Dövlət büdcəsi üçün ağır yük olan müəssisələr hansılardır?

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 mlrd. manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, xarici dövlət borcu üzrə isə 5,1 mlrd. manat dollara qarşı 487,9 mln. dollar kimi şərti öhdəlik qəbul edilib. “Son illərin təcrübəsinə əsaslansaq qeyd etmək olar ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına (“Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir. Qeyd olunanları nəzərə alaraq həm daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulmasını və dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsini məqsədəmüvafiq hesab edirik”, – rəydə qeyd edilib.

Mənbə: Apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səyyar vergi yoxlamaları məhdudlaşdırılacaqmı???

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması tövsiyyə edilir.

Deyirlər ki, növbəti ilin büdcə-vergi siyasətinə vergi güzəştlərinin və azadolmaların səmərəliliyinin diaqnostikasının aparılması, vergitutmada qeyri-xammal ixracının təşviqini təmin edən islahatlar layihəsinin hazırlanması, dövlət mülkiyyətinə aid edilən təsərrüfat hesablı qurumların fəaliyyətində dövlət büdcəsi vəsaitlərinin iştirakının optimallaşdırılması, differensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların siyasının hazırlanması və tətbiqi müddətinin müəyyənləşdirilməsi, eləcə də xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması məqsədəuyğundur.

Digər tövsiyyə isə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı vergi güzəştlərinin və azadolmalarının səmərəliliyinin diaqnostikasının aparılması və nəticələrindən asılı olaraq vergi qanunvericiliyinə yenidən baxılması üçün əsaslandırılmış təkliflərin hazırlanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi ilə bağlıdır.

Bundan başqa, Palata ƏDV qeydiyyatında olan, eyni zamanda qanunvericiliklə fəaliyyəti ƏDV-dən azad olunan fəaliyyət növlərinə aid edilməyən hüquqi şəxslərə kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması məzmununda dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin bir qayda olaraq hesablaşma hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına köçürülməsini tövsiyyə edir.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şirkətin verdiyi hədiyyələr vergiyə cəlb olunurmu?

posted in: Vergi, Xəbər | 0

Sual: Şirkət müştəri trafikini artırmaq və müştəri loyallığını artırmaq üçün kampaniya keçirərsə və bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə hədiyyə edərsə bu hədiyyə edilən məhsul/xidmət vergiyə cəlb olunurmu? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mülkiyyət hüququnun digər şəxsə, o cümlədən də hədiyyə şəklində verilməsi təqdimolunma hesab olunmaqla Vergi Məcəlləsinin 159.4-cü maddəsinə uyğun olaraq ƏDV-yə cəlb olunmalıdır.

Bununla yanaşı, həmin malların (işlərin, xidmətlərin) bazar qiymətlindən aşağı olmayan dəyəri mənfəət vergisinin vergitutma obyektinə daxil edilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü, 104.1-ci, 108-ci və 159.4-cü maddələri.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əldə edilmiş malın ancaq Vergi Hesab Fakturası varsa, xərcə silinə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Əldə edilmiş malın ancaq vergi hesab-fakturası var. Digər sənədlər mövcud deyil. Malların dəyərini xərcə sala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

“Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

Göründüyü kimi, ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi yalnız elektron qaimə-faktura faktura əsasında aparılmalıdır və bu baxımdan sorğunuzda qeyd olunan hal qanunvericiliyin tələblərinə uyğun deyil. Verilməli olan elektron qaimə-faktura isə xərclərin rəsmiləşdirilməsinə əsas verən sənəd kimi qəbul edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 4.5-ci maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.