» » » Auditorlar Palatasının üzvləri arasında partnyorluq sazişi imzalanacaq

Auditorlar Palatasının üzvləri arasında partnyorluq sazişi imzalanacaq

posted in: Audit, Xəbər | 0
birbank biznes

Dünən Azərbaycanın Auditorlar Palatasında dəyirmi masa təşkil olunub.

Tədbirdə “Auditorlara sifarişçi və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair məlumat bazasının yaradılması üzrə metodik göstəriş”, “Sərbəst auditorlar üzrə auditor xidmətinin həcminin azalması səbəblərinin araşdırılması” barədə hesabat, “Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə bağlanacaq partnyorluq sazişinin layihəsi”, “Azərbaycanda auditin müasir vəziyyəti və inkişaf istiqamətləri mövzusu üzrə Sorğu” kimi məsələlər məruzə olunub.

Həmçinin “Auditor xidməti haqqında” qanuna dəyişiklik edilməsi barədə, Auditorlar Palatasının əsasnaməsinə dəyişiklik edilməsi barədə fərman layihəsi və Auditorlar Palatasının əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi kimi məsələlər ətrafında müzakirələr aparılıb və layihələrə dair dəyirmi masa iştirakçıları tərəfindən konkret təkliflər verilib. Sonda irad və təkliflər nəzərə alınmaqla hər 5 sənəd bəyənilib və yenidən işlənib hazırlanması lazım olan bəzi məsələlər Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyə edilib.

 

mənbə: report.az