» » » Ən qeyri-adi vergilər (1-ci hissə)

Ən qeyri-adi vergilər (1-ci hissə)

posted in: Məqalə, Vergi | 0
birbank biznes

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətinizə çatdırırıq.

Zənginliyə görə vergi.

“Zənginliyə görə” vergi Fransada tətbiq edilib. Fransa Konstitusiya şurası 1 milyon avrodan çox gəlirlərə malik insanlara “zənginliyə görə” 75 faizlik vergi tətbiq edib. Bu verginin tətbiqindən sonra bir çox fransız varlıları öz vətəndaşlıqlarını təcili dəyişdirməli oldular. Məsələn, məşhur fransız aktyoru Jerar Depardye “rus olmağın” ona ucuz başa gəldiyini bildikdən sonra Rusiya Federasiyası vətəndaşlığını qəbul etdi.

Ən dəhşətli vergi.

Tarixdə ən dəhşətli vergini Pakistanda,  Peşəvəri işğal etmiş Rancit Sinqx (1780-1839) tərəfindən 21 il ərzində tətbiq edilib. Bu qaniçən fateh vergi olaraq hər il Peşəvərdən başları kəsilməklə edam olunan yüz insanın kəlləsini istəyib.

Ən iyrənc vergi.

Tayantisuyu adlanan və qədimdə Amerika ərazisində yerləşən inklər ölkəsində XVI əsrin əvvəllərində kasıblığa görə vergi tətbiq edilib. Vergi yığanlar zəif və xüsusilə də kasıb insanlardan xərac kimi bir neçə bit və digər parazitləri toplayırdılar.

Zahiri görkəmə görə vergi.

Qədim Romada  ümumi vergilər və mənzildən istitifadəyə görə ödəmələrdən əlavə yəhudilər yaşayan əyalətin sakinləri həm də mənzilə sahib olma haqqına görə də pul ödəyirdilər. Eyni zamanda böyük şəhərlərə giriş və ya çıxışda zahirən yəhudiyə bənzəyən insanlardan bir neçə sestersi (o dövrün pul vahidi) pul alınırdı.

Havaya görə vergi.

Bizansda insanlardan hava ilə nəfəs aldıqlarına görə də vergi tətbiq edilibmiş. Hesab olunurdu ki, hava hamıya, eyni zamanda ayrı-ayrılıqda hər bir kəsə aiddir. Və əgər kiçik evlər oksigen qıtlığı təhlükəsi yaratmırsa da, böyük xoromların (taxtadan tikilən böyük binalar) tikintisi inşası, insanların bu gözəl nemətdən bəhrələnməsinə mane olur. Belə ki, böyük və geniş həcmli evlər oksigenin çox hissəsini özünə çəkir. Bu minvalla həmin evlərin sahibləri havanı mənimsəyir, digər insanların ondan istifadəetmə haqqını əlindən alır. Bu verginin miqdarı həmin binaların ölçülərinə proporsional hesablanırdı. Bina nə qədər böyük idisə verginin məbləği bir o qədər çox olurdu.