Pul haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə | 0

Dünyada bütün dövrlərdə, belə demək mümkünsə qədimdə və indi tədavüldə olan pullar haqqında ötən məqalədə məlumat vermişdik. Bu dəfə sizə dünyanın ən bahalı pulu barədə bilgi vermək istəyirik.

Dünyada ən bahalı pul – “Dağınıq saçlar” (Flowing Hair dollar) adını almış amerikan gümüş dolları hesab olunur. Bu gümüş pul Amerikada, Filadelfiya ştatındakı sikkəxanada 1794-cü ildə zərb edilib. Həmin sikkə hərracda satıldıqdan sonra dünyanın ən bahalı pulu adını qazanıb. O, 2013-cü ildə rekord məbləğə 10,016,875  dollara satılıb. Daha əvvəl isə 2010-cu ildə 7 850 000 dollara satılmışdı. 1794-cü ildə bu sikkələrdən cəmi 2000 ədəd buraxılıb ki, onlardan 242 ədədi keyfiyyətcə pis alındığına görə, yenidən əridilib.

“Dağınıq saçlar” gümüş dollar sikkəsi dünya tarixində həqiqətən hüquqi cəhətdən reytinqdə ən bahalı pul hesab edilir. Bu, pul hərracları tarixində mütləq rekord hesab olunur. O, numizmatika sahəsində hər bir kolleksiyaçının əlçatmaz arzusu hesab olunur, sözün düzü, həmin sikkəni öz kolleksiyasında görməyi heç xəyal belə etmək mümkün deyil. Yeri gəlmişkən, Azadlıq heykəlini əks etdirən və üzərində dağınıq saçlar zərb edilmiş və 1804-cü ildə məhdud sayda buraxılmış on beş dollarlıq sikkə 2008-ci ildə hərracda 3 725 000 dollara satılıb. Amma, 1794-cü ildə buraxılmış və az əvvəl söz açdığımız gümüş sikkə son illərdə hərraclarda ən çox sifariş olunan pul hesab edilir. Bu nəfis dollar haqlı olaraq “dünyanın ən bahalı pulu” titulunu daşıyır.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Baş mühasib 800 manat məvaciblə köməkçi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

EMA MMC baş mühasib köməkçisi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • İş grafiki: saat 9-dan 18-dək, 6-cı gün saat 9-dan 13-dək;
  • İşə vaxtinda gəlib-getmək;
  • Bir ay ərzində iş öyrədiləcək (maaş verilir);
  • Yəmək şirkət tərəfindən vərilir;
  • Əmək haqqı: 600-800AZN.

Namizədə tələblər:

  • Cins: Xanımlar;
  • İş təcrübəsi: 3-5 il;
  • Türk və rus dilini danışıqda və yazı işlərində  yaxşı bilməli;
  • C programını bilsin;
  • Microsoft Office programlarını bilməli;
  • Kompütərdə Səlist işləmə qabiliyyəti;
  • Dəqiq və cəld  olmaq.

Əlaqədar şəxs: Yazgül x.

Email: emaagro@gmail.com

Telefon: (012)4503417

Mənbə: https://azerjobs.com

Maraqlanan şəxslər cv-lərini emaagro@gmail.com  elektron poçt  ünvanına göndərə bilərlər. Xahiş olunur mövzu qismində ” Baş Mühasib Köməkçisi/www.azerjobs.com” qeyd edilsin.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasib – dahi ünsiyyətçidirmi? (4-cü hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

4-cü hissə

İş ondadır ki, ünsiyyət qurmaq praktiki və fərdi bacarıqdır. Hər bir insan şəxsi psixoloji struktura malikdir və onun başqaları ilə ünsiyyət qura bilmək strategiyası da fərdilik təşkil edir və bu nə qədər çox olarsa, digərləri ilə uğurlu münasibətlər qurması bir o qədər yaxşı alınar. Bu bacarığın təkmilləşdirilməsinin ən etibarlı üsulu treninqlərdir. Məhz, bu cür praktiki tətbiq, insanın bu sahədə zəiflikləri və nöqsanlarını üzə çıxarmağa kömək edir, münasibət qurmaqda çətinlik yaşadığınız adamları müəyyən etməyə imkan verir, gərginliyin azaldılması və ünsiyyətdə qoyulan məqsədə çatmaq üçün optimal taktikanın seçilməsinə yardım edir.

Etiraf etnək lazımdır ki, bir çox mühasiblər treninqlərin formatını çətinliklə qəbul edir – bu praktiki etüdlərdən ibarət, davranışların xüsusiyyətləri və səbəblərin təhlilindən ibarət vərdiş etmədiyiniz qeyri-adi öyrənmə formasıdır.  Bu yolda iştirakçıları bir çox qeyri-adi yeniliklər gözləyir.

Psixoloqların ən optimist dəyərləndirmələrinə görə, şəxsiyyətin dərketmə  payı cəmi 10-12% təşkil edir – yerdə qalanı şüuraltı məskən salıb. Bizim sözlərimiz və hərəkət və fəaliyyətimiz məhz, şüuraltı pay tərəfindən idarə olunur ki, biz də nəticədə belə deyirik: “Görəsən, o məndə nə görüb?” “Niyə mən yenidən buna razılaşdım?” “Neçə dəfə özümə söz vermişdim ki, bir də belə etməyəcəyəm…”

Hər birimiz bu siyahını çox uzada bilərik. Doğrudanmı, hər şey bu qədər ümidsizdir? Heç də yox. Sən demə, bizim vərdiş etdiyimiz diskomfort reaksiyalarımız, digər insanlara qarşı ibtidai uyğunlaşma və özünümüdafiə reaksiyalarının nəticəsi olaraq ortaya çıxır. Qrupda fəaliyyət zamanı bu strategiyaların müəyyən edilməsi və transformasiyası – bu, kommnikativlik bacarıqlarının yaxşılaşdırılmasına aparan ən əsas yoldur.

Və bu zaman gərək təkcə standart davranış vərdişlərini mənimsəməklə kifayətlənməyəsən, həm də dərin, fərdi əks əlaqə qurmağı öyrənəsən. Bu o zaman mümkün olur ki, treninqləri müvafiq mütəxəssislər, bütöv komanda aparır: mühasibatlıq peşəsinin spesifikliyini bilən biznes-məşqçi və təcrübəli psixoloq.

 

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

1000 manat məvaciblə Baş Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Diler İnşaat 1000 manat məvaciblə Baş Mühasib axtarır.

İşin təsviri: 

– Tələb olunan daxili və xarici hesabatların hazırlanması
– Müvafiq orqanlara təqdim edilməsi üçün sənədlərin tərtib olunması və ya hazırlanması üçün müvafiq struktur bölməsi ilə danışıqların aparılması
– Müstəqil qərar vermək bacarığı
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu
– Bank və kassa əməliyyatlarının aparılması
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– İş qrafiki: bazar ertəsi – cümə günləri 09:00-dan 18:00-dək
-Əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq 600-1000 azn arasındadır.

Tələblər:

-Yaş həddi- 25-40
-Cins -Qadın
– 1C, MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsil
– Müvafiq sahədə iş təcrübəsi
– Vergi qanunvericiliyini bilmək

E-mail: gunay@consdealer.com

Əmək haqqı: 600-1000 manat.

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.