Mühasib olmaq istəyənlər üçün iş imkanı-Ödənişli təcrübə proqramı

 

Mühasibat sahəsində təhsil alanlar və ya yeni bitirib təcrübə toplamaq istəyənlər üçün əla fürsət. Azərbaycanın aparıcı mühasibat şirkətlərindən olan Accounting.Az-da təcrübə qazanmaq imkanını əldən verməyin. Mühasibata yüksək dəyər verilən şirkətin təcrübəli mühasibləri ilə birlikdə biliklərinizi möhkəmləndirmək və karyera yüksəlişi üçün lazımi stimulu almaq üçün bundan yaxşı fürsət ola bilməz. Qazanacağınız təcrübənin qarşılığını heç bir pulla hesablamaq mümkün deyil, lakin sizi ödənişsiz çalışdırmaq fikrimiz də yoxdur.

Namizədlərdən tələblər:

  • Mühasibat uçotu və audit sahəsində təhsilin son kurslarında olan və ya təhsilini son illərdə başa vuran;
  • Mühasibatın nəzəri hissəsini mükəmməl bilən;
  • Ofis proqramlarında (Word, Excel) işləməyi bacaran;
  • Mühasibatı çox sevən;
  • Daim araşdırmağı və inkişaf etməyi sevən;
  • Öz potensialına güvənən kəslər

CV-lərini (özləri haqda geniş məlumat da daxil olmaqla) info@accounting.az ünvanına göndərə bilərlər. Yalnız seçilmiş və bəyənilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ABŞ-da 30 ildən sonra ilk dəfə vergi qanunları dəyişiləcək

posted in: Vergi, Xəbər | 0

ABŞ-da iqtidarda olan Republikaçılar Partiyası uzun zamandır gözlənilən vergi islahatları ilə bağlı qanun layihəsini ictimaiyyətə təqdim edib.  “Vergi endirimləri və məşğulluq” adlanan bu qanun layihəsi ABŞ-da vergi qanunlarının 30 ildən sonra ilk dəfə dəyişdirilməsinə gətirib çıxaracaq.

Gözlənildiyi kimi, yeni qanunla vergi dərəcələrinin bir dəfədə və sabit olaraq 35%-dən 20%-ə endirilməsi hədəflənib. Konqresdən rahatlıqla keçə bilməsi üçün layihədə 39,6% olan ən yüksək vergi dərəcəsi saxlanılıb. Bu vergi dərəcəsi illik gəliri 500 min dollar, evlilər üçün isə 1 mln. dollardan çox olan vergi ödəyicilərinə aid ediləcək. 12%-lik vergi dərəcəsi isə illik gəliri 45 000 dollar (evlilərə 90 000), 25%-lik dərəcə 45 001-200 000 dollar olanlara (evlilərə 260 000 dollar), 200 000-500 000 dollar illik gəliri olanlara isə (evlilər üçün 1 mln. dollar) 35%-lik şamil olunacaq.

Nümayəndələr Palatasının sədri Pol Rayan (Paul Ryan) bildirib ki, yeni vergi islahatlarının ən böyük hədəfi orta sinif insanlara dəstək olmaqdır: “Vergi endirimləri və məşğulluq” qanunu 4 nəfərdən ibarət ailənin ildə 1 182 dollar qənaət etməsinə gətirib çıxaracaq. Bir çox ailə üçün bu, önəmli kömək mənası daşıyacaq”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Mühasibat uçotunun təşəkkülü və inkişafı (1-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

Mühasibat uçotunun formalaşdırılması prosesi.

Hər bir elm kimi mühasibat uçotunun da öz tarixi var. İctimai həyatın tələbatları və təsərrüfatın idarə edilməsi ehtiyacları bu uçotun inkişafına gətirib çıxarmışdır. Hər bir zaman iqtisadi həyatın faktlarında ümumi kateqoriyalar ortaya qoyurdu. İqtisadi inkişafdan asılı olaraq mühasibat kateqoriyaları transformasiyaya uğrayır, adamların fəaliyyətinin xüsusiyyələrindən asılı olaraq cürbəcür formalar alırdı.

Yazının meydana gəlməsi və hesabın ortaya çıxması uçotun təşəkkülü və inkişafı üçün təməl rolunu oynadı. İnsanların təsərrüfat fəaliyyətinin genişlənməsi, təbii olaraq uçotun mürəkkəbləşməsini və geniş yayılmasını stimullaşdırdı. Uçot işinə başlayanların ilk üsulları inventarlaşdırma və hesabların ödənilməsi ilə əlaqəli oldu. Arxeoloqların məlumatına görə, uçotun inkişaf etmiş sisteminin ilk izləri qədim Misirdə və Babilistanda aşkar olunub.

Misirdə məlum olduğu kimi, papiruslar hazırlamağı öyrənmişdilər, hansı ki, onların üzərində təsərrüfat fəaliyyətinin ilk faktları qeydə alınıb. E.Ə 3400-2980-ci illərdə Misirdə ildə iki dəfə daşınan və daşınmaz əmlakın inventarlaşdırılması həyata keçirilirdi. Fasilələrlə həyata keçirilən bu inventarlaşdırma işi sonralar cari uçotla əvəz olunmuşdu ki, bunun da əsas məqsədi vergi şəklində yığılan gümüş, çörək və digər təbii ərzaqların toplanılmasına nəzarət etmək idi. Gündəlik qalıqların aşkara çıxarılması, maddi uçotun ən əhəmiyyətli töhfəsi sayıla bilərdi.

Qədim Babilistan kart uçotunun vətəni hesab edilir. Orada həmin “kartlar” lövhəciklər şəklində yumşaq gildən hazırlanırdı. Həmin lövhəciklərdə xüsusi çubuqlarla yazılar cızıqlanırdı, sonra həmin “sənədlər” qurudulur və üst-üstə yığılaraq xüsusi yerdə saxlanılırdı.

Ədalət naminə demək mümkündür ki, Babil ilkin sənədləri diqqəti cəlb edir. Misir qeydlərinin mövcudluğunu heç də həmişə təsbit etmək mümkün olmadığı halda, Babil tapıntıları onun mövcudluğunu təsdiq edir. Əməliyyatların qeydə alındığı (gildən hazırlanmış dairəvi qablar, fiqurlar, müxtəlif istehlak və malları simvolizə edən əşyalarla doldurulurdu) yazılarda tarix, möhür və konkret adamlara istinadlar diqqət çəkir. Maliyyə qeydlərindən ibarət bəzi Babil lövhəcikləri bir-birindən horizontal aralıqda yerləşirdi ki, bu da müasir yazılara bənzəyir.

Babil uçotunun ən böyük uğurlarından biri köməkçi hesab cədvəllərinin (vurma cədvəli, mürəkkəb faizlər cədvəli) geniş tətbiqi hesab olunur.   Babil mühasibləri yalnız təbii mühasibat uçotu vahidlərini deyil, həm də şərti (insan-gün, ortalama kərpic) vahidlərdən istifadə edirdilər.

Babil sənədləri orada sintetik və analitik uçotun təşəkkül tapmasından xəbər verir. Belə ki, sintetik şərhdəki “Taxıllar” analitik şərhdəki “Buğda”, “Düyü” və s. müvafiq gəlirdi. Hesabat müxtəlif dövrlər (ay, il, bir neçə il) üçün tərtib olunurdu, 15 il ərzində buğda məhsulunun daxil olması və üç il ərzində onun paylanması hesabatları qorunub saxlanılıb.

Çar Hammurapinin qanunları tacirlərə müstəqil mühasibat uçotunun aparılmasını əmr edirdi, məbədlərdə isə dövlət uçotu aparılırdı. Çox güman ki, bu, dünyada dövlət uçot metodikasının tənzimlənməsinə ilk cəhd idi. Bu metodika uçotu imzalanmış, möhür vurulmuş ilkin sənədlər əsasında aparılmasını nəzərdə tuturdu. Öz qanunları ilə Hammurapi baş verənləri mühasibat sistemində həm nağd, həm də nağdsız şəkildə sıralamağa müvəffəq olmuşdu.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi

posted in: Xəbər | 0
“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin.

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilirdi.

Beləliklə, Dövlət İqtisad Universiteti müstəqilliyini itirir. Ehtimal ki, ali təhsil müəssisəsi Təhsil Nazirliyi tərəfindən idarə olunacaqdır.

Mənbə: president.az / marja.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.