksidi, süni korunddan fərqli
4. 7203100000 Dəmir filizinin birbaşa reduksiya məhsulları
 5. 7203900000 Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
 6. 7204491000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
7. 7204499000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
8. 8545110080 Sobalarda istifadə olunan elektrodlar – digərləri
 9. 8545190001 Elektroliz qurğuları üçün elektrodlar

 

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.