Vergilərlə bağlı bilmədiyimiz maraqlı faktlar

posted in: Məqalə, Vergi | 0

Dəmir vergi müfəttişi

Çin hökumətində baş nazirin müavini Li Lantsinin fikrincə, vergi əməkdaşı “dəmir sifətli, dəmir ürəkli olmalı və dəmir əllərə malik olmalıdır”.

Günah vergisi

Çinin liman şəhəri olan Tyantszində yerli hakimiyyət orqanları 1996-cı ildən günaha görə vergi tətbiq edir. Belə ki, nikah olmadan görüşən cütlüklər, qərarı pozduqlarına görə 1000 yuan (120 dollar) cərimə ödəməli olurlar.

Qida qəbulu zamanı istifadə edilən yemək çubuqlarına görə vergi

Çində qida qəbulu zamanı işlədilən yemək çubuqlarından istifadəyə görə beş faizlik vergi tətbiqinin qəbulu gözlənilir. Bunun ətraf mühitin mühafizəsi ilə bağlı oduncaqdan istifadənin məhdudlaşdırılması məqsədilə həyata keçiriləcəyi söylənilir. Maliyyə nazirliyinin məlumatına görə hər il yemək zamanı 12 milyard qida çubuğu cütü işlədilir ki, bunun üçün iki milyon kub metr oduncaq işlədilir və israfçılıq meşə sahələrinin azalmasına gətirib çıxarır.

Vergi ödəməyənlərə ölüm cəzası

Çində ƏDV ödəmələri sahəsində saxtakarlıq edənlərə qarşı sərt mübarizə aparılır. Yalnız 1994-cü ildən 2000-ci ilədək olan dövrü əhatə edən 6 il ərzində ƏDV ödəmədiklərinə görə 60 nəfər vergi ödəyicisinə qarşı ölüm hökmü çıxarılıb və bu hökmlərin hamısı icra olunub.

1700 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: muhasibat, Xəbər | 0

Agrico MMC böyük mühasib vəzifəsinə vakansiya elan edib.

Tələblər:

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Ən azı 5 il iş təcrübəsi (istehsalat, satış);
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

İşin təsviri:

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

Əmək haqqı: 1500-1700 manat

 

Email: hr@agrico.az

mənbə: jobsearch.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olmaqla izləyə bilərsiniz

Vergilərin qaytarılması müddəti azaldıldı

posted in: Vergi, Xəbər | 0
2861959 05/31/2016 Azeri national currency banknotes with the denomination of 100 manats. MURAD ORUJOV/Sputnik via AP

Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişikliklər edib.

Qaydaya əsasən indiyə qədər hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 45 gün ərzində ona qaytarılıb.

Dəyişikliyə əsasən bu müddət 20 günə endirilib. Digər tərəfdən, bu vaxta qədər Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti beş aya keçirilib və bu ayların ödəmələrinə aid edilib, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində qaytarılıb. Bundan sonra isə digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçiriləcək və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılacaq. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılacaq.

Qeyd edək ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na edilən dəyişikliklər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli fərmanının icrası ilə bağlıdır.

Auditorlar Palatasının üzvləri arasında partnyorluq sazişi imzalanacaq

posted in: Audit, Xəbər | 0

Dünən Azərbaycanın Auditorlar Palatasında dəyirmi masa təşkil olunub.

Tədbirdə “Auditorlara sifarişçi və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair məlumat bazasının yaradılması üzrə metodik göstəriş”, “Sərbəst auditorlar üzrə auditor xidmətinin həcminin azalması səbəblərinin araşdırılması” barədə hesabat, “Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə bağlanacaq partnyorluq sazişinin layihəsi”, “Azərbaycanda auditin müasir vəziyyəti və inkişaf istiqamətləri mövzusu üzrə Sorğu” kimi məsələlər məruzə olunub.

Həmçinin “Auditor xidməti haqqında” qanuna dəyişiklik edilməsi barədə, Auditorlar Palatasının əsasnaməsinə dəyişiklik edilməsi barədə fərman layihəsi və Auditorlar Palatasının əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi kimi məsələlər ətrafında müzakirələr aparılıb və layihələrə dair dəyirmi masa iştirakçıları tərəfindən konkret təkliflər verilib. Sonda irad və təkliflər nəzərə alınmaqla hər 5 sənəd bəyənilib və yenidən işlənib hazırlanması lazım olan bəzi məsələlər Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyə edilib.

 

mənbə: report.az