Mühasib – dahi ünsiyyətçidirmi? (2-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

2-ci hissə

Bu keyfiyyətlər də ziddiyyət təşkil etmir, bir-birinə uyğun gəlir və onları mənimsəyən insanlar az deyil. Lakin problemlər birinci və ikinci qrup keyfiyyət xüsusiyyətlərinin bir şəxsdə cəmləşməsi zamanı üzə çıxır, belə ki, bu keyfiyyətlərin bəziləri bir-biri ilə qarşılıqlı konfliktdə olur.

Məsələn, işləri dəqiq yerinə yetirmə keyfiyyəti təşəbbüskarlıq və şəxsən qərar qəbul etmə bacarığı ilə uyuşa bilmir, çalışqanlıq və konsentrasiya isə adətən ünsiyyətcil adamlara xas olmayan keyfiyyətlərdir.

Müxtəlif səviyyələrdən olan mühasiblərlə ünsiyyət təcrübəsi göstərir ki, onların böyük əksəriyyəti üçün işdə ən böyük mürəkkəbliklər elə kommunikasiya məsələləri ilə bağlı ortaya çıxır. Dəqiqliyi sevən və aydın strukturlu mühasiblərə emosional, qeyri-stabil əməkdaşlarla işləmək xüsusilə çətinlik yaradır, dəqiqliyi sevməyən, işində ardıcıl olmayan, şəxsi motivlərini xidməti münasibətlərə daşıyan insanları “həzm etmək” elə də asan olmur. Amma, bu ünsiyyətdən qaça bilməzsən, şirkətlərdə həmişə belə insanlar olur və bu heç də o demək deyil ki, onlar pis işçidilər.

Sadəcə həmin şəxslər digər vəzifələri yerinə yetirirlər, hansı ki, onların həlli emosionallıq, spontanlıq və qeyri-standart düşüncə tələb edir. Və bu əməkdaşların məlumatla əlaqəli mühasibatlığa çıxışları adətən gərgin alınır.

Fərqli və mürəkkəb insanlar, müxtəlif  əlaqəli xidmətlərdə çalışan əməkdaşlar, tabelikdə olanlar və rəhbərliklə, eləcə də nəzarət və yoxlama xidmətlərini həyata keçirən orqanlarla motivasiyalı, aydın və qarşılıqlı əlaqəni necə təşkil etməli? Emosionallığı necə cilovlamalı, zamanı lazımsız mübarizəyə sərf etməmək üçün onu necə qorumalı, resursları necə müdafiə etməli və iş yerində necə zərbə almamalı?

Çoxsaylı araşdırmalar göstərir ki, sabit ünsiyyət sahəsində çalışan bir şəxsin uğurlarının 80% onun ünsiyyət qabiliyyətinə əsaslanır.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Mühasiblər haqqında maraqlı lətifələr (1-ci hissə)

Ciddi və məsuliyyətli hesab edilən mühasib sənəti haqqında yazılan bir çox lətifə var. Sətiraltı mənaları ilə bəzən mühasiblərin sehrbaz, göz bağlayıcı olduqlarını qeyd etmək olar. Aşağıda qeyd olunan lətifələrdəki kimi. Bu sahəyə olan hörmətimiz çox böyükdür və işləri çox olan mühasiblərimizi qısa da olsa, işdən uzaqlaşdırıb onlara gülüş bəxş etmək istəyirik.

“Yeni ruslardan” olan şirkət direktorunun dostu bir gün ona deyir: – Petroviç, bilirsənmi ki, öz mühasibin sənin haqda yalan danışır? – Bu mühüm  deyil! Əsas odu ki, həqiqəti danışmasın…

Ezamiyyətdən qayıdan işçi mühasibin yanına gəlir və xərcləri əks etdirən hesabatı ona təqdim edir: “1.Şlyapa – 120 rubl.” Və ardınca da hər şey sıralama ilə qaydasında gəlir. Mühasib ondan soruşur: – Bu nə şlyapadır? – Heç, ezamiyyətdə olarkən almışam. Mühasib ona deyir: – Bu hesabat yaramır – təzədən hazırlayın. Kişi yenidən öz yerinə qayıdıb siyahını təzələyir və burada artıq şlyapanı siyahıda orta yerdə göstərir. Mühasib bu dəfə də hesabatı qəbul etməyib, işçini geri qaytarır. Kişi üçüncü bir siyahı ilə onun yanına qayıdır, mühasib siyahını oxuyur və şlyapanı orada görmür. – Bəz şlyapa hardadır? – Oradadır, amma ay onu tapdın ha!

Bank direktoru işə yeni qəbul etmək istədiyi mühasibdən soruşur; – Axırıncı iş yerində nə qədər çalışmısınız? – Dörd il. – Pis deyil. Bəs niyə oradan çıxdınız? – Amnistiya elan etdiklərinə görə.

İki köhnə dost bir-birilə rastlaşır. – İşlərin necə gedir? Harada işləyirsən? – Belə də. Aeroportun baş mühasibi işləyirəm. – Yəni, o qədər pis iş yeridir ki? – Axı, mən oradan nə çırpışdıra bilərəm? Təyyarə?

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

1100 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Abşeron yarımadasında zeytun və badam istehsalı sahəsində fəaliyyət göstərən Grand-Agro MMC 1100 manat əmək haqqı ilə mühasib axtarır.

İş barədə məlumat:

– Grand Agro Abşeron yarımadasında zeytun və badam istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət 2017-ci ildə yaradılmışdır və hal-hazırda əsas fəaliyyəti Qala qəsəbəsi ərazisində Zeytun bağlarının salınmasından ibarətdir.
– Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan mühasibatlıq uçotunun idarə olunması;
– Tələb olunan daxili və xarici hesabatların hazırlanması;
– Müxtəlif sənədləşmə işləri ilə əlaqədar müvafiq rəsmi qurumlarla danışıqların aparılması;
– Müvafiq orqanlara təqdim edilməsi üçün sənədlərin tərtib olunması və ya hazırlanması üçün müvafiq struktur bölməsi ilə danışıqların aparılması;
– İş ilə əlaqədar tez-tez Bakı və ətraf ərazilərin rəsmi qurumlarına səfərlər etmək.
– İş yeri: Qala qəsəbəsi
– Nahar təmin olunur.

Namizədə tələblər:

– Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı qavramış, DSMF və vergi hesabatlarını sərbəst formalaşdıra bilməli
– Mühasib kimi ən az 3 il iş təcrübəsi (Səyyar yoxlama keçirilmiş olması arzu olunandır)
– Səlis ünsiyyət qurmaq bacarığı (rəsmi qurumlarla yazışmaların sərbəst şəkildə həyata keçirilməsi)
– Kənd təsərrüfatında təcrübə arzu olunandır
– 1C və MS Office proqramları ilə yaxşı işləmək bacarığı
– Müstəqil qərar vermək bacarığı

 

Yaş: 18-65 yaş

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Telefon: (012) 504-44-44

E-mail: hr@grandagro.az

Mənbə: boss.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz

Baş mühasib özünə 1200 manata müavin axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Grand Motors MMC 1200 manat əmək haqqı ilə baş mühasibin müavini vəzifəsinə vakansiya elan edir.

İş barədə məlumat:

  • Təhtəl hesab, şəxslərlə hesablaşmalar, avans hesabatı və ezamiyyə haqqının aparılması;
  • Debitor və kreditorlarla hesablaşmalar;
  • Vergi, statistika hesabatı, DSMF hesabatı hazırlanması;
  • Hesabatların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
  • Əmlakın və mal materiallarının inventarizasiyası.

Namizədə tələblər:

  • Maliyyə və Mühasibat sahəsində ali təhsil;
  • Mühasibat üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
  • MS Office (xüsusilə MS Excel), 1C 8.3, BTP
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 8.30 – 17.30
  • Şənbə: 10.00 – 16.00

E-mail: hr-cv@grandmotors.az

Mənbə: jobsearch.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz