Vergilər Nazirliyində 5 əhəmiyyətli kadr dəyişikliyi

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib. Nazir həmçinin özünə yeni müşavir təyin edib.

F. Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.

Məlumata görə, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.

Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə də vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən Departamentin yeni baş direktoru Zamin Rzayev olub.

Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.

F. Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu Departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib. Qeyd edək ki, Fərid Cəbrayıl uzun müddət bu vəzifəni müvəqqəti icra edib.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Amburan Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifə:  Mühasibatlıq işləri üzrə Assistent

Şöbə:  Maliyyə

Məruzə etdiyi şöbə rəisi:  Mühasib

İş yeri: Amburan İK

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• İaşə xidməti ilə bağlı gündəlik hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• İaşə xidməti üzrə aylıq hesabatın hazırlanması və bu xidmətin göstərildiyi tərəfdaş şirkətlərlə üzləşmənin aparılması;
• Qaimələrin Kerzz Pos və 1C proqramına işlənilməsi;
• İaşə xidməti ilə bağlı gündəlik olaraq hər bir yeməyin maya dəyəri hesabatının hazırlanması və rəhbərliyə müvafiq məlumatın göndərilməsi;
• Bank çıxarışının 1C proqramına daxil edilməsi
• Avro və dolların  gündəlik məzənnəsinin 1C proqramına daxil edilməsi;
• İaşə xidməti göstərilən şirkətlərlə debitor üzləşmə aktının hazırlanması;
• Təchizatçı şirkətlərlə  kreditor üzləşmə aktının hazırlanması;
• Restoran əməkdaşlarının iş fəaliyyəti ilə bağlı sənədlərinin hazırlanması;

ƏLAVƏ:

• Anbardar fəaliyyətini həyata keçirərkən qaimələrdə göstərilən malların faktiki gələnlərlə uyğunluğunun yüksək dəqiqlik və məsuliyyətlə yoxlanılması
• Anbara qəbul etdiyim malların yerləşdirilməsi;
• Xəzinədar fəaliyyətinin həyata yetirilməsi;
• Xəzinədarların kiçik nominallı pullarla təmin edilməsi;
• Maliyyə direktoru və mühasibin həvalə etdiyi digər işlər

TƏLƏB OLUNAN BACARIQLAR:

  • İşin tələb olunan vaxtda yerinə yetirilməsi
  • Təşəbbüskarlıq
  • Görüləcək işlərin qabaqcadan və düzgün planlaşdırılması
  • Ünsiyyət qurma bacarığı
  • Peşəkar olmaq

BİLİK VƏ TƏCRÜBƏ:

  • Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
  •  Ali təhsil
  •  Komputer bilikləri

E-mail: hr@amburan.com

Mənbə: jobsearch.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

PİN kodlar haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

PİN kodları yadda saxlamaq üsulları.

Ödəniş kartı üçün bank tərəfindən verilən PİN kod təsadüfi rəqəmlərin kombinasiyasından ibarətdir. Təəssüflər olsun ki, kart sahiblərinə bu təsadüfi rəqəmlər birləşməsini yadda saxlamaq və unutmamaq asan başa gəlmir, onlar adətən həmin kodu ayrıca bir kağıza yazıb, cüzdanlarında bank kartı ilə birlikdə saxlayırlar.

Müasir adamlar isə ödəniş kartlarının kodlarını çox vaxt mobil telefonlarında qeyd edirlər. Hətta bəzi müştərilərin öz PİN kodlarını bankomatın yanında divara yazması halları da müşahidə edilib. Belə əfsanələr də dolaşır ki, kodu tatuaj şəklində öz qoluna yazdıranlar da olub.

Bu üsulları təhlükəsiz hesab etmək olmaz. Ən yaxşısı odur ki, bank tərəfindən verilmiş kodu bankomatda dərhal yaxşı yadda saxlaya biləcəyiniz rəqəmlərlə əvəz edəsiniz.

Ən təhlükəsiz və yadda daha yaxşı saxlanıla bilə PİN kodu necə seçməli?

Asan yadda qalsın deyə, bir çoxları sadə və rahat kombinasiyalı rəqəmləri seçirlər, bəzən həmin rəqəmlər sentimental çalarlar da daşıyır. Adətən yalnız bank kartının sahibinə məlum olan hər hansı bir tarixi gün – həyat yoldaşı və ya uşaqlardan birinin doğulduğu il, evdən işə qədər olan məsafə və s. seçilir. Bu metod daha etibarlıdır, amma bütün hallarda PİN kodlarda şifrənin tez sındırılmasını təmin edən rəqəmlər kombinasiyasından istifadə etmək tövsiyə olunmur.

Bunlara məsələn, kart sahibinin doğum tarixi ilə bağlı rəqəmlər, eləcə də həddən ziyadə sadə kombinasiyalı – 1234, 0000 və ya 1111 kimi rəqəmlər düzülüşündən ibarət şifrələri aid etmək olar. İnanılası çətin gəlsə də 1234 kombinasiyasından 10,7 faiz hallarda istifadə olunduğu üzə çıxıb. Eləcə də çox vaxt 1212, 1010 və 6969 variantlı təkrarlanan rəqəmlər kombinasiyalarından istifadə olunur. Adamlar çox vaxt sadə məntiqə əsaslanan şifrələrdən istifadə edirlər, bu isə o deməkdir ki, 27 faizə qədər PİN kodların şifrəsini geniş yayılmış bir neçə variantdan istifadə etməklə asanlıqla sındırmaq mümkün olur.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

 

Yoxlamaların 2021-ci ilə qədər dayandırılması haqqında Prezident fərmanı

posted in: Vergi, Xəbər | 0
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilsin.

2. 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.